Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Sədərək rayonunda Arazboyu ərazilərdə monitorinqlər keçiriblər.
Xidmətin mütəxəssisləri və rayon Baytarlıq İdarəsinin əməkdaşları sərhədboyu ərazilərdə, çay və su hövzələrində olub, vəhşi heyvan və çöl quşlarının daha sıx məskunlaşdığı ərazilərdə monitorinqlər aparıblar.
Həmin monitorinqlər zamanı ölmüş heyvan və çöl quşlarının cəsədlərinə rast gəlinməyib. Mütəxəssislər xəstəliktörədici həşəratların daha çox toplaşdığı ərazilərə, mal-heyvanın yataq yerlərinə baxış keçirib, çay kənarlarında, su hövzələrində qabaqlayıcı dezinfeksiya tədbirləri aparıblar.
Nurlan Sadiqov