23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri oktyabr ayında da davam etdirmişdir. İxtisas dərəcəsinin vaxtından əvvəl verilməsi ilə əlaqədar Babək Rayon İcra Hakimiyyətinin bir qərarı dəyişdirilmişdir.

Muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün 4 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına 31 oktyabr tarixdən start verilmişdir. Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə 225 vakant vəzifə çıxarılmış və həmin vəzifələrin tutulması üçün 575 sənəd təqdim edilmişdir. Həmçinin ötən ay Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və ədliyyə orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsabiqələr elan edilmişdir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur və Şahbuz rayonlarında olmuş, dövlət orqanlarında vakant dövlət qulluğu və Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması, eləcə də müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkən 12 nəfərə səyyar elektron xidmət göstərilmişdir. Bundan başqa, ötən ay Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarə­etməsi ixtisasının tələbələri ilə görüş təşkil edilmiş, “Dövlət qulluğuna qəbul qaydaları”, “Müsabiqənin keçirilmə qaydaları” və “Dövlət qulluğu sistemi” mövzularında slaydlar vasitəsilə dərslər keçilmişdir.
Dövlət qulluğu və müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş hazırlıq kurslarında 54, sınaq imtahanlarında 49 nəfər iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR