Azərbaycanın Almaniya ilə əməkdaşlığı çərçivəsində 14 Tvinninq layihəsi yekunlaşıb, 1 layihə isə davam edir.
Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib.
“Ölkələrimiz arasında maliyyə və texniki sahədə də əməkdaşlıq uğurla davam edir. Texniki əməkdaşlıq çərçivəsində 4-ü yerli, 5-i regional olmaqla 9 layihənin icrası davam edir. Bu layihələr üzrə Azərbaycana ayrılan vəsaitin dəyəri 30 milyon avrodur”, - deyə N.Səfərov bildirib.