23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 23-də Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinə səfərə gəlib.

Ardını oxu...

2019-cu ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının preslib.az internet saytında Naxçıvan Muxtar Respublikası barədə fəaliyyət göstərən eyniadlı elektron layihə ən çox izlənilən resurslar arasında ilk yerlərdədir. Bugünə qədər saytda Naxçıvan Muxtar Respublikası ilə bağlı bölməyə 52 mindən çox baxış olmuşdur. Azərbaycandan sonra müraciətlərin ən çox daxil olduğu ölkələr Fransa, Amerika Birləşmiş Ştatları, Türkiyə, İran, Almaniya, İraq və İtaliyadır. 

Qeyd edək ki, preslib.az saytında Naxçıvan Muxtar Respublikası barədə elektron layihə 2009-cu ildə yaradılmışdır. İnternet istifadəçiləri saytdakı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən nakhchivan.preslib.az bölməsini seçməklə Naxçıvan Muxtar Respublikasının ərazisi, tarixi, idarəetmə quruluşu, görkəmli şəxsiyyətləri, muxtar respublika ilə bağlı rəsmi sənədlər, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı məlumatlar, elektron kitablar və məqalələr toplusu ilə ətraflı tanış olmaq imkanına malikdirlər.

Sentyabrın 23-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin dörddəbir final mərhələsinin birinci partiyaları oynanılacaq.

Bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Cefferi Xionq ilə qarşılaşacaq.

Ardını oxu...

Belçikanın 22 şəhərində, həmçinin ölkə paytaxtının üç mərkəzi bələdiyyəsində “Bir gün avtomobilsiz” aksiyası keçirilib.

Həmin gün şəhərin küçələrinə elektromobil və təcili yardım xidməti – polis, yanğınsöndürən və “tibb yardımı” maşınlarından savayı digər avtomobillərin çıxarılması qadağan edilib. Minlərlə şəhər sakini küçələrə özlərinin velosiped, rolik və samokatında çıxıb. Bəzilərini bunu, necə deyərlər, ailəlikcə edib.

Brüqqe meriyasında bildiriblər ki, şəhər hakimiyyət orqanlarının bu qərarı “Gələcək üçün cümə günləri” ekoloji hərəkatının ötən cümə bütün Avropa üzrə keçirilən nümayiş dalğasına bir növ reaksiyadır. Məmurlar, həmçinin qeyd ediblər ki, bu pilot layihəsi uğurla nəticələnərsə, o halda aksiyalar gələcəkdə də təkrarlanacaq.

Yeri gəlmişkən, oxşar ekoloji eksperimentlərin Azərbaycanın bir sıra şəhərlərində keçirilməsinin vaxtı deyilmi? Necə deyərlər, işin əvvəli çətin olur.

Xəbərlər şöbəsi

 

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan NUHÇIXAN-a verilən məlumata görə, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə "Karabakh is Azerbaijan! End the occupation” (Qarabağ Azərbaycanındır! İşğala son qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən avqust ayında payız suvarma mövsümünə hazırlıqla əlaqədar tədbirlər görülüb, 7 kilometr magistral kanal, 18 kilometr ara arx, 4 kilometr kollektor lildən təmizlənib.

Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 650 metr məsafədə selə qarşı istiqamətləndirici bənd salınıb. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 26 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində 22 min 741 hektar torpaq sahəsi suvarılıb. Şahbuz rayonunun Türkeş kəndi ərazisini əhatə edən 300 hektar sahədə qapalı suvarma şəbəkəsində, Şərur və Ordubad rayonlarındakı sutəmizləyici qurğuda tikinti işləri davam etdirilib.

Bu dövrdə 2 kilometr yeni içməli su xətti, 2,5 kilometr yeni suvarma xətti çəkilib, 5 kəhrizdə təmir-bərpa işləri, suvarma və içməli su mənbəyi kimi istifadə olunan 91 subartezian quyusunda təmir işləri aparılıb.

Xəbərlər şöbəsi

Ukrayna dövləti xarici ölkələrlə münasibətlərini yenidən çözməyə başlayıb. Xüsusilə, ərazi bütövlüyünün dəstəklənməsi məsələsində ikili oyun oynayan ölkələrə münasibətdə rəsmi Kiyev daha sərt reaksiya verməyə başlayıb. Poroşenko hakimiyyəti dövründə bu siyasətdə yumşaqlıq göstərilsə də, Zelenski komandası daha açıq və qəti mövqe nümayiş etdirir. Hətta bu günlərdə Prezident Vladimir Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyünü daha qarantlı etmək üçün yeni beynəlxalq müqavilələrə ehtiyac olduğunu bildirib.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvan-95” devizi altında gənc rəssamların açıq havada pleneri keçirilib. “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilən sərgidə Naxçıvan" Universitetinin İdarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisasının 2-ci kurs tələbəsi Həsənli Məhəmməd I yerin, Xarici Dillər fakültəsinin "İngilis dili Müəllimliyi" ixtisasının 3-cü kurs tələbəsi Xudiyev Cəlil II yerin qalibi olub.

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan 1 ton alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib.
Qeyd edək ki, Şahbuz rayon ərazisində iməciliklər yolu ilə 200 hektardan artıq yaşıllıq sahələri salınıb ki, bunların da əksəriyyəti meyvə bağlarıdır.Bağlardan toplanan məhsulun əksəriyyəti rayon ərazisindəki hərbi hissəyə təhvil verilir.
Mövsüm ərzində toplanan 8 tondan artıq meyvə hərbi hissəyə göndərilib.

Xəbərlər şöbəsi

AMEA Naxçıvan Bölməsində tanınmış tədqiqatçı və ekspert, yazıçı-jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimat mərasimi keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, müəllif Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bu müqəddəs məkan, “Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf mağarası ilə bağlı geniş araşdırmalar aparıb, çoxsaylı tarixi mənbələri və arxiv materiallarını nəzərdən keçirərək bu kitabda toplayıb. Nəşr mövzuya yeni, daha dərin yanaşma və orijinal təhkiyə üslubu ilə fərqlənir.

“Əcəmi” nəşriyyat Poliqrafiya Birliyində nəfis şəkildə çap olunan kitabda oxucuya qədim dövr səyyahlarının, tarixçilərinin Əshabi-Kəhf haqqında indiyədək məlum olmayan qeydləri, fikir və mülahizələri, həmçinin bir çox tarixi faktlar və məlumatlar təqdim edilir. Əsər 11 başlıqdan ibarətdir.

Ardını oxu...

Erməni politoloq Styopa Safaryan son dövrlərdə həm Rusiya, həm də Ermənistan mətbuatında daha çox adı çəkilən şəxslərdən biridir. Rusiyanın www.prtime.ru saytında Styopa Safaryanla Ermənistanın baş naziri Nikol Paşinyan və onun mətbuat katibi Vladimir Karapetyanın gizli və bir o qədər də alçaldıcı vatsap yazışmalarını ortaya çıxarıb.

Styopa Safaryan haqqında deyilir ki, onun fəaliyyəti əsasən çirkli və qaranlıq işlərdən ibarətdir. Diqqətə çatdırılır ki, bu yaxınlarda Styopa Safaryana məxsus olan “İphone” markalı telefon itib. Əslində isə bu hadisə planlı şəkildə və siyasi motivlər əsasında hazırlanıb. Hücum isə  bir qrup şəxs tərəfindən törədilib.

Bu faktlar Safaryana məxsus telefonun itməsindən sonra mətbuata sızıb. Bir sözlə, telefonda baş nazir Nikol Paşinyana, onun mətbuat katibi Vladimir Karapetyana və Styopa Safaryana məxsus “Whatsapp” yazışmaları var. Yazışmalarda üçlük arasında rüşvət sövdələşmələrindən və pulla kiminsə prokuror vəzifəsinə gətirilməsindən və həmin şəxsdən 30 milyon dram rüşvət alınmasından bəhs olunur. Baş nazirin mətbuat katibi Vladimir Karapetyan dəllallıq edən Safaryana baş nazirlə olan söhbəti barədə yazır, hətta vurğulayır ki, baş nazir çox dözülməz insandır, hərdən o elə danışır ki, istər istəməz insanda ikrah hissi yaradır.   

Ardını oxu...

 

 

 

Amerikanın “Washington Examiner” jurnalında siyasi icmalçı Covanni Visente Romeronun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyinə həsr olunmuş məqaləsi dərc edilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə nazirinin rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb olunduğu genişmiqyaslı əməliyyat-taktiki təlimləri sentyabrın 20-də başa çatıb.

Sentyabrın 16-da başlayan təlimdə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlər həyata keçirilib.

Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra edilib.

Təlimdə əsas diqqət qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldilib.

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib.

  

Bu, muxtar respublikada mətbuatın yeni mərhələdə inkişafına təkan verəcəkdir 

Müasir dövrdə kütləvi informasiya vasitələri hər bir ölkənin, cəmiyyətin inkişafında mühüm rol oynayan əhəmiyyətli təsir vasitələrindəndir. Təsadüfi deyil ki, ölkələrin gələcək perspektivləri, beynəlxalq aləmdə tutduğu mövqeyi nəzərdən keçirilərkən həmin dövlətlərdə kütləvi informasiya vasitələrinin mövcud vəziyyətinə daha çox diqqət yetirilir, bir sıra məsələlər bu amillə dəyərləndirilir. Çünki müasir təcrübədən də göründüyü kimi, mətbuatı zəif olan dövlətlər istər daxili, istərsə də xarici siyasətin həyata keçirilməsində ciddi maneələrlə qarşılaşır ki, bu da, nəticədə, bütün sahələrdə geriləməyə yol açır. Bu gün qürurla deyə bilərik ki, gündən-günə çiçəklənən, güclənən ölkəmizdə, o cümlədən muxtar respublikamızda kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə geniş məruzə ilə çıxış edən Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi siyasi strategiya nəticəsində hərtərəfli inkişafa nail olunub. Məharətlə tətbiq edilən idarəetmə sistemi əsasında sosial-iqtisadi islahatların əhatə dairəsi genişləndirilib, əhalinin rifah halı yaxşılaşdırılıb, ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib.

Ardını oxu...

Həqiqətən də, Naxçıvanın son 25-30 ildə keçdiyi yolu təhlil edəndə açıq-aydın görünür ki, çox çətin və olduqca mürəkkəb bir dönəm bütün sahələrdə mütərəqqi yeniliklərin tətbiqi və qədim diyarın hərtərəfli inkişaf yoluna çıxması ilə başa çatıb. Ərzaq, enerji, müdafiə təhlükəsizliyi tam təmin olunmaqla gələcək inkişaf perspektivləri üçün də güclü əsaslar yaradılıb...

Ardını oxu...

19 sentyabr 2019-cu il tarixdə start verilən təlimə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin dövlət qulluqçusu olan 24 əməkdaşı cəlb edilib. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın “Beynəl­xalq Sülh Günü” kimi qeyd olunması barədə Qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş, minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz dağıdılmış, terrora məruz qalmışdır. Atəşkəs rejiminə baxmayaraq, bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə, əhali uzun müddətdir ki, münaqişədən əziyyət çəkir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən müşavirəni nazir, general-leytenant Şamı Abdullayev açaraq qeyd edib ki, ötən müddət ərzində nazirlik tərəfindən muxtar respublikada qazla iş rejiminə keçirilmiş 751 qazanxanaya texniki baxış olub. 419 mövsümi işçi qazanxana maşinisti ixtisası üzrə peşə kurslarına cəlb olunaraq sertifikat alıb. Hazırda peşə məktəblərində 99 nəfər ocaqçı-maşinist ixtisası üzrə kurs keçir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən iclası xidmətin rəisi Vəli Novruzov açaraq bildirib ki, muxtar respublika üzrə ərzaq ehtiyatının artırılması və təhlükəsizliyinin təmin edilməsində xüsusi rolu olan baytarlıq xidməti hər il olduğu kimi, bu il də payız-qış mövsümündə əhalinin etibarlı heyvandarlıq məhsulları ilə tam təmin edilməsi məqsədilə tədbirləri davam etdirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirədə nazir Natəvan Qədimova məruzə ilə çıxış edərək bildirib ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar 2019-cu il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə nazirliyin də qarşısına bir sıra ­vəzifələr qoyulub.

Ardını oxu...

Müzakirəyə çıxarılan məsələ barədə məruzə edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov deyib ki, ölkəmizin sosial-iqtisadi inkişafı əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb. Görülən tədbirlərin nəticəsidir ki, bu gün bütün fəsillərdə muxtar respublikamızın, eləcə də Şərur rayonunun yaşayış məntəqələri dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunur. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqlardan biri də bundan ibarətdir ki, ilin soyuq fəsillərində əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə və təbii qaza olan tələbatı tam ödənilməli, mövcud infra­struktur payız-qış mövsümündə normal fəaliyyət göstərməlidir.
Qeyd olunub ki, hazırda rayon mərkəzindəki 572 mənzildən ibarət 17 çoxmərtəbəli yaşayış binası, müxtəlif yaşayış məntəqələrində 49 təhsil, 48 səhiyyə, 93 mədəniyyət müəssisəsi istilik sistemi ilə qızdırılır. Geniş quruculuq tədbirləri aparılan Muğancıq Mehrab, Yeni Havuş, Xələc və Muğanlı kəndlərində inşa edilən, yaxud yenidən qurulan sosial-mədəni obyektlərdə də müasir istilik sistemi quraşdırılır. Tikinti-quruculuq işləri başa çatdıqdan sonra rayonda əlavə olaraq 6 icra nümayəndəliyinin inzibati binası, 4 təhsil, 6 səhiyyə və 14 mədəniyyət müəssisəsi müasir istilik sistemlərinə qoşulacaqdır.
Bildirilib ki, payız-qış mövsümündə istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə istismar müddəti başa çatmış qəzalı dirəklər və xətlər, tarazlığı pozulmuş məftillər təmizlənməli, baş verə biləcək qəza hallarının nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün tələb olunan mal-material və avadanlıq ehtiyatı yaradılmalıdır. Əhalinin istiliklə fasiləsiz və normal təmin olunması üçün indidən ciddi hazırlıq tədbirləri görülməli, təbii qaz nəqlində fasilələr yaranmaması üçün avadanlıqlara texniki baxış davam etdirilməli, tənzimləyici qurğuların mövsümə uyğun nizamlanması təmin olunmalıdır. Rayon Yol Təmir-Tikinti İdarəsi payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini təmin etmək üçün texnikaların işlək vəziyyətdə saxlanması, maşın və mexanizmlərin ehtiyat hissələrinin yaradılması üçün tədbirlər həyata keçirməlidir. Mövcud qazanxanaların fasiləsiz işini təmin etmək məqsədilə onların elektrik enerjisi, təbii qaz və su ilə təchizatı məsələləri nəzarətdə saxlanılmalı, istilik sistemlərinin dayanıqlılığına və qazanxanaların qəbul olunmuş texniki normalar çərçivəsində istismarına diqqət artırılmalıdır.
Kamal Cəfərov deyib ki, müşavirədə verilən tapşırıqlara əsasən rayondakı mərkəzləşdirilmiş istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tələbatı öyrənilməli, ayrılan yanacağın və digər avadanlıqların vaxtında gətirilməsi təmin edilməlidir.
Diqqətə çatdırılıb ki, ilin bütün fəsillərində istehlakçı tələbinin keyfiyyətli məhsullar hesabına ödənilməsi üçün mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş yerli kənd təsərrüfatı məhsullarının soyuducu anbarlar tərəfindən tədarükü davam etdirilməlidir.
Qeyd olunub ki, payız-qış mövsümündə Şərur şəhərində və kənd­lərdə əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatı gücləndirilməlidir.
Sonra çıxışlar dinlənilib.

* * *

Kəngərli Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Kəngərli Rayon İcra Hakimiyyəti qarşısında da mühüm vəzifələr qoyulub. Verilən tapşırıqların icrası ilə əlaqədar ardıcıl işlər aparılır.
İcra başçısı qeyd edib ki, payız-qış mövsümündə elektrik enerjisinin verilməsində fasiləsizliyin təmin edilməsi üçün mövcud infrastrukturun yenilənməsini davam etdirilməli, mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi başa çatdırılmalıdır. Mövsümə tam hazırlıqla başlanması üçün qısa vaxt ərzində qaz təchizatı sistemində də müəyyən zəruri tədbirlər görülməlidir. Qaz nəqlinin təmin edilməsi üçün mütəmadi olaraq qaz xətlərinə texniki baxış keçirilməli, qaz xətlərindəki nasazlıqlar və sayğacdankənar istifadələr vaxtında müəyyən edilərək aradan qaldırılmalıdır. Mövsümədək təmirə və ya yenilənməyə ehtiyacı olan bütün qazanxanaların qısa müddətdə bərpası üçün müvafiq tədbirlər görülməlidir. İçməli su xətlərinin qışa hazırlıq vəziyyəti ilə bağlı nöqsanlar aradan qaldırılmalıdır.
Bildirilib ki, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirlərinin nəticəsi olaraq rayonda fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələri istilik sistemi ilə təchiz olunub. Bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında isə təbii qaz sobalarından istifadə olunur. Bununla bağlı görülən hazırlıq işləri başa çatdırılmalıdır. Payız-qış mövsümündə yolların vaxtında təmizlənməsi və hərəkətin intensivliyinin təmin olunması üçün kommunal xidmət texnikalarının saz vəziyyətə gətirilməsinə diqqət artırılmalıdır.
Sonra çıxışlar dinlənilib.

 

* * *

Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr bağlı Şahbuz rayonunda keçirilən müşavirədə çıxış edən rayоn İcra Hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq məqsədilə rayоnda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, еləcə də digər sоsial sahələrin qışa hazırlığı, əhalinin qış mövsümündə еnеrji və yanacaqla fasiləsiz təmin оlunması, inzibati binaların, kəndarası və kənddaxili yоlların təmiri diqqət mərkəzində saхlanılıb. Şəhər, qəsəbə və kəndlərdə, ümumilikdə, 23 yaşayış məntəqəsində fəaliyyət göstərən təşkilatların yеrləşdikləri binalar müasir istilik sistеmi ilə təmin edilib.
Vurğulanıb ki, rayonda fəaliyyət göstərən 23 tam orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsindən 3-ü, 23 səhiyyə müəssisəsi, 58 mədəniyyət müəssisəsindən 55-i müasir istilik sistemi ilə, 3-ü isə neft yanacağı, təbii qazla və elektrik cihazları ilə qızdırılacaq. Rayоnda quruculuq, abadlıq işlərinə göstərilən qayğının nəticəsidir ki, bütün ictimai yaşayış binaları əsaslı şəkildə təmir еdilən Şahbuz şəhərində həmin binaların kоmmunikasiya хətlərinə baхış kеçirilib, nasazlıqların aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb.
Diqqətə çatdırılıb ki, Şahbuz şəhərinə, eləcə də rayonun digər yaşayış məntəqələrinə gedən avtomobil yollarında cari təmir işləri aparılıb. Avtomobil yollarının qışa hazırlanması məqsədilə 450 ton asfalt örtük verilərək sıradan çıxmış hissələr bərpa edilib, 395 siqnal dirəyi, 90 yol nişanı yenisi ilə əvəz olunub, 6 körpüdə 120 metr məhəccər təmir edilib. Elektrik təsərrüfatının payız-qış mövsümünə hazırlanması məqsədilə 10 və 0,4 kilovoltluq xətlərə baxış keçirilib, 292 ağac, 4 dəmir dayaq quraşdırılıb, 22 transformator, 24 keçid, 21 dayaq izolyator təmir edilib, 27 ildırımötürücü bərpa olunub, 3 transformator çəpərlənib, 1785 kiloqram müxtəlif ölçülü məftil yenisi ilə əvəz edilib. Abadlıq-quruculuq tədbirlərinin keçirildiyi Şahbuz şəhərində, Badamlı qəsəbəsində, Türkeş kəndində, eləcə də ayrı-ayrı yaşayış məntəqələrində lazımi yerlərdə qaz xətləri yenidən işlənib, 3 yeni tikilmiş fərdi evə, 1 sosial obyektə təbii qaz xətti çəkilib. Əsgərlərin qış mövsümündə lazımi istiliklə təmin edilməsi məqsədilə müəyyən tədbirlər görülüb, hərbi hissələrin yerləşdikləri ərazilərə gedən avtomobil yollarının saz vəziyyətdə saxlanılmasına mütəmadi olaraq diqqət yetirilib.
Sonra çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

NUHÇIXAN-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi Naxçıvan Muxtar Respublikasının iqtisadi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Türkiyənin özəl sektoru ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır və bu kontekstdə türk iş adamlarına muxtar respublikada müxtəlif sahələrdə istehsal olunan keyfiyyətli məhsullar təklif edilir.

Qeyd edək ki, Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən ticarət, sənaye, energetika, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı, maliyyə, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 300-dək iş adamı iştirak edib.

Özbəkistan Respublikasının Mənzil Kommunal Təsərrüfatı və Səhiyyə nazirliklərindən və Dövlət Ekologiya Komitəsindən olan nümayəndələr muxtar respublikanın içməli su və kanalizasiya sistemlərinin qurulması layihəsi ilə tanış olmaq, bu sahədə qazanılan təcrübəni öyrənmək məqsədilə Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.

Ardını oxu...

2-12 sentyabr tarixlərdə Azərbaycan-Mərakeş gənclər mübadiləsi proqramı çərçivəsində Azərbaycan Respublikası Gənc­lər və İdman Nazirliyinin dəstəyi ilə ölkə­mizin ictimai fəal gənclərindən ibarət 12 nəfərlik nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində sentyabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, 2019-cu il 3 sentyabr tarixli 112 nömrəli Qərarla “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 dekabr tarixli 119 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən avqust ayında gənc­lərin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin artırılması, dünyagörüşlərinin formalaşdırılması, onlara vətənpərvərlik hisslərinin aşılanması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Gənc­lərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan Musiqi Kollecində, Naxçıvan Tibb Kollecində təhsil alan tələbələrin və idmançıların iştirakı ilə “Yay məktəbi”, həmçinin 12 avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar gənclərin muzeylərə ekskursiyaları təşkil olunmuşdur.
Avqust ayında idman sahəsində kütləviliyin təmin olunması üçün müxtəlif idman növləri üzrə bir sıra birinciliklər və yoldaşlıq görüşləri keçirilmiş, idmançılarımızın ölkə və beynəlxalq turnirlərdə iştirakı təmin edilmişdir.
Ötən ay idmançılarımız Azərbaycan birinciliyində 3, beynəlxalq turnirdə 13 medal olmaqla, ümumilikdə, 16 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Qarnizonu qoşunlarında ikitərəfli üçpilləli komanda-qərargah təlimi keçirilib.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərlə keçirilən 3 günlük təlim toplantısına  ordunun Təlim-Tədris Mərkəzində yekun vurulub. Bununla əlaqədar keçirilən tədbirdə toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib.

Ardını oxu...

Sentyabrın 13-də “Şərq qapısı” qəzetinin yenilənmiş internet saytının təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların maddi-­texniki bazası daha da gücləndirilib. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması sayəsində muxtar respublikanın bütün qəzet və jurnalları bu gün yüksək poliqrafik keyfiyyətlə nəşr olunur.

Ardını oxu...

“Mən bu ilin iyul ayının sonunda İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişəm. Çox sevinirəm ki, Azərbaycanın bölgələrindən ilk dəfə məhz Naxçıvana səfər etmişəm”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre deyib.
O bildirib ki, burada bir sıra yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Səfir Naxçıvandakı istehsal və sənaye müəssisələrində də olub, İsveçrə hökumətinin dəstəyi ilə bərpa olunan kəhrizə baxıb. O, kəhrizin yaxşı fəaliyyət göstərdiyini və əhalinin də ondan səmərəli şəkildə istifadə etdiyini vurğulayıb. Muriel Peneveyre səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzi ilə də tanış olduğunu, çoxşaxəli iqtisadiyyata malik olan Naxçıvan barədə ətraflı məlumat aldığını bildirib.
“Səfərim birgünlük olduğundan muxtar respublika ilə tanışlıq imkanım o qədər də çox olmadı. Ümidvaram ki, mən buraya bir daha səfər edəcək və qədim diyarla daha da yaxından tanış olmaq imkanı qazanacağam”, – deyən səfir ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Tural AĞAYEV

Sentyabrın 12-də Finlandiyanın Turku şəhərində Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətinin Konfransının – CORLEAP-ın 9-cu illik yığıncağı keçirilib.

Ardını oxu...

(poema)

Sanki güllərini özüm əkmişəm,
Sanki ağacların bağbanı mənəm.
Sanki gecələrin ulduz topası,
Sanki səhərlərin ağ danı mənəm.

Bu div dünyamızın cırtdan şəhəri
Divlər dünyasına tutub səfəri.
İlk addımı – tarixin ilk sözüdür.
Altı-üstü tarixin lap özüdür.

Ardını oxu...

Sentyabrın 12-də İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş ­meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Ardını oxu...

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq Şöbəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində muxtar respublikanın istehsal müəssisələrində də olublar. Naxçıvan Avtomobil Zavodunun istehsal potensialı ilə maraqlanan qonaqlara bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Hazırda zavodda 17 modeldə minik və yük avtomobilləri istehsal olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 3 iyul 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları 9-11 sentyabr tarixlərdə keçirilib. Müsabiqəyə çıxarılmış 285 vakant vəzifənin tutulması üçün 82 nəfər sənəd təqdim edib. Test imtahanlarında 80 namizəd iştirak edib, onlardan 13-ü keçid balını toplayıb.
Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir. Test imtahanlarının keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir.
Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.

Ardını oxu...

Azərbaycanda ilk dəfə reallaşdırılan “Azərbaycanın 7 möcüzəsi” layihəsinin çəkiliş qrupu 1-6 sentyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında çəkiliş aparıblar.
Layihənin yaradıcı direktoru Elnur Talıblı Naxçıvan televiziyasına müsahibəsində deyib: “Layihənin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın 7 möcüzəsi xalqımız tərəfindən seçiləcəkdir. Seçilən həmin abidələr Azərbaycanın 7 möcüzəsi kimi tarixdə qalacaqdır. Bu layihə çərçivəsində bütün Naxçıvanı gəzdik və çəkilişlər apardıq. Müşahidə etdiyim bir neçə məsələni qeyd etmək istəyirəm. Naxçıvanda heyrətləndirici amillər çoxdur. Məsələn, qonaq­pərvərlik, insanların gülərüzlülüyü, xoşbəxt simaları. İndiki dövrdə bu, çox önəmlidir. Çox az ölkələr var ki, orada küçədə gəzərkən xoşbəxt simalı insanlara rast gələsən. Lakin Naxçıvanda bu, belədir.
Muxtar respublikada çəkiliş apararkən üç amil məni daha çox heyrətləndirdi. Birincisi, Naxçıvanda oturmuş bir ideologiya var. Yəni Naxçıvan Muxtar Respublikasında yaşayan hər bir Azərbaycan vətəndaşının ideoloji cəhətdən düşüncəsi tam formalaşıb. O bilir nə üçün yaşayır, necə yaşayır. Onun gələcəyi necə olacaq və bu gələcəkdən çox ümidlidir. O bilir ki, nəyə görə çalışır, nəyə görə zəhmət çəkir. Onun gələcəyə baxışı tam fərqlidir, öz gələcəyindən çox əmindir. Bu, çox önəmlidir.

Ardını oxu...

Şahbuz muxtar respublikamızın ən ucqar və dilbər bölgələrindəndir. Əzəmətli dağların qoynuna sığınan bu rayon ölkəmizdə Batabat yaylağı ilə və bir də Məmməd Araz yurdu kimi hər kəs tərəfindən tanınır. Şahbuz həmçinin diyarımızda uzun illərdən bəri həyata keçirilən sosial-iqtisadi inkişafdan bəhrələnən bölgələrimizdəndir.

Muxtar respublikamızda aparılan quruculuq işləri, əsasən, ucqarlardan başladığından Şahbuz rayonu da uzun bir yeniləşmə dövrünə qədəm qoydu. Bu yenilik Şahbuzun möcüzəli təbiəti ilə bir harmoniya yaradıb. Elə bu harmoniya ucqar dağ rayonunun axarlı-baxarlı, qonaqlı-qaralı olmasına da şərait yaradıb. İndi rayona gələnlər bu harmoniyanı təəccüblə qarşılayır və buradan yüksək təəssüratla ayrılırlar.
Yayla payızın yolayrıcında – havaların nisbətən sərinləşdiyi, bu dağlıq rayonun dağ vüqarlı, torpaq sevda­lı insanlarının zəhmət bəhri olan bol məhsulun toplandığı bir vaxtda üz tuturuq təbiət gözəli Şahbuza...

Nə gözəldir yollar, yol boyunca ağaclar...

Təxminən, 25-30 il bundan əvvəl tək təbiətin bəxş etdiyi gözəlliklərlə kifayətlənməli olan bu rayonun yol infrastrukturu dözülməz vəziyyətdə idi. Naxçıvan şəhərindən rayon mərkəzinə, hələ buradan kənd­lərə getmək insana dağ aşmaq qədər ağır gəlirdi. Çünki 30-45 dəqiqəyə rayon mərkəzinə, 1 saatdan artıq vaxta isə rayonun ucqar kəndlərinə ancaq çatmaq olurdu. Çala-çökək, yağışlı havalarda zığ-palçıqlı yollar qışda daha təhlükəli olur, bu da avtomobillərin normal hərəkətinə çətinlik yaradırdı.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında “Ən yaxşı kəş­fiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiy­yatçı-qumbaraatan” adı uğrunda yarış təşkil edilib.
Əvvəlcə yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb, hərbi topoqrafiyadan normativlər qəbul olunub. Sonra mühəndis hazır­lığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktik yerinə yetiriblər.
Ən yaxşı kəşfiyyatçı-qumbara­atan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktik atışları icra ediblər. Yarışın əsas mərhələsindən sonra fiziki hazırlıqdan normativlər götürülüb.
Nəticələrə əsasən “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” adına əsgər Sabir Əliyev və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adına əsgər Fərdi Məmmədov layiq görülüb. Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV

Əlahiddə Ümumqoşun Ordu komandanlığının təşkilatçılığı və xeberlertv.info informasiya saytının təşəbbüsü ilə Naxçıvanda bir qrup şəhid anasının əsgərlərlə görüşü olub.
Aprel döyüşləri zamanı və digər vaxtlarda torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçuların yaxınları hərbi hissələrdə olub, Günnüt mövqeyində xidmət edən şəxsi heyətlə görüşüb, muxtar respublikamızın müxtəlif yerlərində şəhid məzarlarını ziyarət ediblər.
Xeberlertv.info informasiya saytının direktoru Şəfaqət Vəliyeva bildirib ki, şəhid anaları ilə əsgərlərin görüşünün keçirilməsində əsas məqsəd şəxsi heyətdə vətənpərvərlik, qəhrəmanlıq və döyüşkənlik keyfiyyətlərini möhkəmlətmək, şəhid ailələrinə mənəvi dəstək olmaqdır.

Nəriman NƏCƏFOV

Ötən həftə ərzində döyüş və ic­timai-siyasi hazırlıqda yüksək nəticələr qazanmış əsgərlərin tarixi yerlərə və muzeylərə gəzintisi təşkil olunub.
Nümunəvi xidmətlərinə görə fərqlənən əsgərlər Heydər Əliyev və Dövlət Bayrağı muzeylərinə baş çəkiblər.
Tarixi eksponatlarla yaxından tanış olan əsgərlərimiz ulu öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini ifadə ediblər.

Nəriman NƏCƏFOV

Sentyabrın 9-da Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq Şöbəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanış olublar.
Naxçıvan Dövlət Xalça Muzeyinə gələn nümayəndələrə məlumat verilib ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilib, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3400-dən çox eksponat vardır.
Daha sonra qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Xan sarayında məlumat verilib ki, bu muzey Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq yaradılıb. Muzeyin 9 ekspozisiya zalı vardır. Burada 430-a yaxın eksponat nümayiş etdirilir.
Milli memarlığımızın möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, bu abidə 1186-cı ildə ucaldılıb. Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında da qonaqlara ətraflı məlumat verilib. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı qonaqların nəzərinə çatdırılıb ki, abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən bərpa edilib. “Naxçıvanqala” Tarix­-Memarlıq Muzey Kompleksi hazırda muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə ­çevrilib.
Nümayəndə heyətinin muxtar respublikamıza səfəri davam edir.

Tural AĞAYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 21 iyun 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 14 avqust-4 sentyabr tarixlərdə keçirilib.
Müsabiqəyə 302 vakant vəzifə çıxarılıb, 199 vəzifənin tutulması üçün 613 namizəd müraciət edib. Həmin şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyi yoxlanılıb və 599 namizəd imtahana buraxılıb. Test imtahanlarında 576 namizəd iştirak edib, onlardan 235-i keçid balını toplayıb.
Qanunvericiliyə əsasən stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal), təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənləri üzrə test tapşı­rıqlarının 50 faizini (40 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab edilirlər. ­Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxslər müvafiq vəzifələrə təyin olunacaqlar. Həmin namizədlərin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilib.

Ardını oxu...

Azərbaycanda ilk dəfə reallaşdırılan “Azərbaycanın 7 möcüzəsi” layihəsinin məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, Azərbaycan tarixinin mübahisəli və təhrif edilmiş faktlarını dövrün tarixi abidələri fonunda öyrənərək araşdırmaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqəti yönəltməkdir. Həmçinin “Azərbaycanın 7 möcüzəsi” layihəsi ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoyub. 

1-6 sentyabr tarixlərində layihə çərçivəsində Möminə xatın türbəsində, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində, Naxçıvanqalada, Nuh Peyğəmbərin türbəsində, Duzdağ Fizioterapiya Mərkəzində və duz istehsalı sahəsində, Əlincəqalada, Haçadağda, Xanəgah Abidə Kompleksində, Qarabağlar Türbə Kompleksində, Gülüstan türbəsində, Gəmiqayada, Sədərək rayonunun Heydərabad qəsəbəsində, Cəlilkənd buzxanasında və Yengicə kəndindəki Şərq hamamında çəkilişlər aparılıb, tarixi və memarlıq abidələrimiz “Azərbaycanın 7 möcüzəsi” seçimlərinə daxil edilib.
Layihənin yaradıcı direktoru Elnur Talıblı Naxçıvan televiziyasına müsahibəsində deyib: “Layihənin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın 7 möcüzəsi xalqımız tərəfindən seçiləcəkdir. Seçilən həmin abidələr Azərbaycanın 7 möcüzəsi kimi tarixdə qalacaqdır. Bu layihə çərçivəsində bütün Naxçıvanı gəzdik və çəkilişlər apardıq. Müşahidə etdiyim bir neçə məsələni qeyd etmək istəyirəm. Naxçıvanda heyrətləndirici amillər çoxdur. Məsələn, qonaq­pərvərlik, insanların gülərüzlülüyü, xoşbəxt simaları. İndiki dövrdə bu çox önəmlidir. Çox az ölkələr var ki, orada küçədə gəzərkən xoşbəxt simalı insanlara rast gələsən. Lakin Naxçıvanda bu belədir.
Muxtar respublikada çəkiliş apararkən üç amil məni daha çox heyrətləndirdi. Birincisi, Naxçıvanda oturmuş bir ideologiya var. Yəni Naxçıvan Muxtar Respublikasında yaşayan hər bir Azərbaycan vətəndaşının ideoloji cəhətdən düşüncəsi tam formalaşıb. O bilir nə üçün yaşayır, necə yaşayır. Onun gələcəyi necə olacaq və bu gələcəkdən çox ümidlidir. O bilir ki, nəyə görə çalışır, nəyə görə zəhmət çəkir. Onun gələcəyə baxışı tam fərqlidir, öz gələcəyindən çox əmindir. Bu, çox önəmlidir.
İkincisi, Naxçıvanın iqtisadi sistemi, ən əsası isə idarəçilik sistemi mənim çox xoşuma gəldi. Çünki bilirsiniz, blokada şəraitində olan Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə heç bir quru əlaqəsi yoxdur. Lakin Naxçıvanda çox mükəmməl idarəetmə sistemi qurulub. Ucqar kəndlərə getdik, sərhədyanı zonalarda, hətta birbaşa sərhəddə olduq. Hara getdiksə, biz bu sistemin effektli işlədiyinin şahidi olduq.

Ardını oxu...

Müəllimin səriştəli bir mütəxəssis kimi yetişməsində ixtisasartırma kurslarının, treninqlərin, elmi-praktik konfrans və seminarların müstəsna rolu vardır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin yaradıcılıq potensialının yüksəldilməsi, təlim prosesində onların əyanilikdən, o cümlədən elektron lövhələrdən, laboratoriyalardan daha da səmərəli istifadələrini təmin etmək, müəllimlər arasında fikir, təcrübə və ideya mübadiləsinə şərait yaratmaq məqsədilə təlim kursları keçirilir. 

Bu tədbirlərin davamı olaraq dünən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə ingilis dili müəllimləri üçün “İngilis dili fənninin tədrisində interaktiv təlim, üsul və vasitələrindən istifadənin təkmilləşdirilməsi” mövzusunda seminara start verilib.
Seminarın keçirilməsində məqsəd buraxılış siniflərində ingilis dili fənnini tədris edəcək müəllimlərə dinləmə mətnlərinin tədrisinin, yeni təlim metodları və təlim texnologiyalarından istifadənin tətbiqinin təkmilləşdirilməsidir.
Seminara Naxçıvan şəhəri üzrə 58, Babək rayonu üzrə 50, Heydər Əliyev adına Hərbi Liseydən 9 olmaqla, ümumilikdə, 117 ingilis dili müəllimi cəlb edilib. Seminar dərsliklərin, dərs vəsait­lərinin və digər tədris vasitələrinin elmi-­metodik monitorinq qrupunun eksperti, “İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və sertifikasiyası layihəsi” çərçivəsində “Gələcək üçün təhsil” proqramı üzrə təlimçi Pərvanə ­Talıbova tərəfindən aparılır.
Təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, ayrı-ayrı fənlər üzrə çətin mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübənin öyrənilməsi həyata keçiriləcək, müəllimlərin bacarıqlarının artırılmasına köməklik göstəriləcəkdir.
Müəllimlər seminarda qazandıqları təcrübələri ilə fəaliyyətlərini müasir tələblərə uyğun daha da təkmilləşdirəcək, muxtar respublikamızın ümumtəhsil məktəblərində İngilis dilinin yüksək səviyyədə tədrisi təmin olunacaq.
Qeyd edək ki, seminar hər gün 3 saat olmaqla, sentyabrın 13-dək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.
Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktik fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.

Nəriman NƏCƏFOV

Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının sürətli və hərtərəfli yüksəlişi Azərbaycan Respublikasının müstəqillik tarixinin ən böyük nailiyyətlərindən biridir. Buna ulu öndər Heydər Əliyevin siyasətinə dərin sədaqət, böyük əzmkarlıq, gərgin, ardıcıl və səmərəli fəaliyyətin nəticəsində nail olunub. İqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu bir şəraitdə mövcud istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işlərinin görülməsi, sosial problemlərin səmərəli həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində atılan addımlar isə yurda bağlılığın, Vətənə, dövlətə, xalqa sevginin misilsiz nümunəsidir.

Sevindirici haldır ki, Naxçıvanın inkişafı, yüksəlişi və təhlükəsizliyinin təmini istiqamətində görülən işlər davamlı xarakter alıb. Məhz bunun nəticəsidir ki, bu gün muxtar respublika sakinləri blokadanın yaratdığı çətinlikləri real həyatlarında hiss etmirlər. Uzun illərdən bəri Naxçıvanın ölkəmizin əsas hissəsi ilə nəqliyyat əlaqələrinin kəsilməsi fonunda bu sahədə həyata keçirilən kompleks tədbirlər insanların rahatlığının təmininə hesablanmış mühüm dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası isə artan yük və sərnişin tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.
Avqustun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında görülən işlərlə maraqlanıblar.
Ali Məclisin Sədri uçuş-enmə zolağının inşasında əməyi olanlara təşəkkürünü bildirib, keyfiyyətin bundan sonra da diqqətdə saxlanılması barədə tapşırıqlar verib.
Qeyd etdiyimiz kimi, blokada vəziyyətində olan Naxçıvanın hava nəqliyyatı əlaqələrinin etibarlı təmini mühüm əhəmiyyət kəsb edir. Belə ki, muxtar respublikanın turizm ­sektoru bu gün özünün inkişaf dövrünü yaşayır. Qədim diyarımızın paytaxtı ilə yanaşı, rayonlarının, hətta ən ucqar dağ kəndlərinin də abadlaşması, burada nəqliyyat-­kommunikasiya sisteminin bərpası, mühüm sosial məsələlərin həlli, tarixi abidələrə yenidən həyat verilməsi, xidmət sektorunun canlanması, eyni zamanda davamlı sabit­lik turizmin genişlənməsinə əsaslı zəmin yaradıb. Turistlərin daha çox hava nəqliyyatına üstünlük verməsini nəzərə alsaq, bu zaman artan tələbat fonunda Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağının inşasının nə qədər əhəmiyyətli ­olduğunu görərik.

Ardını oxu...

Bu günlərdə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri, Qanat və Tarixi Hidravlik Strukturlar üzrə Beynəlxalq Mərkəzin mütəxəssisləri muxtar respublikada kəhrizlərin bərpasında qazanılan təcrübənin öyrənilməsi məqsədilə Naxçıvanda səfərdə olublar. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində qonaqlara məlumat verilib ki, muxtar respublikada əhalinin su ilə təmin olunması üçün 31 su anbarı tikilib, 100-dən artıq nasos stansiyaları quraşdırılıb. Qeyd olunub ki, muxtar respublikada 386 kəhriz var. Həmin kəhrizlərin 335-i işlək vəziyyətdədir. Hazırda Kəngərli və Ordubad rayonlarında 5 kəhrizdə təmir işləri aparılır.
Səfər müddətində qonaqlar Kəngərli rayonunun Çalxanqala kəndində Baş bulaq, Qarabağlar kəndində Torxuc, Bəydilli, Bostanlar-1 və digər kəhrizlərdə aparılan təmir işləri ilə tanış olublar. Onlar, həmçinin Ordubad rayonunun Yuxarı Əylis kəndində Bəyləlov, Aşağı Əylis kəndində Çiçək, Ordubad şəhərindəki Qırxpillə, Töyənək, Məmməd Sadiq, Hacı Əhməd və Hacı Fəttah kəhrizlərində aparılan təmir-bərpa işləri, eləcə də kəhriz sistemlərinin quruluşu, tarixi ilə yaxından maraqlanıblar.
Səfər çərçivəsində nümayəndələr Naxçıvan Dövlət Universitetində də olublar.
Qonaqların Naxçıvan şəhərindəki Qələndər, Kalba Musa, Naxçıvanqala kəhrizləri ilə tanışlığı da maraqlı anlarla yadda qalıb. Onlar “Şərq qapısı” qəzetinə müsahibələrində səfərlərinin məqsədi və mahiyyəti barədə danışıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayon ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərinin rəhbərləri ilə tədris-metodik toplantı keçirilib.
Ordubad Rayon Mədəniyyət Evində keçirilən tədbirdə əsas məqsəd yeni tədris ilinə hazırlıqla bağlı ümumtəhsil məktəblərində tədris olunan mülki müdafiə dərslərinin keyfiyyətini yaxşılaşdırmaq, müəllimlərin bu sahə üzrə pedaqoji səviyyələrini artırmaqdan ibarətdir.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov çıxış edərək bildirib ki, təsdiq olunmuş tədris proqramı əsasında ümumtəhsil məktəblərinin ikinci siniflərində mülki müdafiə dərsləri 6 saat, 5-ci və 6-cı siniflərdə isə 8 saat həcmində keçilir. Mülki müdafiə fənni 2-ci və 5-ci siniflərdə tədris ilinin ikinci, 6-cı siniflərdə isə birinci yarım ilində tədris olunur.
Vurğulanıb ki, mülki müdafiə dərslərinin keçilməsinin xüsusiyyəti öyrədilən materialın praktik təmayülə malik olmasıdır. Dərslər zamanı şagirdlərin fərdi xarakterləri nəzərə alınmaqla onlarda mülki müdafiə fənninə maraq artırmaq mümkündür. Bu məqsədlə Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən müvafiq təlimatlar hazır­lanıb, əyani vəsaitlər, slaydlar və videomateriallar məktəblərə təqdim olunub.
Sonra bir sıra mövzularda mühazirələr dinlənilib, müəllimləri maraqlandıran suallar ­cavablandırılıb.

Xəbərlər şöbəsi

2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın ­hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.
Muxtar respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə dünən şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində keçirilən imtahanda iştirak etmək üçün 95 müəllim qeydiyyatdan keçib. Onlardan 93-ü test imtahanında iştirak edib və 83-ü müvafiq keçid balını toplayıb.
Test imtahanında iştirakçılara 40 sual təqdim edilib, sualları cavablandırmaq üçün isə 60 dəqiqə vaxt verilib. İmtahanda test tapşırıqlarının ən azı 50 faizini (20 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış hesab olunurlar. Şahmat fənni üzrə aparılan test imtahanı elektron proqram təminatı vasitəsilə keçirilib. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə biliblər. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi də aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara nəticələrə dair arayış təqdim edilib. Həmin nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR