23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub .
Ilk öncə Mustafa Kamal Atatürkün Naxçıvan Muxtar Respublikasındakı büstü ziyarət olunub, bir dəqiqəlik sükutla yad edilib və önünə Türkiyənin Naxçıvandakı Baş konsullu Mehmet Emin Kiraz tərəfindən əklil qoyulub.

Tədbirdə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun əməkdaşları, Əlahiddə Ümumqoşun Ordusunun yüksək rütbəli zabitləri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov , Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, bir qrup türk iş adamı və türkiyəli tələbələr iştirak ediblər.
Daha sonra Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasında Baş Konsulluğunda davam edən anım tədbirində hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasında Baş Konsulluğunun müavini Nejla Kaya tərəfindən Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyətinin qurulması üçün apardığı mübarizədən və Naxçıvan Muxtar Respublikasına verdiyi önəmdən bəhs edən çıxışı dinlənib.
Sonda Mustafa Kamal Atatürkün həyat və yaradıcılığını özündə əks etdirən film nümayiş olunub və “Çanakkale” mahnısı səsləndirilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR