23 Dekabr 2024, Bazar ertəsi

Xalqımızın  təsərrüfatçılıq ənənələri kimi etnoqrafiyası da zəngindir. Söz sandığı bol olan nənə-babalarımızın,etnoqrafların dediyinə görə, oktyabr-noyabr ayları ta qədimdən əkinçi və maldar ata-babalarımız üçün ən məhsuldar dövr hesab olunub.Çünki məhz ilin-günün bu vədəsində çəkilən zəhmətin bəhrəsi görülüb, bir çox meyvə-tərəvəzlərin tədarükünə başlanılıb,başqa sözlə,qış hazırlığı da görülüb. Elə bu vaxt etnoqarfiyamızda “Mihrican” – yəni, “Məhsul bayramı” qeyd olunarmış.İnsanlar bayram vaxtı  verdiyi bol ruzi-bərəkətə görə Uca Yaradan şükür edər, bunu el şənliyi halında qeyd edərmişlər.

Zaman keçir,cəmiyyət və nəsillər dəyişilir, amma etnoqrafiyamız yaşadılır.Fikrimcə,Naxçıvanda hər payız keçirilməsi ənənə halını almış “Ailə təsərrüfatı məhsulları” festivalı məhz qeyd olunan “Mihrican bayramı”nın müasir formasıdır.“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komleksində təşkil olunan builki festival da eynilə yüksək əhval-ruhiyyə, bayram ab-havasında keçirilir.Musiqi və yallı kollektivlərinin bir-birindən maraqlı çıxışları festivalı daha da rəngarəng edir.Bəs gəlin görək, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunamsı festivala hansı yenilikləri bəxş etdi,təsərrüfatçılar bu il nə qazandılar?..

Həftəsonu olduğu üçün böyük bir insan kütləsi qalaya tələsir.Mən də ailə üzvlərimlə birlikdə ilk Babək rayonundan olan ailə təsrrüfatçılarının təmsil olunduğu stendə doğru irəliləyirəm.Tanışlarla ayaqüstü bir-iki kəlmə kəsirəm. Öyrənirəm ki,bu il təkcə Babək rayonundan 100-ə yaxın məhsul növü festivala çıxarılıb.Tanış ailə təsərrüfatçıalrı qahablı Hünər Qaımov,nehrəmli Tofiq Abutalıbov və başqaları ilə görüşürəm.Öyrənirəm ki,Hünər doğma kəndində “Böyük dağ” əmtəə nişanı ilə satışa çıxarılan süd məhsullarının emalı sahəsinə rəhbərlik edir.Bu il eləməyib tənbəllik, qardaşı ilə birlikdə əlavə dövlət maliyyə dəstəti alıb, ayran və dovğa istehsalına da başlayıb.Qocaman təsərrüfatçı, təcrübəli aqronom Tofiq müəllim isə festivala 16 növ məhsul çeşidi çıxarıb və onların arasında ilk dəfə olaraq qarpız doşabı da var.Aşağı buzqovlu Hüseyn müəllim də müvafiq dövlət   orqanına müraciət edib, təklifi yüksək qiymətləndərilib və aldığı kredit hesabına 10 arı ailəsi alıb.Siyahını uzatqmaq olar.Çünki Naxçıvanda aqrar sektorun əsasını təşkil edən ailə təsərrüfatlarına cari ildə çox böyük dəstək göstərilib.Bunu təkcə Babək yox,bütün rayonların timsalında görə bilərik.

Qalanı “dörd dolanıram”.Festivala çıxarılan bütün məhsul çeşidlərini tək-tək nəzərdən keçirirəm.Görürəm ki,hər kəs yaşadığı kəndin, şəhərin, qəsəbənin təsərrüfatçılıq ənənələinə xas olan məhsulları istehlakçıya təqdim edir.Məsələn,Yaycı soğanı, Kükü alması, Ərəfsə cəvizi, Gərməçataq balı,Sədərək lavaşı,Naxçıvan qovurması, növbənöv turşular, min bir dərdin dərmanı olan müalicəvi otlar isə Şahbuz təbiətindən toplanılıb, qablaşdırılıb satışa çıxarılıb. Qablaşdımaq demişəkən, mətbuatdan izlədik ki,bu il müvafiq dövlət orqanları muxtar respublikanın  şəhər və rayonlarını tək-tək gəzdilər, demək olar ki,bütün ailə təsərrüfatçıları ilə görüşdülər və onlara məhsullarını qabalaşdırmaq üçün verilən dövlət maliyyə dəstəyi barədə geniş izahat verdilər.Artıq festivalda bu işin bəhrəsini görürəm.Çünki məhsulu istehsal etmək işin bir tərəfidirsə, onu qablaşdırıb nümunəvi və səliqəli qaydada alıcıya təqdim etmək digər bir tərəfidir.Etiraf edək ki, uzun illər ailə təsərrüfatçıları üzüm yarpağının turşusunu “Sirab” butulkasında satışa çıxarırdılar.Eynilə süd məhsulları da kustar üsulla hazırlanmış qablara yığılırdı..

Amma bu gün təkcə Nehrəm kəndində hamnın “Qara” kimi tanıdğı, “Xalaoğlu” kəndli-fermer təsərrüfatının başçısı Rafiq Əliyev qolunu çırmayıb özünü işə verib,dövlətdən dətək alıb və öz doğma kəndində plastik qablarının emalı sahəsini yaradıb. Əvvəllər qonşu ölkələrdən gətirilən bu məhsullar indi Nehrəmdə ondan daha ucuz və daha keyfiyyətlə istehsal olunur.Bu da “Ailə təsərrüfatları ili”nə daha bir töhfə...

Yerli və xarici qonaqların,əcnəbi tələblərin böyük maraq göstərdiyi festivalda stendlərin dizaynı da göz oxşayır.Görürsən ki,bu festivala hər kəs ciddi hazırlaşıb və belə demək mümkünsə,stendlərin tərtibatında yaradıcı ideya ortaya qoyulub.Bu festival Naxçıvan üçün həm də bir təbliğat vasitəsi,təsərrüfatçılıq ənənələrinin yaşadılması, tanıdılması deməkdir.

 P:S-Yazını işləyib qurtaranda festivaldan aldığım Şahbuz kəklikotusundan dəmlənmiş çayı Ordubad sucuğu ilə içib deyirəm: Vallah can dərmanıdır, Naxçıvan təbiətindən hasilə gələn bütün məhsullar... 

Muxtar RZAZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR