23 Dekabr 2024, Bazar ertəsi

Yaponiyanın Xarici İşlər Nazirliyi və Yaponiya Fondunun birgə təşkilatçılığı ilə 2019-cu il sentyabrın 25-dən 2020-ci il mayın 22-dək xarici xidmət orqanları və dövlət qulluqçuları üçün “yapon dili” kursu təşkil edilib. Kurs ölkənin ikinci böyük şəhəri olan Osaka şəhərində yerləşən Yaponiya Fondu-Yapon dili İnstitutu, Kansai təhsil müəssisəsində keçirilir. Bu il təşkil olunan kursda Azərbaycan da olmaqla müxtəlif ölkələrdən 29 diplomat və 2 dövlət qulluqçusu qatılıb.

 Yaponiya Fondu-Yapon dili İnstitutu, Kansaidə hər ilin noyabr ayında ənənəvi olaraq iştirakçı ölkələrin diplomat və dövlət qulluqçularına onların öz ölkələrinin tarixi, mədəniyyəti, adət-ənənələri, memarlıq abidələri, turistik yerləri və mətbəxi haqqında təqdimatlar etməsinə şərait yaradırlar.

Bu dəfə də Kansai İnstitutu tərəfindən “Open day” adlı ənənəvi tədbir təşkil edilib.

Ölkəmizin tanıtımı məqsədi ilə ayrılmış yer Türkiyə ilə yanaşı olub. Ümummilli lider Heydər Əliyevin Türkiyə və Azərbaycan dövləti haqqında dediyi “Bir millət, iki dövlət” sözləri yapon və ingilis dilində əsas şüar edilib. Hər iki ölkənin xəritəsi və bayraqları asılıb.

Azərbaycan üçün ayrılan köşkdə “Ümummilli lider Heydər Əliyev”, “Naxçıvan Muxtar Respublikası”, “Qarabağ Azərbaycanındır və nida”, “Bakı şəhəri”, “Qədim Bakı”, “Təhsil”, “Xalçalar”, “Mətbəxt”, “Yallı” və “Adət və ənənələr” adlı yarımbaşlıqlar ilə ölkəmizə aid şəkil, turist marşurut bukleti, məlumat kitabçaları, CD, tarixi abidələrlə bağlı suvenir, “İrs” jurnalı və Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Qarabağ haqqında əsl həqiqətlər” adlı kitabçaları qonaqlara təqdim edilib və lazımi məlumatlar çatdırılıb.

Təqdimat zamanı istifadə olunmuş yarımbaşlıqlar ingilis və yapon dillərində hazırlanıb. Naxçıvan Muxtar Respublikasına aid lövhədə muxtar respublikada yerləşən “Möminə xatın türbəsi”, Açıq Səma Altında Muzey, "Əlincəqala" Tarix-Mədəniyyət abidəsi, Fəzlullah Nəiminin məqbərəsi, Nuhun türbəsi, Qarabağlar türbəsi, “Naxçıvanqala” Tarix-Memarlıq Kompleksi, eləcə də Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun şəkilləri yerləşdirilib. Ölkənin digər təhsil ocaqları ilə yanaşı Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin şəkilləri yerləşdirilib və bu təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq çərçivəsində mübadilə proqramlarında iştirakı və təhsil sistemi haqqında məlumat verilib. Həmçinin Naxçıvan Dövlət Xalça Muzeyi, “Köçəri” və “Tənzərə” yallısının “Naxçıvanın ənənəvi qrup rəqsləri” adı altında UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi barədə danışılıb.          

Qafqaz Aslansoy

 Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar

Respublikasındakı İdarəsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR