Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda keçirilən yarışa yekun vurulub.
Yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxılıb və şəxsi heyətə yarışın məqsədi barədə məlumat verilib.
Yarışda ixtisas hazırlığından şərti düşmənin ön xəttinin qarşısında mina-partlayış maneələrinin kəşfiyyatının aparılması və əl üsulu ilə həmin maneələrdən keçidlərin açılması praktiki yerinə yetirilib.
Sonra yarış iştirakçılarından test üsulu ilə məqbullar götürülüb və qaliblər mükafatlandırılıb.
Nəriman Nəcəfov