Polşanın paytaxtında işə başlayan Variety Bazaar festivalı çərçivəsində müxtəlif ölkələrin istehsalları olan ərzaq məhsullarının nümayişi və satışı həyata keçirilir
Yarmarkada Azərbaycan istehsallı zeytun, ədviyyatlar, halva, bal və delikateslər, habelə milli ornamentli tekstil məhsulları yer alıb. Ümumilikdə satışda Polşa regionlarına xas əl işləri, orqanik qida məhsulları, kolbasalar, piroqlar, pendirlər, çörək çeşidləri var.
Noyabrın 16-dək davam edəcək festival çərçivəsində müxtəlif master-klaslar da təşkil edilib.
Aygün Əliyeva