23 Dekabr 2024, Bazar ertəsi

Amerika həkimləri tibb tarixində ən unikal cərrahiyyə əməliyyatına imza atıblar. Merilend Universitetinin həkimləri dünyada ilk dəfə pasiyentin bədənini donduraraq ona fizioloji məhlul vurublar və xəstəni süni klinik ölüm vəziyyətinə salıblar. Cərrahiyyə əməliyyatının uğurla keçməsi və xəstənin təkrar həyata qaytarılması barədə məlumat verilməyib.

 AZƏRTAC “New Scientist” nəşrinə istinadla xəbər verir ki, unikal cərrahiyyə əməliyyatını Nyu-York Elmlər Akademiyasının simpoziumunda mütəxəssislər də müzakirə ediblər. Cərrahiyyə əməliyyatını inqilabi texnika vasitəsilə həyata keçiriblər və onun sınaqları Baltimordakı Merilend Universitetində aparılıb. Qeyd olunub ki, həmin aparatdan xəstənin müstəsna ağır vəziyyətdə olduğu, çox qan itirdiyi və həyatda qalma şansının 5 faizdən yuxarı olmadığı hallarda istifadə edirlər. Həkimlər ən azı bir pasiyenti süni klinik ölüm vəziyyətinə salıblar. Bunun üçün xəstənin bədəni mənfi 10-15 dərəcəyə qədər dondurulub, sonra onun damarlarındakı qanın hamısı fizioloji məhlulla əvəz edilib. Əməliyyat zamanı orqanizmdə fizioloji proseslər dayanıb, beyin isə oksigen çatışmazlığı şəraitində və adi bədən temperaturunda olduğu kimi 5 dəqiqə deyil, iki saata yaxın fəaliyyət göstərib.

Bildirilib ki, əməliyyatı aparmaqla bağlı müraciət etməzdən əvvəl, həkimlər bu texnikanı donuzların üzərində sınaqdan keçiriblər. Onlar həmin heyvanı üç saat ərzində dondurub və sağlamlığına heç bir zərər vurmadan dirildiblər. Bundan sonra ABŞ-ın Sanitar Nəzarət və Ərzaq, Dərman Keyfiyyəti Agentliyi (FDA) əməliyyatın aparılmasına xüsusi icazə sənədi verib. Bu sənədlə ağır vəziyyətdə olan xəstədən əməliyyat üçün icazə alınması tələb olunmur.

Mütəxəssislərin planına görə, tədqiqat zamanı onlar öz aralarında 20 pasiyentin vəziyyətini müqayisə edəcəklər. Xəstələrin 10 nəfərinin üzərində unikal texnikanı yoxlayacaq, reanimasiya komandasının nəzarətində olmayan qalan 10 pasiyentin isə həmin aparatın tələblərinə cavab verib vermədiyi müəyyən ediləcək. Alimlər insan orqanizminin bu cür vəziyyətə nə qədər davam gətirəcəyini və preparatların xəstənin sağ qalmasına təsirini dəqiqləşdirmək istəyirlər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR