Noyabrın 19-da Naxçıvan stansiyasından 98 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində maqnitudası 4.8 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:14-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.