23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Komitədə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və səfirliyin nümayəndələri ilə görüş olub. Görüş “Azərbaycan su təsərrüfatında irriqasiya avadanlıqları” layihəsinin həyata keçirilməsi üçün bağlanmış müqaviləyə dair görülən işlərin icrası çərçivəsində həyata keçirilib.

 Bildirilib ki, layihə çərçivəsində texnikaların quraşdırılması və iş prinsipinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Bu sahədə maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək işlər haqqında müzakirələr aparılıb.

Çin Xalq Respublikası ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi arasında mütəmadi əməkdaşlığın davam etdiriləcəyi bildirilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR