23 Dekabr 2024, Bazar ertəsi

2-12 sentyabr tarixlərdə Azərbaycan-Mərakeş gənclər mübadiləsi proqramı çərçivəsində Azərbaycan Respublikası Gənc­lər və İdman Nazirliyinin dəstəyi ilə ölkə­mizin ictimai fəal gənclərindən ibarət 12 nəfərlik nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olub.

Nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov rəhbərlik edib. Azərbaycan və Mərakeş Krallığı gəncləri arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən səfər zamanı nümayəndə heyəti ölkənin Kasablanka, Rabat, Mərakeş, Essouria, Ağadir şəhərlərində olub. Gənclər Mərakeş Krallığının dövlət rəsmiləri, Gənclər və İdman Nazirliyi ilə görüşlər keçirib, iki ölkə gəncləri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində Mərakeş Krallığının tarixi abidələrinə ziyarətlər təşkil edilib, mərakeşli gənc­lərlə görüşlər keçirilib, krallığın bir sıra şəhərlərindəki “Gənclər evləri” və mövcud idman obyektləri ilə tanışlıq olub. Nümayəndə heyəti səfər zamanı ölkəmizin gənclər siyasəti, təhsil sistemi və xüsusilə respublikamızın dinamik inkişafı haqqında Mərakeş Krallığının gənclərinə ətraflı ­məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR