ATƏT Nazirlər Şurasının Bratislavada keçirilən 26-cı iclasında növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib.
Növbəti il ATƏT-ə sədrlik edəcək Albaniyanın ardınca 2021-ci ildə İsveç, 2022-ci ildə isə Polşa bu təşkilata sədrliyi qəbul edəcək.
İsveçin Xarici İşlər naziri Ann Linde ölkəsinin sədrliyə namizədliyini əsaslandırarkən bildirib ki, bu qərarı diplomatiyanın təhlükəsizliyi təmin etmək üçün ən yaxşı yol olduğuna inandıqlarına görə veriblər.