23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində bu münasibətlə keçirilən seminar-müşavirəni giriş sözü ilə Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov açıb.
Xidmətin sektor müdiri Zaur Əliyev çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 ok­tyabr tarixli Fərmanında icrası nəzərdə tutulmuş məsələlərin həll edilməsi məqsədilə 2018-ci ilin noyabr ayının 1-dən etibarən lisenziyaların verilməsinə başlanılıb. Bununla əlaqədar maarifləndirici tədbirlər görü­lüb, muxtar respublika ərazisində avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərən 800-dən artıq sahibkara lisenziya verilib.

Diqqətə çatdırılıb ki, lisenziyanın qüvvədəolma müddəti bir ildir. Ötən il verilmiş lisenziyaların vaxtı bitdiyindən sənədləşmə işi yenidən aparılmalıdır.
Qanunsuz sərnişindaşıma fəaliyyəti göstərənlərə qarşı atılan addımlardan bəhs edilərkən vurğulanıb ki, ötən müddət ərzində xidmətin reyd komissiyası tərəfindən keçirilən reydlər zamanı qeyri-qanuni sahibkar­lıq fəaliyyəti göstərən, eləcə də fərqlənmə nişanı almaqdan yayınan avtonəqliyyat vasitələri aşkar edilib, ümumilikdə, 173 avtonəqliyyat vasitəsinin sahibi haqqında məlumat cəza tədbiri görülməsi üçün aidiyyəti orqanlara göndərilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Təbliğat işləri üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov çıxışında sərnişindaşıma xidməti sahəsində qanunvericilikdə nəzərdə tutulan məsələlər barədə məlumat verib.
Sonra suallar cavablandırılıb, sahibkarlara yeni lisenziyalar təqdim olunub.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR