23 Dekabr 2024, Bazar ertəsi

Böyük Britaniyanın Koventri Universitetində “Study Inn Limited” şirkətinin “Burges House” adlı yataqxana binasının girişindəki dünya ölkələrinin bayraqlarından ibarət böyük stenddə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumun bayrağının da şəklinin daxil edildiyi azərbaycanlı tələbələr tərəfindən müəyyənləşdirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin “Study Inn Limited” şirkəti ilə apardığı ardıcıl iş nəticəsində şirkət qeyd olunan stenddən qondarma separatçı rejimin “bayrağını” çıxarmağa razılıq verib. Şirkət tərəfindən “Burges House” binasının girişindəki stenddən qondarma rejimin “bayrağı” çıxarılıb və stend yenisi ilə əvəz edilib. “Study Inn Limited” şirkəti baş verən anlaşmazlığa görə Azərbaycan tərəfinə üzrxahlığını bildirib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR