Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə AMEA-nın Rəyasət Heyəti yeni tərkibdə ilk iclasını keçirib.
Bu barədə AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclasda AMEA-nın dekabrın 28-də keçirilmiş ümumi yığıncağının qərarlarının icrası ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.