23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlər liseydəki təlim-tədris şəraiti ilə tanış olublar.

Gələcəkdə zabit olmaq istəyən şagirdlərin hərbi liseydə mövcud olan şəraitlə tanış olması artıq ənənə halını alıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi iləƏlahiddə Ümumqoşun Ordunun birgə tədbirlər planına əsasən razılaşdırılmış qrafikə uyğun olaraq keçirilən tədbirdə bu dəfə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və hərbi rəhbərləri iştirak ediblər.

Liseyin zabitləri şagirdlərə buradakı şəraitdən, kursantların təhsil almaları üçün yaradılan imkanlardan danışıblar. Liseyin muzeyi ilə tanış olan məktəblilərə eksponatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzeydə təhsil ocağının müxtəlif dövrlərdəki fəaliyyətinə aid fotoşəkillər, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən kitablar nümayiş etdirilir.

Liseyin yataqxanası, kursantların asudə vaxtlarını səmərəli təşkil etmək üçün müxtəlif stolüstü oyun vasitələri, televizor, kitablar olan istirahət otağı da şagirdlərdə yüksək təəssüratlar yaradıb. Atəş otağında məktəblilərə atəş hazırlığından danışılıb və virtual atış öyrədilib.

Tanışlıq zamanı diqqətə çatdırılıb ki, mövcud imkanlardan səmərəli istifadə edən müəllim-zabit heyəti bilikli, vətənpərvər, sağlam və əqidəli hərbçilərin yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Liseydə keçilən dərslərlə yanaşı, müxtəlif olimpiada və yarışlar da təşkil olunur, kursantların muxtar respublikada keçirilən tədbir və yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin uğurları ildən-ilə artır, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı çoxalır.

Məktəblilərin hərbi liseylə tanışlıq prosesi həftədə bir dəfə olmaqla dekabrın 20-dək davam edəcək.

 Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR