Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən hərbi andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənind döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Briqada komandiri, General-mayor Səlim Niftalıyev çıxış edərək qeyd edib ki, Daxili Qoşunların yüksək döyüş hazırlığına və ciddi nizam – intizama malik hərbi bölmə kimi formalaşması Ümumimilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Daxili Qoşunlara Ümummilli lider tərəfindən göstərilən qayğı və diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Daxili Qoşunlar ölkədə sabitliyin və daxili təhlükəsizliyin vacib qarantına çevrilib və bu sahədə qanun tərəfindən müəyyən edilən tapşırıqların öhdəsindən layiqincə gəlir. Bu gün muxtar respublikamızda bütün hərbi hissələr müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi-texniki baza təkmilləşdirilib. Gənc əsgərlər keçilən dərslərdə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməlidirlər və hərbi anda sadiq qalmaq hər bir əsgərin müqəddəs borcu olmalıdır. Çünki gənc əsgərlər andı qəbul edərkən Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaqlarına, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəklərinə təntənəli surətdə and içirlər.
Tədbirdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında zabiti kapitan Orxan Seyidov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovun təbrikini şəxsi heyətə çatdırıb.
Andiçmə mərasimində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, valideynlər adından isə Elxan Orucov və Teymur Yaqubbəyli çıxış edərək, hərbi xidmətin Vətən qarşısında müqəddəs borc olduğunu qeyd edib və əsgərlərə nümunəvi xidmət arzulayıblar.
Əsgərlər adından çıxış edən Elmir Namazov onlara göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənimizə şərəflə xidmət edəcəklərinə söz verib.
Mərasim şəxsi heyətin təntənətli keçidi ilə başa çatıb.
Pərviz HACILI
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/20760-zhaendz-aeszhaerlaer-haerbi-and-zhaebul-ediblaers.html#sigProGalleria72282afe75