23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümümmilli liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov YAP-ın ötən 27 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verib.Onun sözlərinə görə,YAP yarandığı gündən çox böyük uğurlara imza atmış,xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlər göstərmiş və bu gün də göstərməkdədir.Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanda, ilk növbədə,sabitliyin və milli həmrəyliyin yaranması,ölkəmizin davamlı tərəqqi yoluna çıxarılması və dinamik inkişafı,beynəlxalq mövqelərimizin möhkəmlənməsi və Azərbaycanın regionun lider dövləti olaraq dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə öz töfhəsini verib.Müasir Azərbaycan dövlətinin yaradılması,yenidən əldə olunmuş müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi ümummilli liderimizin XX əsrdə xalqımız qarşısında həyata keçirdiyi müqayisəsiz xidmətləridir.Ümummilli lider Heydər Əliyev bu missiyanı yerinə yetirərkən,yeganə qüvvə kimi xalqımızın ona olan tükənməz ümidinə və sonsuz məhəbbətinə arxalanmışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev lideri olduğu bu Partiyanın sıralarında olmağı milli dövlətçiliyə xidmət etməyin əsl nümunəsi sayırdı: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.
Bəxtiyar Əsgərov qeyd etdi ki;“Azərbaycanı ciddi təhlükələrdən çıxarmaq üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının ümummilli lider Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətin “Səs” qəzetində dərc olunması Yeni Azərbaycan Partiyasının təşkili istiqamətində ilk tarixi addım hesab edilə bilər. Ulu öndərin sözügedən müraciətə cavabında ölkəmizin qarşısında duran təxirəsalınmaz vəzifələri müəyyənləşdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini ifadə etməsi və onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bəyan etməsi o dövrdə bir çox cavabsız suallar önündə çırpınan,lakin müdrikliyini heç vaxt itirməyən Azərbaycan xalqında sabaha doğrudan ümid yaratmışdır.Böyük dövlət xadiminin sadə xalq kütlələrində,xüsusilə,böyük ruh yüksəkliyi yaradan bu cavabı həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan səbatsız,yarıtmaz qüvvələr tərəfindən qısqanclıqla qarşılandı.Odur ki,xalqın yekdilliklə tələb etdiyi dünya liderinin də təmsil olunduğu yeni bir siyasi təsisatın müstəqil Azərbaycanda yaranmasına əngəl yaratmaq istəyirdilər. Lakin ümummilli liderin hakimiyyətə qayıdışı artıq qarşısıalınmaz,dönməz tarixi zərurət və yekdil sosial sifariş idi.O zamankı uğursuz və qorxaq iqtidarın gücü yalnız Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinin qarşısını almağa çatdı. 1992-ci il noyabr ayının 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin bütün bölgələrindən,cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransının keçirilməsi baş tutdu. Konfransda dahi rəhbər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi, təşkilatın Nizamnaməsi və Proqramı qəbul edildi. Yeni Azərbaycan Partiyasının yaradılmasının əsas məramına diqqəti cəlb edən ulu öndər sonralar bu barədə demişdir:“Bu partiya hakimiyyət uğrunda mübarizə aparan partiya kimi yaranmadı.Biz partiyanın nizamnaməsində yazdıq ki,partiya Azərbaycanın bu ağır dövründə,ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır.Bizim partiya xalqı birləşdirmək, ölkənin problemlərinin həll olunmasında iştirak etmək məqsədilə yaranıb. Mən məmnunam ki,1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda bizim yazdığımız və qəbul etdiyimiz proqram bu gün də öz aktuallığını saxlayır””.
“Yeni Azərbaycan Partiyası tarixi zərurətdən,dövlətçiliyin keşiyində dayanan siyasi qüvvə kimi meydana çıxdı və 1993-cü il oktyabrın 3-də ulu öndər Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə hakim partiyaya çevrildi. Bu,ulu öndərin təbirincə desək,“dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasına xalqın böyük ümidinin,inamının real təzahürü idi.Yarandığı günlərdə sıralarında cəmi 550 üzvü olan Yeni Azərbaycan Partiyası bu gün öz sıralarında 700 mindən çox insanı birləşdirir. Bu isə xalqımızın doğma Partiyamıza olan inamından irəli gəlir. Birmənalı şəkildə qeyd edə bilərik ki,bugünkü qüdrətli müasir müstəqil Azərbaycanın varlığı,ulu öndərin adı ilə birbaşa bağlıdır.Konstitusiya Aktının qəbulu,zəngin qanunvericilik bazasının formalaşdırılması da ümummilli lider Heydər Əliyevin cəsarəti və səriştəsi sayəsində mümkün olub. Bu gün yüz illərlə dövlətçilik təcrübəsi olan ölkələr Azərbaycanda yaradılan xidmət sahələrini,dövlətçilik institutlarını nümunə göstərirlər,qısa müddət ərzində həyata keçirilən irimiqyaslı layihələri,davamlı vətəndaş cəmiyyəti qurmaq prosesini təqdir edirlər.”-deyən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov sözlərinə onu da əlavə etdi ki,bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən çox mühüm amillərdən biri də partiyanın təməl prinsipləridir.Azərbaycan Respublikasının Prezidenti,Partiyamızın Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, ¬iqtisadi və siyasi islahatlardır”.Prezident İlham Əliyevin böyük Heydər Əliyevdən sonra ölkəmizə rəhbərlik etdiyi son 16 illik hakimiyyəti dövründə bütün sahələrdə əldə olunmuş nailiyyətlər bizə onu deməyə əsas verir ki,Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə qarşısına qoyduğu məqsədə çatmış və bununla kifayətlənməmiş,vətənimizin uğurlu gələcəyi,Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qisa zamanda,xalqımızın mənafeyinə uyğun həlli,suverenliyimizin bərpası naminə ulu öndər Heydər Əliyevin arzularını bir-bir gerçəkləşdirmək əzmində olan nəhəng,monolit və dünyəvi siyasi təşkilatdır.
“Bu gün ümumbəşəri dəyərlərin daşıyıcısı olan Yeni Azərbaycan Partiyası bir tərəfdən beynəlxalq aləmdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqunun tərəfdarı kimi çıxış edirsə, digər tərəfdən ölkəmizdə milli birliyin möhkəmləndirilməsi,Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində mühüm işlər görür. Bütün bunlar həm partiyanın dünyada tanınmış siyasi təşkilatları arasında nüfuzunu yüksəldir, həm də Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir,siyasi qüdrətini,çəkisini daha da artırır.”-deyən Bəxtiyar Əsgərov qeyd etmişdir ki,uzun illərdən bəri blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında,özü də böyük çətinliklər hesabına yaranmış Yeni Azərbaycan Partiyası hazırda ölkəmizin və onun dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının sürətli və davamlı inkişafının əsas təminatçısıdır.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov sonda bildirdi ki;“Bu gün Azərbaycanın hər yerində olduğu kimi,Naxçıvan Muxtar Respublikamızda da görkəmli dövlət xadimi cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması,irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, xalqımızın firəvanlığı naminə quruculuq,abadlıq işlərinin vüsət alması,infrastrukturun yenilənməsi,beynəlxaq-iqtisadi əlaqələrin möhkəmləndirilməsi,enerji və ərzaq təhlükəsizliyinin yaradılması, turizmin inkişafı,elmi potensialın,mədəniyyətin,təhsilin səviyyəsinin yüksəldilməsi,kənd təsərrüfatı və sənaye istehsalının artırılması, ixracın təşviqi,milli-mənəvi dəyərlərimizin təbliği,tarixi abidələrin bərpası,bir sözlə,milli dövlətçiliyin qorunması və s.Yeni Azərbaycan Partiyasının əsas prinsiplərinin təkcə bu gözəl diyarda hansı miqyasda həyata keçirildiyindən xəbər verir.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,Yeni Azərbaycan Partiyasının qurucularından biri,ictimai-siyasi xadim,dövlət xadimi cənab Vasif Talıbovun dediyi kimi: “Müasir şəraitdə partiya üzvlərimizin qarşısında mühüm vəzifələr dayanır. “Sağlam cəmiyyət – güclü dövlət” sistemi üzrə doğma Azərbaycanımızın inkişafına çalışmalı, Yeni Azərbaycan Partiyasının üzvü kimi şərəfli adı öz əməyimizlə doğrultmalıyıq. Bizim məsuliyyətimiz – bizim vəzifəmizdir. Vəzifə – partiya quruculuğunda və hər birimizin konkret fəaliyyət sahələrində işə yaradıcı yanaşmaqdan, dəqiq, dürüst olmaqdan, ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi kimi işləməkdən və ölkəmizi onun görmək istədiyi kimi qurub-yaratmaqdan ibarətdir”.
Naxçıvan Muxtar Respublikasında da hər il doğma partiyamızın ildönümləri təntənəli şəkildə yüksək əhval-rühiyyə,şövqlə qeyd edilir. 2019-cu ildə də Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi ərəfəsində Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı,onun İcra Katibliyi şəhər və rayon təşkilatlarımızla birlikdə tutumlu,yaddaqalan siyasi-ideolaji tədbirlər keçirir,dəyirmi masalar təşkil edir.Hər il keçirilən tədbirlərdə gənclərin daha çox fəallıq nümayiş etdirməsi,onların sevgi ilə bu partiyaya üzv yazılmaları xalqımızın xoşbəxt gələcəyinə ümidləri artırır.Bu həm də onu göstərir ki,gənc nəsillər Heydər Əliyevin lideri olduğu bu siyasi partiyanın hələ uzun-uzun illər vətənimiz Azərbaycanın hakimiyyətini təmsil edərək,əlçatmaz nailiyyətlərə imza atacağına ürəkdən inanır.”
Tədbir digər çıxışlarla davam etdirilmişdir.

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR