İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 63 min 9 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 44 min 466 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Məlumatda qeyd edilib ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.