Nazirlər Kabineti "İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi qaydası"nı təsdiqləyib.
Nazirlər Kabineti "İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi qaydası"nı təsdiqləyib.
Naxçıvan Dövlət Universitetinin kampusunda "Qızıl payız" adı altında açıq səma altında rəsm müsabiqəsi təşkil edilib. Ali təhsil ocağında ilk dəfə keçirilən tədbirdə I kurs tələbələrinin iştirakı üstünlük təşkil edib. Müsabiqəni İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisası tələbələri birgə keçiriblər. 18 tələbənin qatıldığı yaradıcılıq müsabiqəsinə Əməkdar rəssam Həbibə Allahverdiyeva rəhbərlik edib. Tələbə-rəssamlar daha çox payız lövhələri çəkiblər.
Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Komitədə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və səfirliyin nümayəndələri ilə görüş olub. Görüş “Azərbaycan su təsərrüfatında irriqasiya avadanlıqları” layihəsinin həyata keçirilməsi üçün bağlanmış müqaviləyə dair görülən işlərin icrası çərçivəsində həyata keçirilib.
Amerika həkimləri tibb tarixində ən unikal cərrahiyyə əməliyyatına imza atıblar. Merilend Universitetinin həkimləri dünyada ilk dəfə pasiyentin bədənini donduraraq ona fizioloji məhlul vurublar və xəstəni süni klinik ölüm vəziyyətinə salıblar. Cərrahiyyə əməliyyatının uğurla keçməsi və xəstənin təkrar həyata qaytarılması barədə məlumat verilməyib.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası müstəqillik illərində bütün istiqamətlər üzrə inkişaf edərək yeni bir tarixi mərhələ səviyyəsinə yüksəlmişdir. Vaxtilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin atdığı düşünülmüş və uzaqgörən addımlar sayəsində Naxçıvan Muxtar Respublikası işğaldan xilas edilmiş, burada gələcək inkişafın möhkəm təməlləri yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi böyük diqqət və qayğı regionda müasir inkişafın təmin edilməsinə meydan açmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Sədərək rayonunda Arazboyu ərazilərdə monitorinqlər keçiriblər.
Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 101 illiyi tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsrail Dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Dan Stavın dəvətilə, səfirin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Bakıda təşkil olunan ziyafətdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 2019-cu ilin oktyabr ayında yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi diqqətdə saxlanılmış, muxtar respublikada 227 yeni telefon nömrəsi istismara verilmişdir.
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub.
Hər il noyabrın üçüncü cümə axşamı bir sıra qərb ölkələrində Tütündən İmtina Günü kimi qeyd edilir. 1977-ci ildə Amerika Onkoloji Cəmiyyətinin təsis etdiyi bu tarix 1987-ci ildə ilk dəfə Dünya Səhiyyə Təşkilatı tərəfindən qeyd olunub.
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin alimləri Yupiter planetinin “Europa” təbii peykində böyük su buxarı aşkar ediblər.
Tələbəlik həyatı həmin illəri yaşayan hər kəs üçün silinməz bir xatirədir. Tələbələr özlərini gələcəyin mütəxəssisi kimi görür, bununla bağlı gələcək planlarını qururlar. Ölkəmizdə təhsil və gənclərlə bağlı dövlət siyasətinin uğurla icra edilməsi, təhsildə mühüm islahatların aparılması bir zamanların ənənəsinə çevrilən “sadəcə, diplom almaq xatirinə” düşüncəsini də alt-üst edib. İndi artıq hər kəs sevdiyi və seçdiyi ixtisasın mütəxəssisi kimi yetişməyi qarşısına məqsəd qoyaraq təhsilini davam etdirir. Çünki günümüzdə sağlam rəqabət mühiti yaranıb. Tələbələr yaxşı mütəxəssis olmağı, təşkilatlar isə ən yaxşını işə qəbul etməyi qarşısına məqsəd qoyub.
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 36 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 392-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı, ümumilikdə, 1121 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir. Həmçinin olduğu yer üzrə qeydiyyatla bağlı 729 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 299-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti
23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.
Hörmətli seçicilər
Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.
Ümumi seçki hüququ
Bütün insanların səs vermək və seçilmək hüququna malik olması deməkdir. Seçki Məcəlləsinə əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.
Vətəndaşlar həftənin bütün günləri 24 saat ərzində istədiyi şəxsə avtomobil idarə edilməsinə dair etibarnamə verə biləcək.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının Azərbaycana gəlməsi ilə bağlı məlumat yayıb.
İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 63 min 9 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 44 min 466 nəfərə çatıb.
Belarusiya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Gennadi Axramoviçin dəvətilə,Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bu ölkənin Bakıdakı Səfirliyinə gəlib.
“Bəllidir ki, beynəlxalq aləmdə müxtəlif istiqamətlərdə və sahələrdə mənfi təzahürlərinin meydana gəldiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək elmi əsaslara söykənən, praqmatik, eləcə də düzgün iqtisadi siyasət nəticəsində əldə edilə bilər və bu siyasət öz məntiqi nəticələri ilə sübuta yetirilir”. Bu fikirləri “SƏS” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən irəli sürdüyü fikirləri və gəlinən nəticələri şərh edərkən deyib.
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 28 il ötür.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub
Qədim və müasir Naxçıvan bu gün ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla həyata keçirərək ölkəmizin quruculuq, yüksəliş salnaməsini layiqli nümunələrlə zənginləşdirir. Bu diyarda hər addımda milli maraq və mənafelərimiz uca tutulur, əhalinin sosial rifah halının daha da yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması üçün işlər böyük əzmkarlıqla həyata keçirilir. Pozitiv meyillərlə səciyyələnən sosial-iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması bu istiqamətdə yeni-yeni uğurlara yol açıb. Əsas qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulan uğurlu fəaliyyət Heydər Əliyev ideallarına, Vətənə, yurda bağlılığın Naxçıvan nümunəsini yaradıb.
Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikası olduqca çətin və mürəkkəb dönəmlərdən keçərək öz tarixinin ən yüksək inkişaf mərhələsinə gəlib çatıb. 90-cı illərdə Ermənistanın işğalçılığı ilə blokadaya düşən qədim diyar və onun sakinləri ən çətin məqamlarda ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşmiş, ölkəmizin müstəqilliyi və inkişafına layiqli töhfələr vermişlər.
Naxçıvan Muxtar Respublikasında noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ermənistan ordusunun 2 hərbçisi təmas xəttinin ayrı-ayrı istiqamətlərində minaya düşüblər.
Noyabrın 19-da Naxçıvan stansiyasından 98 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində maqnitudası 4.8 olan zəlzələ baş verib.
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir.
1939-cu ildə əsası qoyulan Azərbaycan Ali Hərbi Məktəbində yaradılan infrastruktur təhsil prosesinin müasir standartlara uyğun şəraitdə tədrisinə imkan yaradıb.
Artıq bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Kənd təsərrüfatının inkişafı üçün indi pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılmışdır. Eyni zamanda, bu ilin investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun ümumi dəyəri təqribən 7 milyon manatdır, onun böyük hissəsi bu il verilməli idi, vəsait verildi.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 30-a yaxın könüllü gəncin iştirakı ilə Uzunoba Su Anbarının ətrafındakı “Plovtəpə”yə ekoyürüş təşkil olunub.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
ABŞ-ın “The Press Herald” qəzetində oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın ABŞ-ın paytaxtı Vaşinqtona səfərinə etiraz edən Azərbaycan icmasının fəal üzvü Tərlan Əhmədovun müraciəti dərc olunub. Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi və Ermənistanın vassal dövlət olduğu bildirilir. Həmçinin qeyd olunur ki, Qarabağ müharibəsi vaxtı erməni silahlı qüvvələri hərbi cinayətlər törədiblər.
Noyabrın 18-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz ifaçısı, bəstəkar və caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirəsinə konsert təşkil olunub.
Noyabrın 17-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə Nuh Peyğəmbərin türbəsini ziyarət edib.
Burada məlumat verilib ki, qədim yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi qeyd edib, XI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib. Eradan əvvəl I əsrdə yaşamış yəhudi alimi İosif Flavin, rus tədqiqatçılarından İ.Şopen, V.M. Sısoyev və K.N.Smirnov, XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.A.Nikitin Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə maraqlı məlumatlar veriblər. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.
Noyabrın 18-də Naxçıvan şəhər 4 saylı Seçki Dairəsində keçirilən seminar-müşavirədə muxtar respublikanın dairə seçki komissiyalarının sədrləri, müavinləri və Şikayətlərin araşdırılması komissiyasının üzvləri iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri oktyabr ayında da davam etdirmişdir. İxtisas dərəcəsinin vaxtından əvvəl verilməsi ilə əlaqədar Babək Rayon İcra Hakimiyyətinin bir qərarı dəyişdirilmişdir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında xaricdə təhsil alan doktorantlar viza rüsumunu və təhsil aldıqları ölkədə qeydiyyat xərclərini özləri ödəyəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri oktyabr ayında da davam etdirib.
2019-ci ilin 9 ayı ərzində Ermənistanda sosial proqramların cəmi 50 faizi həyata keçirilib. Ekspertlər bildiriblər ki, işsizliyin səviyyəsinin azaldılması ilə bağlı Paşinyan hökumətinin vədi yerinə yetirilməyib. Ölkədə əlillərin məşğulluğu isə dörd dəfə azalıb.
Noyabrın 1-nə “Azəriqaz” İstehsalat Birliyinin istehlakçılarının sayı 2 milyon 257 min 156-ya bərabər olub.
Xocalı soyqırımı tarixdə türk-müsəlman coğrafiyasında törədilən ən ağır hadisələri mahiyyətcə təsdiq edən və müasir dövrdə törədilmiş soyqırımdır. Bu soyqırımın təfərrüatlarının dünya ictimaiyyətinə çatdırmaq və gələcək nəsillərə ötürmək çox vacibdir.
Avstraliyanın populyar “www.theurbanlist.com” saytında cari ilin sentyabrında Azərbaycana səfər edən avstraliyalı jurnalist və bloqer Kassandra Çarlikin “Everything You Need To Check Out In Baku, 2020’s Go-To Destination” sərlövhəli məqaləsi dərc olunub.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “ASAN Radio” ilə birgə həyata keçirdiyi “Azərbaycan tarixi” adlı layihə davam edir.
Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunları ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi plana uyğun olaraq başa çatıb.
Naxçıvan nümayəndəliyinin rəhbəri Əkrəm Məmmədlinin 75 illik yubileyində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi yüksək səviyyədə qeyd edilir.
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas noyabrın 14-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.