23 Dekabr 2024, Bazar ertəsi

Əlahiddə Ümumqoşun Orduda xalq-ordu birliyini özündə əks etdirən növbəti tədbir keçirilib.

Şərur rayonunun Sərxanlı kənd sakini Həsən Hüseynov tərəfindən hərbi hissəyə, ümumilikdə, 3 tondan artıq soğan təqdim edilib.
Tədbirdə dövlət qayğısından danışan hərbi hissənin zabiti Xəyyam Həsənov xalq-ordu birliyindən ruhlanaraq yüksək vətənpərvərlik hissi ilə xidmət etdiklərini bildirib.
Sonda gətirilmiş sovqat hərbi hissənin anbarına təhvil verilib.
Qeyd edək ki, muxtar respublikada kənd təsərrüfatı ilə məşğul olan sahibkarların hərbi hissələrə sovqat aparmaları artıq ənənə halını alıb.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR