23 Dekabr 2024, Bazar ertəsi

Almaniyanın “Qafqazda siyasət və cəmiyyət” adlı elmi jurnalında AZƏRTAC-ın Siyasi və rəsmi xəbərlər redaksiyasının əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Allahverdinin və Cənub-Şərqi Avropa və Qafqaz Araşdırma Mərkəzinin rəhbəri doktor Xristian Yohannes Henrixin həmmüəllifi olduqları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub.

 Məqalədə ermənilərin tarixən həyata keçirdikləri təcavüzkar siyasət nəticəsində Azərbaycan torpaqlarının işğal olunduğu qeyd edilib. Münaqişənin yaranma tarixi, eləcə də onun həlli istiqamətində atılan addımlar təhlil olunub.

Qeyd edək ki, “Qafqazda siyasət və cəmiyyət” jurnalı Fridrix Şiller adına Yena Universitetinin Avropa Tədqiqat İnstitutunun rəhbəri, siyasi elmlər üzrə professor Olaf Leissenin rəhbərliyi ilə işıq üzü görüb. Jurnalda Almaniyadan, həm də Qafqazdan olan elm xadimlərinin əsərləri öz əksini tapıb. Məqalələrdə əsasən Azərbaycan, Gürcüstan və Ermənistan cəmiyyətlərində cərəyan edən siyasi proseslərin təhlili aparılıb. Professor Olaf Leisse Cənubi Qafqazın ənənələr və transformasiya arasında qeyri-sabit region kontekstində araşdırılmasını təşviq edərək regionun Avropaya inteqrasiyasında mümkün imkanları və riskləri müxtəlif müəlliflərin təhlili əsasında dəyərləndirib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR