Azərbaycanın Almaniyadakı səfirliyi Kölndəki vətəndaşlarımız üçün səyyar konsul qəbulu təşkil edib.
Qəbul zamanı səfirliyin əməkdaşları tərəfindən vətəndaşlarımıza ümumvətəndaş pasportlarının və Azərbaycan Respublikasına qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsi, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi və vətəndaşlığın bərpası, vətəndaşlıq vəziyyəti ilə bağlı şəhadətnamələrin, təkrar şəhadətnamələrin və arayışların alınması, sənədlərin Azərbaycan Respublikası orqanlarından sorğu edilməsi və digər konsulluq əməliyyatları və hərəkətləri barədə məsləhətlər verilib. Vətəndaşları maraqlandıran suallar cavablandırılıb, konsulluq əməliyyatları ilə bağlı sənədlər qəbul edilib və səfirliyin Konsulluq şöbəsində göstərilən xidmətlər barədə məlumatlar diqqətə çatdırılıb.
Qəbulda 70-ə yaxın Azərbaycan vətəndaşı iştirak edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri