Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar artaraq 61,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 56,17 dollar təşkil edib.