23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş intellektual oyunlar üzrə çoxnövçülük turnirinə Naxçıvan Şahmat Mərkəzində start verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış ediblər.
Sonra turnirin qaydaları barədə məlumat ­verilib.
“Nə? Harada? Nə zaman?” intellektual oyununda komanda iştirakçılarına 48 sual ünvanlanıb. Sualları düzgün cavablandırmış və ilk 16 yeri tutmuş Ədliyyə, Maliyyə, İqtisadiyyat, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Şəhər, Culfa, Sədərək, Babək və Ordubad Rayon İcra hakimiyyətlərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Miqrasiya Xidmətinin, Ali Məhkəmənin, Ombudsman Aparatının, muxtar respublika Prokurorluğunun komandaları ikinci mərhələdə iştirak etmək hüququ əldə ediblər. Turnirin növbəti mərhələsi – “Breyn Rinq” intellektual oyunu 22 noyabr 2019-cu il tarixdə Naxçıvan Gənclər Mərkəzində keçiriləcəkdir.
Onu da qeyd edək ki, intellektual oyunlar üzrə çoxnövçülük turnirində ilk üç yeri tutmuş komandalar təşkilatçılar tərəfindən təltif olunacaqlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR