Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən “Şərəf” medalı ilə təltif olunub.
Həmyerlimiz türk dünyası qarşısında yaradıcı xidmətlərinə, Azərbaycan elminin inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
AYB-nin bu barədə qərarında qeyd edilir ki, 70 yaşı tamam olan İsa Həbibbəyli türk dünyasının ədəbiyyatı, mədəni həyatı, elmi nailiyyətləri barədə zəngin araşdırmalar aparıb, o cümlədən dəyərli əsərləri ilə gələcək nəsillər üçün qiymətli yaradıcılıq irsi yaradıb.