23 Dekabr 2024, Bazar ertəsi

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu dünən Şərur Rayon Təhsil Şöbəsində olub, xidmət zamanı müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu, eləcə də ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.

Könüllülər təlimlər zamanı əldə etdikləri bilikləri xidmətdə tətbiq edərək komissiyanın əməkdaşının müşayiəti ilə vətəndaşlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edib, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq onların surətlərini şəxsi kabinetə yükləyib və qeydiyyatdan keçirməklə müsabiqələrdə iştiraklarını təsdiq ediblər.
Gün ərzində 11 nəfərə səyyar elektron xidmət göstərilib.
Onu da qeyd edək ki, bu günədək rayonlarda həyata keçirilən səyyar xidmət layihələrində sənəd qəbulu zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması, vaxt və maliyyə itkisinin qarşısının alınması məqsədilə rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasına gələ bilməyən 80 vətəndaşa səyyar elektron xidmət göstərilib.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq noyabrın 27-də Şahbuz, noyabrın 29-da isə Ordubad Rayon Təhsil şöbələrində səyyar xidmət göstəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR