23 Dekabr 2024, Bazar ertəsi

Almaniyanın “Kölnische Rundschau” qəzetində dərc edilən “Rəcəbov dünya çempionatında təəccübləndirməyi bacardı” başlıqlı məqalədə azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun Rusiyanın Xantı Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya çempionatında çinli şahmat ustası Dinq Lireni məğlub edərək turnirin qalibi olduğundan yazılıb.

 Məqalədə oyunun gedişi haqqında məlumat verən Stefan Corssen rəqiblər arasında gedən sürətli şahmat oyunu zamanı 4 oyunun heç-heçə ilə başa çatdığını, növbəti turda 32 yaşlı Rəcəbovun üstünlüyü ələ alaraq 27 yaşlı çinli Lirenə qalib gəldiyini qeyd edir. Turnirdə 128 şahmatçının iştirak etdiyi, qalibin 110 min ABŞ dolları, ikinci yerin sahibinin 80 min ABŞ dolları məbləğində mükafat qazandıqları vurğulanır. Hər iki şahmatçının turnirdə qalib gələrək 2020-ci ilin əvvəlində keçiriləcək namizədlər turnirinə vəsiqə əldə etdikləri bildirilir. Şahmatçının qeyri-adi karyerasının olduğunu diqqətə çatdıran müəllif 14 yaşında qrossmeyster tituluna yiyələnən Rəcəbovun 16 yaşından etibarən müxtəlif turnirlərdə mükafat qazandığını, Qari Kasparov və Vişvanatan Anand kimi qrossmeysterlərə qalib gəldiyini nəzərə çatdırır. Stefan Corssen onun şahmat dünyasının ən yaxşıları sırasında olduğunu vurğulayır.

Vüqar Seyidov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR