“9 noyabr-Dövlət Bayrağı Günü” münasibəti ilə bir dəstə könüllü gənc “Gənclər bağı”nda yaşıllıqlara qulluq aksiyası keçirib. Gənclər bağda yeni tinglər basdırıb, əvvəl əkilən ağaclara aqrotexniki qulluq göstəriblər. Aksiya zamanı ümumilikdə 300-ə yaxın tut və ərik fidanları əkilib. 30 nəfər könüllü gəncin iştirak etdiyi aksiyanın məqsədi gənclərə təbiətə qayğı hisslərinin aşılanması, yeni yaşıllıqların salınması və diqqəti yaşıllıqların qorunmasına yönəltməkdir.
Tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Xəbərlər şöbəsi