23 Dekabr 2024, Bazar ertəsi

Yaponiyanın “Ekyo 3.0” internet telekanalında “Əsrin müqaviləsi”nin 25 illiyi və müstəqil Azərbaycan dövlətinin neft strategiyası barədə xüsusi veriliş yayımlanıb.

Verilişdə aparıcı Kazuyasu İşida və “Kakusei Space Innovation” şirkətinin prezidenti Yasuhiro İşibaşi Azərbaycanın müstəqilliyinin bərpasından sonra həyata keçirilən neft strategiyası nəticəsində qazanılan uğurlar barədə yapon tamaşaçılara ətraflı məlumat veriblər.

Qeyd edilib ki, bu il imzalanmasının 25-ci ili qeyd edilən “Əsrin müqaviləsi” nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması siyasəti uğurla həyata keçirilib. Bu gün dünya dövlətləri arasında etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ərsəyə gələn bu müqavilə Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq, xalqımızın taleyində mühüm rol oynayıb. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatını sürətli inkişaf roluna çıxarıb. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Bildirilib ki, müqavilənin imzalanmasından qısa müddət sonra Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası nəticəsində Avropanın enerji təminatında yeni mərhələ başlayıb. Yaponiya şirkətlərinin də həmin layihənin reallaşmasında mühüm rol oynadığı xüsusi qeyd olunub. Bildirilib ki, müqavilə həm də Azərbaycanın gələcək inkişafının və dünya birliyinə inteqrasiyasının həlledici amili kimi çıxış edib.

Vurğulanıb ki, Azərbaycanı bütün dünyaya mühüm karbohidrogen ixracatçısı kimi tanıdan müqavilə görkəmli dövlət xadimi Heydər Əliyevin dəmir iradəsi, qətiyyətli və ardıcıl siyasətinin nəticəsində böyük maneələrdən keçərək reallaşıb. Bəzilərinin xəyal adlandırdığı bu layihənin həyata keçirilməsində həmin dövrdə ARDNŞ-in vitse-prezidenti olmuş İlham Əliyevin mühüm rol oynadığı xüsusi qeyd edilib.

Bildirilib ki, “Əsrin müqaviləsi” nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti əldə edib. Həmin gəlirin Azərbaycan rəhbərliyi tərəfindən ölkə iqtisadiyyatına bacarıqla tətbiqi nəticəsində ölkəmiz bu gün dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında xüsusi yer tutur. Hazırda Azərbaycan böyük valyuta ehtiyatlarına malikdir. Ölkədə müasir sosial-iqtisadi infrastruktur yaradılıb. Paytaxt Bakı ilə yanaşı, rayonların inkişafı da diqqəti cəlb edir.

Verilişdə Yaponiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə Bakıda təşkil edilən “Japan Expo” sərgiləri barədə də məlumat verilib. Bildirilib ki, sonuncu dəfə 2017-ci ildə təşkil edilən sərgi çox böyük maraqla qarşılanıb və qarşılıqlı əməkdaşlıq barədə bir neçə sazişin imzalanması ilə yekunlaşıb. Bu sərgilərin təşkilatçısı olan “Cross Border Club” şirkəti tərəfindən gələn ilin iyununda yapon iş adamlarının Azərbaycana növbəti səfərinin planlaşdırıldığı bildirilib.

Yapon tamaşaçılara Azərbaycanın müasir turizm potensialı, qədim və zəngin mədəniyyəti barədə də məlumat verilib. Azərbaycanın yapon turistlərin ən çox ziyarət etdiyi istiqamətlərdən birinə çevrildiyi vurğulanıb.

AZƏRTAC

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR