23 Dekabr 2024, Bazar ertəsi

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini İsmail Çataklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DMX-dən bildiriblər ki, Xidmət rəisi Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq bağlarının tarixi köklərindən, münasibətlərin möhkəmləndirilməsində dövlətlərimizin başçılarının əvəzsiz fəaliyyətindən bəhs edib. O, qardaş ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasının türkdilli dövlətin münasibətlərinin inkişafına da müsbət təsir göstərdiyini bildirib.

Xidmət rəisi Azərbaycanın turizm baxımından cəlbediciliyinin artırılması, əcnəbilərin rahatlığının və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Vurğulanıb ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşlarına viza tələbinin ləğvi iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da güclənməsinə xidmət edir.

Vüsal Hüseynov “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında miqrasiya, readmissiya və vətəndaşların qarşılıqlı səyahətlərinin sadələşdirilməsinə dair Saziş” və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi arasında miqrasiya sahəsində Anlaşma Memorandumu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar bir sıra işlərin görüldüyünü bildirib.

Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini İsmail Çataklı Azərbaycan və Türkiyə vətəndaşlarının hüquq və vəzifələrinin tam təmin olunmasında birgə layihələrin həyata keçirilməsinin, eləcə də miqrasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbərlər şöbəsi 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR