23 Dekabr 2024, Bazar ertəsi

Xalqın tarixi, elmi və mədəni abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması, saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsində qiymətli sərvətlər qalereyası hesab olunan muzeylərin müstəsna əhəmiyyəti vardır. Muxtar respublikanın nazirlik, komitə və baş idarələrinin kollektivlərinin “Muzey günləri” çərçivəsində cari ildə həmin mədəniyyət müəssisələrimizi ziyarətləri də milli-mədəni irsimizin öyrənilməsi və təbliğinə xidmət edir.
İyulun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Gənc­lər Fondunun kollektivləri Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyində olublar.
Muzeyin baş fond mühafizi Leyla Məmmədova bildirib ki, bu mədəniyyət müəssisəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılıb, 2000-ci ilədək Şəhidlər Muzeyi, həmin ilin 8 avqust tarixindən Xatirə Muzeyi kimi fəaliyyət göstərir. Ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzey 2014-cü ildən Şəhidlər xiyabanı yaxınlığında yerləşən yeni binada fəaliyyət göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ordumuzun qüdrətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə qazanılan əsas uğurlardan biri də xalq-ordu ­birliyinin günbəgün daha da möhkəmləndirilməsidir.

Ardını oxu...

Ötən günlərdə “Bakı Prosesi” çərçivəsində paytaxt Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki və Qəbələ rayonlarında IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil edilmişdi. Həmin tədbirin iştirakçısı, “Şərq qapısı” qəzetinin oxucularına yaxşı tanış olan amerikalı ekspert, jurnalist Peter Teyslə görüşüb həmsöhbət olduq.
– Sizinlə yenidən görüşməyimizə çox şad olduq. Siz Naxçıvanı yaxşı tanıyırsınız və bir neçə dəfə muxtar respublikada olmusunuz…
– Bəli, mən Naxçıvanda dəfələrlə olmuşam. Burada keçirdiyim xoş günləri çox yaxşı xatırlayıram. Muxtar respublikada gənclərin multikultural ənənələrə dərindən bələd olmaları, onların bu ruhda tərbiyə edilmələri üçün çox yaxşı təcrübə mövcuddur. Bunu Naxçıvana səyahət edən hər bir ekspert təsdiq edə bilər.
Onu da deyim ki, “Şərq qapısı” qəzeti, eləcə də oradakı digər dostlarımla əlaqələrim vasitəsilə Naxçıvan Muxtar Respublikasının inkişafını və burada həyata keçirilən iqtisadi, sosial və humanitar məzmunlu tədbirləri yaxından izləyirəm. Elə bu tədbirdə də dünyanın 5 qitəsinin və 40-a yaxın ölkəsindən gəlmiş gənclərə Naxçıvan barədə xeyli məlumat vermişəm.
– Naxçıvanlı gənclərin fəallıqları sizə necə təəssürat bağışlayır?
– İlk olaraq Naxçıvan gənclərinin humanitar sahələrdəki fəallıqlarını xüsusilə qeyd edə bilərəm. Bilirsiniz, elm, təhsil, turizm və idman kimi sahələrdə naxçıvanlı gənclərin uğurları böyükdür. Qəzetiniz və sosial şəbəkələr vasitəsilə son dövrlərdə Naxçıvanda keçirilən beynəlxalq şahmat tədbirləri barədə məlumatları, buraya gələn yüksək səviyyəli qonaqların, xarici diplomatların, turistlərin təəssüratlarını maraqla oxuyuram. Bu, mənə böyük zövq verir. Naxçıvanın turizm ehtiyatları, tarixi zənginliklərini araşdıran elmi məqalələrin Amerikada dərc edilməsi və burada mənim yazılarıma istinad olunması da məni sevindirir. Sıx əlaqədə olduğum Cənubi Amerika ölkələrindən Naxçıvana maraq göstərən xeyli sayda həmkarım vardır. Elə bu tədbirdə də argentinalı jurnalistlərə Naxçıvanın qədim tarixindən, ­sosial-iqtisadi inkişafından bəhs etdim. Qarşıdakı illərdə onlarla birlikdə muxtar respublikaya səfər etməyi planlaşdırırıq.
– Yeri gəlmişkən, gələcəkdə naxçıvanlı jurnalistlərlə birgə fəaliyyətə dair hansı planlarınız vardır?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsidir. Vurğulanıb ki, cari ilin ötən dövründə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə hazır­lıq işləri ilə əlaqədar Şərur Rayon Mərkəzi Xəstəxanası və yeni yaradılmış Şərur Rayon Uşaq Xəstəxanası binalarında yenidənqurma və təmir işləri aparılıb. Həmçinin Şərur rayonu­nun Kərimbəyli və Ordubad rayo­nu­nun Dəstə kəndlərində həkim ­ambulatoriyaları üçün binalar tikilib.
Nazir qeyd edib ki, Kəngərli rayonunda icbari tibbi sığortaya keçidlə əlaqədar rayon xəstəxanası yenidən qurulub. Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün yeni bina istifadəyə verilib.
1 iyun 2019-cu il tarixdən etibarən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb, Kəngərli rayonunda 1 avqust tarixdən başlanılacaqdır. Şahbuz rayonunda isə tibbi sığortanın tətbiqi ilə əlaqədar hazırlıq işləri görülür.
Niyazi Novruzov bildirib ki, muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, sakinləri kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə-müalicə işini təşkil edib, təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoro­qrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirib.

Ardını oxu...

Təlim toplantısından qayıdan tələbələrlə Rabitə və Yeni Tex­nologiyalar Nazirliyində görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov qeyd edib ki, 2015-ci il sentyabr ayının 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə “Naxçıvan” Universitetində Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən yaradılan İKT Mərkəzinin açılışı olub. Burada “Huawei” Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru tərəfindən Ali Məclis Sədrinə “Huawei” şirkətinin rəhbərinin məktubu təqdim edilib. Məktubda muxtar respublikanın universitetlərində informasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələrin “Huawei” şirkətinin Çinin Şenjen şəhərindəki yay təlim mərkəzində təcrübə keçməsini nəzərdə tutan “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihənin həyata keçirilməsi təklif edilib. Ali Məclis Sədrinin tələbələrin təlimlərdə iştirakının təşkil edilməsi barədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə verdiyi tapşırığa uyğun olaraq “Huawei” şirkəti ilə 5 il davam edəcək layihənin icrasına start verilib. Belə ki, 2016-cı ildə 6, 2017-ci ildə 12, 2018-ci ildə 5, 2019-cu ildə isə 7 tələbənin şirkətin ikihəftəlik yay təlim məşğələlərində təcrübə keçməsi təmin edilib.
Vurğulanıb ki, “Huawei” şirkəti Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə 17 ildən artıqdır, tele­kom­munikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq edir və Naxçıvanda həyata keçirilən bir sıra sosial layihələrdə yaxından iştirak edir. Qarşılıqlı əməkdaşlıq muxtar respublikada telekommunikasiya sisteminin ən müasir informasiya texnologiyaları əsasında qurulması ilə yanaşı, burada təhsilin inkişafına da öz töhfəsini verir.
Qeyd olunub ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə qarşıya qoyulan vəzifələrin icrası sahəsində səylərini bundan sonra daha da artıracaq, yüksəkixtisaslı kadrların hazırlanması prosesində yaxından iştirak edəcəkdir. Həmçinin Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə muxtar respublikada icrasına başlanmış startap hərəkatında real nəticələr əldə edilməsi üçün yaradılmış bütün imkanlardan maksimum istifadə edəcəkdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında cari ilin birinci yarım ilində görülmüş işlərin yekunları, qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov məruzə edib. Bildirib ki, ötən müddətdə təşkilatın xətti ilə əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümlərinə həsr olunmuş elmi-praktik konfranslar keçirilib.
Qeyd olunub ki, hesabat dövründə təşkilatın İdarə Heyətinin 6, şurasının 2 iclası keçirilib. Partiya sıralarına qəbulda keyfiyyət tərkibinin yaxşılaşdırılmasına, xüsusilə gənclərin partiyaya qəbul edilməsinə böyük önəm verilib, partiya sıralarına 28 üzv qəbul edilib. Bu gün təşkilatın əhatə etdiyi 23 ilk partiya təşkilatının qeydiyyatında 1555 üzv vardır. Partiya üzvlərinin 312-si qadın, 411-i isə gəncdir.
İclasda çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov Azərbaycanda, eləcə də muxtar respublikamızda Heydər Əliyev siyasətinin ­ardıcıl şəkildə davam etdirilməsi nəticəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, qazanılmış hər bir müvəffəqiyyətin kökündə artıq özünü əsl xalq partiyası kimi təsdiqləmiş Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə uyğun fəaliyyəti dayanır. Partiyanın yaradıcısı, onun daimi və əbədi lideri Heydər Əliyev siyasətinə sadiqliyini əməli işi ilə sübut edən muxtar respublika Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov diyarımızın gündən-günə çiçəklənməsi, tərəqqisi və hərtərəfli inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, muxtar respublikada, o cümlədən Sədərək rayonunda bütün sahələr sürətlə inkişaf edir, ümumi daxili məhsul, həyata keçirilən quruculuq, yaşıllaşdırma və abadlıq tədbirlərinin miqyası, tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın həcmi ildən-ilə daha da artır.

Ardını oxu...

Bu gün muxtar respublikada gənc­lərin təhsilli və sağlam böyümələri, vətənpərvərlik ruhunda yetişmələri, istedad və bacarıqlarının üzə çıxarılaraq düzgün formalaşdırılması üçün hər cür şərait yaradılıb. Belə müəssisələr üçün yeni binalar tikilib və ya əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib, məktəbdənkənar müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi işi də diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikamızda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrindən biri də Texniki Yaradıcılıq Mərkəzidir. Mərkəz 1953-cü ildə Gənc Texniklər Stansiyası adı ilə fəaliyyətə başlayıb. 1991-ci ildən adı dəyişilərək Texniki Yaradıcılıq Mərkəzi kimi fəaliyyətini davam etdirir. Mərkəzin yaradılmasında məqsəd uşaqların asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, istedadlarını üzə çıxarmaq, peşə istiqamətinə yönəltməkdir.
Məktəbdənkənar müəssisə öz işini tədris ilinin əvvəlində hazırlanmış və təsdiq olunmuş iş planı əsasında qurur. Plana əsasən şagirdlərə doğma diyarımızı, onun qədim abidələrini, milli dəyərlərini, tanınmış şəxsiyyətlərini yaxından tanıtmaq məqsədilə onların muzeylərə, tarixi abidələrə ekskursiyaları təşkil olunur. Dərnək üzvləri həm də respublika üzrə keçirilən müsabiqələrdə, festival və sərgilərdə hazır­ladıqları əl işləri ilə iştirak edirlər. Onların fərdi şəkildə hazırladıqları əl işlərindən – rəsm, toxuma, tikmə, maket və modellərdən ibarət sərgilər təşkil olunur. Dərnək üzvlərinin əl işləri sərgi, müsabiqə və festivallarda yer tutaraq diplom və fəxri fərmanlara layiq görülüb.
“Texniki rəsmxət” dərnəyinin üzvləri “Naxçıvan – mənim doğma diyarım”, “Milli-mənəvi dəyərlərimiz – Novruz”, “Naxçıvan – 95” adlı rəsm müsabiqələrində 1-ci, 2-ci və həvəsləndirici yerləri tutaraq diplom və hədiyyələrlə mükafatlandırılıblar.
“Təyyarə və raket modelçiliyi” dərnəyinin hazırladığı təyyarə modellərinin respublika stadionunda dəfələrlə sınaq uçuşları keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli müvafiq Sərəncamına əsasən bu tədris ilində doqquz kitabın müzakirəsi keçirilib. “Zərərli vərdişlərdən necə qorunmalı”, “Ağ ölüm” mövzularında maarifləndirici söhbətlər aparılıb. “Viktorina” intellektual oyun, “Mən istedadlıyam”, “Naxçıvan – doğma diyarım” adlı bilik yarışmaları təşkil edilib. Bu tədbirlər dərnək üzvlərinin asudə vaxtlarının düzgün təşkilində, dünya­görüşünün formalaşmasında, intellektual biliklərinin artmasında, oxu vərdişinin, əl qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində ekoloji monitorinqlər aparılıb. Monitorinqlərdə iaşə məntəqələrində, xidmət və təsərrüfat sahələrində ekoloji nəzarət həyata keçirilib.
Əhalinin istifadə etdiyi içməli suların ekoloji-sanitar təmizliyinin yoxlanılması məqsədilə müəyyən edilmiş mənbələrdən 35 sayda su nümunəsi götürülüb, fiziki və kimyəvi xassələrini öyrənmək üçün 110 analiz-təhlillər aparılıb. Aparılan ekoloji monitorinqlərin nəticəsi bir daha göstərib ki, içməli sular ekoloji, sanitar normalara cavab verir, istifadə üçün tam yararlıdır.
Ekoloji monitorinqlər zamanı ətraf mühiti normadan artıq çirkləndirən subyektlər aşkar edilməyib. Muxtar respublika ərazisindəki mövcud ekoloji durum əlverişli olaraq qiymətləndirilib.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülərin, dispetçerlərin və xətt nəzarətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov açaraq bildirib ki, muxtar respublika ərazisində istismarda olan ictimai nəqliyyat vasitələrinin texniki vəziyyətinə və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzində saxlanılır. Bu işin tənzimlənməsi baxımından muxtar respublikada yol hərəkəti təhlükəsizliyinin texniki normativlərinə və standartlarına dair müvafiq normativ-hüquqi baza yaradılıb. Belə ki, xidmət tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını yerinə yetirən sürücü­lərin intizam Qaydaları”nın tətbiqi sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırılması, eləcə də sürücülərin fəaliyyətlərinin yüksək səviyyədə qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xidmətin sektor müdiri Zaur Əliyev çıxışında bildirib ki, muxtar respublika ərazisində sərnişindaşıma sahəsində fəaliyyət göstərən sürücülər mövcud olan lisenziya şərtlərini də yerinə yetirməlidirlər. O vurğulayıb ki, sürücülər arasında “Lisenziya şərtləri və onlara əməl olunması” mövzusunda mütəmadi olaraq maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq, lisenziya qaydalarının və şərtlərinin pozulması hallarına hələ də rast gəlinir. Bu halların aradan qaldırılması üçün lisenziya şərtlərinə əməl etməyən sürücülər haqqında qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında artıq ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin onbirinci tirajının qalibləri müəyyənləşib.
1 yanvar 2019-cu il tarixdən 1 iyul 2019-cu il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Hədiyyə alanlar arasında Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarının sakinləri də vardır.
Dünən Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev açıb. Bildirib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 1 iyul 2019-cu il tarixə muxtar respublika sakinlərinin daha çox üz tutduqları ticarət və iaşə obyektlərində, xidmət sahələrində 1276 POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. Kəndlərdə yaşayan sakinlərin də daha rahat ödənişini təmin etmək məqsədilə həmin yaşayış məntəqələrində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərinin böyük əksəriyyətində nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdırılıb.
Vurğulanıb ki, nağdsız dövriyyənin artırılması məqsədilə aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini verib. Belə ki, bu tədbirlər nəticəsində muxtar respublika üzrə 2019-cu ilin 6 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 20 milyon 363 min 143 manata çatdırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 235 min 433 manat çoxdur. Hər 6 ayda bir dəfə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 11-ci tirajında, ümumilikdə, 398 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim edilir.
Diqqətə çatdırılıb ki, belə stimullaşdırıcı tədbirlər 2014-cü ildən başlanılıb və ümumilikdə, keçirilmiş 10 tirajda 2179 vətəndaşa 140 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib. Bu, aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin geniş əhali kütləsini əhatə etdiyini göstərir.

Ardını oxu...

Dünən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 5 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açıb. Bildirib ki, müvafiq sərəncama əsasən bu il avqustun 1-dən etibarən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılacaqdır. O, icbari tibbi sığortanın əhəmiyyəti barədə danışıb, rayonda bu istiqamətdə görülən işləri diqqətə çatdırıb, keçirilən tədbirin önəmini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, muxtar respublikada səhiyyə sahəsində aparılan islahatlar, texnoloji innovasiyaların və müasir müayinə-müalicə üsullarının tətbiqi üçün səhiyyə müəssisələrinin yeni binalarla və müasir tibbi avadanlıqlarla təmin olunması yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsinə və icbari tibbi sığortanın tətbiqinə şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamına əsasən 1 iyul 2017-ci il tarixdən Sədərək və 1 iyun 2019-cu il tarixdən Şərur rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Qeyd olunub ki, agentlik sığorta­olunanlara baza zərfinə əsasən xidmət göstərir. Baza zərfinə 18 il­kin səhiyyə, 5 təcili və təxirə­salınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyativacib olmaqla, ümumilikdə, 1525 tibbi xidmət daxil edilib. Agentliyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyəti təmin olunub. Əhalinin sığortalanması prosesi həyata keçirilib və müraciət edən şəxslərlə sığorta müqaviləsi bağlanaraq onlara İcbari Tibbi Sığorta Şəhadətnaməsi ­verilib.

Ardını oxu...

İclasda cari ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov məruzə edib. Bildirib ki, rayon təşkilatı və ərazi ilk təşkilatları 2019-cu ilin birinci yarım ilində məqsədyönlü işlər görüb, əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci ildönümü qeyd edilib. 

Vurğulanıb ki, son illər muxtar respublikamızın davamlı, sürətli inkişafı Culfa rayonunun timsalında da özünü göstərir. Belə ki, həyata keçirilmiş irimiqyaslı abadlıq, yaşıllaşdırma və quruculuq tədbirlərində, iməciliklərdə partiya üzvlərinin fəallığı yüksəlib, rayonda yaşayış məntəqələrinin siması tamamilə dəyişib, insanların həyat səviyyəsi yaxşılaşdırılıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində tikilib istifadəyə verilmiş 18 kənd mərkəzində ərazi ilk təşkilatları üçün iş otaqlarının ayrılması onların fəaliyyətinin gücləndirilməsinə imkan verib.
Qadir İbrahimov qeyd edib ki, 54 ərazi ilk təşkilatını əhatə edən rayon təşkilatının 5 min 650 üzvü vardır. Onların 2697-si qadın, 1668-i gəncdir. 2019-cu ilin 6 ayında rayonda Yeni Azərbaycan Partiyası sıralarına 45 üzv qəbul olunub. Gənclərlə aparılan işlərə xüsusi diqqət yetirildiyini vurğulayan təşkilatın sədri deyib ki, Gənclər Birliyinin, Qadınlar Şurasının fəaliyyəti də ­qənaətbəxşdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Kəngərli rayonunda planaalma işləri başa çatdırılıb.
Planaalma işləri nəticəsində rayonun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturları çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilib. Plana alınmış 8 minə yaxın daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları komitənin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb. Mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə edilərək uyğunsuzluqların aradan qaldırılmasına başlanılıb.
Qeyd edək ki, 2016-cı ildən başlanılan planaalma işləri Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad və Culfa rayonlarında da tam yekunlaşdırılıb. Ordubad və Culfa rayonları üzrə məlumatlar yeni xəritələrin üzərinə köçürülərək Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib. Yaxın günlərdə isə Şahbuz və Sədərək rayonlarında planaalma işlərinə başlanılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri gömrük münasibətlərinin də inkişafına şərait yaradıb. Əldə olunan razılığa əsasən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Belə ki, sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamalarının azaldılması ilə sərnişinlərin mənzilbaşına daha tez çatması təmin olunub.
Buna qədər isə Bakı-Naxçıvan-Bakı avtobus marşrutundan istifadə edənlər müəyyən çətinliklərlə üzləşirdilər. Sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında, ümumilikdə, 4 dəfə gömrük nəzarətindən keçirilir, əl yükləri dəfələrlə yoxlanılırdı. Sərnişinlər gömrükləri keçərkən yüklərini özlərilə bərabər daşımalı olurdular. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün yorucu və narahat vəziyyət yaradırdı.
İndi Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar sərnişinlərə aid yüklərə birka vurulduqdan və yük yerləri gömrük təminatları ilə eyniləşdirildikdən sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verdiyi üçün əlavə gömrük yoxlaması keçirilmir. Beləliklə, İran ərazisinə daxil olan avtobusun gömrük postlarından sürətli keçidi təmin olunur. Bu vaxta qədər İran İslam Respublikası üzərindən Naxçıvandan Bakıya və əks-istiqamətdə hərəkət edən sərnişin avtobusları 12 saat yolda olurdularsa, indi bu müddət 8 saat təşkil edir.

Ardını oxu...

Naxçıvan torpağını qarış-qarış dolaşdıqca, tarixin toz basmış səhifələrini vərəqlədikcə, məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə özünü təsdiq edən Oğuz türkünün şanlı tarixini görürük. Hər daşında ox nişanı olan bu torpağın özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün əzizdir. Çünki  Naxçıvan  tarixboyu türk-islam aləminin alınmaz qalası, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub və  bu şanlı missiya bu gün də davam etməkdədir. 

Ardını oxu...

Davamlı sosial-iqtisadi inkişafın əsas məqsədlərindən biri həyat səviyyəsinin yüksəldilməsidir. Bu mənada, muxtar respublikamızda iqtisadi inkişafın artan tempi əhali gəlirlərinə də öz təsirini göstərməkdə,  insanların həyat səviyyəsinin yüksəlməsi üçün əsas amil rolunu oynamaqdadır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti də bu məqsədə xidmət edir.

Həyat səviyyəsi göstəricilərinin artımında davamlı məşğulluq və real sektorda əldə olunmuş nəticələr mühüm əhəmiyyət daşıyır. Bu baxımdan 2019-cu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf göstəricilərinə nəzər saldıqda görürük ki, diyarımızda sənaye, kənd təsərrüfatı, tikinti-­quruculuq, xarici ticarət, nəqliyyat, rabitə, təhsil, səhiyyə, turizm və digər mühüm sahələrin inkişaf etdirilməsi əhali gəlirlərinin də səviyyəsində özünü göstərib. Belə ki, bəhs olunan dövr ərzində muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 2801 manatı ötüb. Cari ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 440 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 4,6 faiz çoxdur. Yeni yaradılmış 2293 iş yeri də insanların həyat səviyyəsinin artımına müsbət təsir edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən mehmanxana və digər turizm obyektlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Zakir Məmmədov bildirib ki, son dövrlərdə əcnəbilərin muxtar respublikaya axını ilə bağlı xüsusi canlanma müşahidə olunur. Yay turizm mövsümü ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı daha da artdığı üçün Dövlət Miqrasiya Xidmətinin üzərinə, bu mənada, çox iş düşür. Naxçıvan Muxtar Respublikasına gələn əcnəbilərin rahatlığını, təhlükəsizliyini daim diqqətdə saxlayan xidmət onların maariflənməsinə, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmalarına da tələbkarlıqla yanaşır.
Xidmətin əməkdaşı Elnur Zellabdinov mövzu ilə əlaqədar çıxış edərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasının vacibliyindən danışıb, prosedur qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, əcnəbilərin muxtar respublika ərazisində üz tutduğu yerlərdən biri də mehmanxanalardır. Bu baxımdan mehmanxanalar əcnəbiləri qəbul edən tərəf kimi onların olduğu yer üzrə qeydiyyata alınmasında yaxından iştirak etməlidir.

Ardını oxu...

Ötən əsrin 90-cı illərinin əvvəllərindəki Naxçıvanı yada saldıqda gözlərimiz önündə iqtisadi cəhətdən geridə qalmış, ərazi bütövlüyü təhlükə altında olan, dəmir yolu, elektrik və təbii qaz infrastrukturu sıradan çıxmış bir diyar canlanır. Ölkənin əsas ərazisindən təcrid olunan tarixi Azərbaycan diyarı blokada məngənəsində sıxılırdı. Blokada təkcə iqtisadi deyil, həm də müasir dövrün əsas tələblərindən olan informasiya sarıdan da muxtar respublikanı ciddi sıxıntı altında saxlamışdı. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana qayıdışı və bu əzəli torpaqda Azərbaycanı real müstəqilliyə, davamlı inkişafa aparacaq siyasi fəaliyyət göstərməsi Naxçıvanı da real təhlükələrdən qurtardı, blokadanı hər mənada məhv etdi.
Bugünkü söhbətimizdə Naxçıvanda informasiya blokadası, onun yarılması və əldə olunan nailiyyətlərdən danışacağıq. Həmsöhbətim Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovdur.

– Anar müəllim, bildiyiniz kimi, ötən əsrin 90-cı illərində Naxçıvan təkcə iqtisadi baxımdan deyil, həm də informasiya blokadasına salınmışdı. Bu gündən baxdıqda həmin dövrü necə xarakterizə edərdiniz?
– Ötən əsrin 80-ci illərinin sonlarına doğru SSRİ-nin zəifləməsi, bu vəziyyətdən yararlanmaq istəyən qüvvələr üçün illər, hətta deyərdim ki, yüzilliklərlə vaxtaşırı və sistematik olaraq əzəli Azərbaycan torpaqlarının ələ keçirilməsi üçün bir fürsət yaratdı. Sovetlər Birliyinin həmin dövrdəki siyasi elitasının zəifliyi, bir çox hallarda isə erməni tərəfinə dəstəyi istər-­istəməz Azərbaycanda hiddətlə qarşılanırdı. Zəifləməsinə baxmayaraq, 1990-cı illərin əvvəllərində Sovet ­İttifaqı hələ də kifayət qədər güclü hərbi, siyasi və deyərdim ki, ideoloji təsir vasitələrinə malik idi. Yəni bu fonda həmin dövrün ən aktual məsələsi ictimai fikir üzərində nəzarətin yaradılması məsələsi idi. Həmin mübarizədə tərəflərin əsas məqsədi ittifaq kütləvi informasiya vasitələrində mövqelərinin çatdırılması, əks olunması idi. Düşünülürdü ki, bu yolla Qarabağ problemi ilə bağlı gələcəkdə qəbul edilə biləcək istənilən siyasi qərara və siyasətə ciddi təsir etmək mümkün olacaq.

Ardını oxu...

Bu gün qürurla deyə bilərik ki, doğma diyarımız Naxçıvanda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin İkinci Dünya müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və Azərbaycan Vətən Müharibəsi əlillərinin rifah halının daha da yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülür.

Təkcə 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 363 nəfərin bərpa mərkəzlərində müalicələrinin təşkil edilməsi, 150 şəxsin sanatoriya və müalicə pansionatlarına göndərilməsi, 8 ailəyə mənzil, 8 nəfərə minik avtomobili təqdim edilməsi muxtar respublikada bu qəbildən olan insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bir daha göstərir. Bu isə gənc nəsli Vətənin müdafiəsində daim səfərbər olmağa ruhlandırır, aparılan dövlət siyasəti, eyni zamanda hər bir vətəndaşa da müharibə veteranlarına dərin ehtiram bəsləməyi, qayğı göstərməyi, onlardan vətənpərvərlik ruhunu əxz etməyi aşılayır.

Ardını oxu...

Azərbaycanın qədim tarixə və mədəniyyətə malik rayonlarından olan Ağdamın işğalından 26 il ötür. 1993-cü ilin iyun ayında erməni qəsbkarları tərəfindən işğal olunan Ağdam rayonu həm iqtisadi və elmi, həm də tarixilik potensialı baxımından ölkəmizin həyatında mühüm rol oynamışdır. Bu rayonun ərazisi, hər şeydən əvvəl, milli ­tariximizin şahidi olan qədim memarlıq abidələri ilə zəngindir. 

Rayonun Xındırıstan kəndindəki Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndində 1314-cü ildə tikilmiş Qutlu Musa oğlu günbəzi, Salahlı-Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələri, Papravənd kəndindəki XVII əsrə aid Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın və onun nəslinin Ağdam şəhərindəki XVIII əsrə aid imarəti, Şahbulaq qalası və digər mеmarlıq abidələri rayonun qədim tarixini özündə yaşadır. Eyni zamanda Ağdamın qədim türk-oğuz yurdu olduğunu göstərir.
Ağdam inzibati rayon kimi 1930-cu ildə təşkil olunmuşdur. Ancaq rayonun əsas sosial-iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən sonra başlamışdır. Məhz həmin dövrdən etibarən Ağdamda iri aqrar – sənaye kompleksləri yaradılmış, rayon əsl təsərrüfat bölgəsinə çevrilmişdir. İşğaldan əvvəl rayonun 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. Burada mişardaşı, Çobandağ əhəngdaşı, Boyəhmədli və Şorbulaq kimi gil yataqları vardır. Ağdam rayonu həm də təbii gözəllikləri ilə seçilən bölgələrdəndir. Rayon ərazisindən uzunluğu 104 kilometr olan Xaçın çayı axır. Ağdam şəhərində yaşı 150-250 olan 14, Boy­əhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 Şərq çinarı ağacı təbiət abidəsi kimi qorunurdu. Təəssüflər olsun ki, rayon ərazisindəki tarixi abidələrlə yanaşı, təbiət abidələri də erməni vandalizmi nəticəsində məhv edilmiş, məktəb, xəstəxana, klub, kitabxana və digər obyektlər dağıdılmışdır.

Ardını oxu...

22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Naxçıvan Dövlət Universitetində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.
Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Naxçıvan Muxtar Respublikasında Jurnalistika ixtisası üzrə kadr hazırlığı” mövzusunda çıxışında bildirib ki, Naxçıvan Dövlət Universitetində milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib. “Yeni Fikir” qəzetinin nəşr olunması, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun və “Qeyrət” nəşriyyatının fəaliyyət göstərməsi, Media mərkəzinin yaradılması universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir.
Sonra “Azərbaycan mediası: real­lıqlar və perspektivlər”, “Tələbə jurnalistlərin yetişməsində universitetin Media mərkəzinin rolu” mövzusunda çıxışlar dinlənilib. Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov da çıxış edərək bildirib ki, universitetin Media mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi, nəzəri biliklərin praktik tətbiqinə nail olunması üçün hər cür şərait vardır.
Sonra milli mətbuatın 144 illiyi münasibətilə universitetin “Qeyrət” nəşriyyatında, Media mərkəzində çalışan bir qrup əməkdaş mükafatlandırılıb.

Səadət Əliyeva

Müdriklərdən biri deyib ki, keçmişdən yazılanlar xatirələr, gələcəkdən yazılanlar arzular, bu gündən yazılanlar isə reallıqdır. Ona görə də bu gündən, reallıqdan yazmaq istəyirəm. Artıq üç ilə yaxındır ki, əməkaşı olduğum qəzet haqqında yazı qələmə almaq istəyim mənə  illər öncə – 2002-ci ildə bu ünvana üz tutduğum günləri xatırlatdı:

17 il bundan əvvəl kiçik, şəraitsiz bir yerdə yerləşirdi redaksiya. Böyük bir binanın birinci mərtəbəsi, dar dəhlizlər, yarı işıqlı otaqlarda  jurnalistlər günün nəbzini tutmağa, oxucu marağına uyğun yazılar qələmə almağa, uzun illərdən bu günə kimi qəzetin yaşatdığı adət və ənənələri qoruyub saxlamağa çalışırdılar. Həmin illərdə bir neçə məqaləm dərc olunmuşdu “Şərq qapısı” qəzetində. Qəzetin bu nömrələrini bu gün də o günlərin xatirəsi kimi hələ də saxlayıram. Cəmi iki il kənar əməkdaşı olduğum “Şərq qapısı” aradan 13 il keçəndən sonra yenə məni özünə cəlb etdi. Və illər sonra bir sayını nəşrə hazırlamaq üçün bəzən gecə yarılarına, bəzən isə səhər açılana qədər redaksiyada kollektiv şəkildə əmək sərf etdiyimiz bu qəzet mənim üçün həm də ikinci ev oldu...

Ardını oxu...

Qədim Naxçıvan yüz illər boyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini alıb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi. Bu, o illər idi ki, qədim diyarın böyük xilaskara, xilaskarlıq missiyasını həyata keçirəcək dahi şəxsiyyətin isə Onu sevən, ətrafında sıx birləşərək müqəddəs amallara çatmaq üçün hər cür çətinliyə səbir edən, durmadan çalışan sədaqətli insanlara ehtiyacı var idi. Məhz bu iki mühüm amil gələcəkdə həm də Azərbaycanın xilasına zəmin hazırlayacaqdı.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibətilə muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin gənc əməkdaşları ilə görüş və onların mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil, demokratik mətbuatın inkişafı ilə bağlı müdrik ideyaları muxtar respublikada da uğurla davam etdirilir, mətbuatın inkişafına dövlət qayğısı daim diqqət mərkəzində saxlanılır. Məhz bu diqqət və qayğı sayəsində Naxçıvanda fəaliyyət göstərən qəzetlər həm məzmununa, həm də formasına görə yenilənib. Milli Mətbuat Gününü qeyd etmək və muxtar respublikada fərqlənən gənc jurnalistlərin əməyini qiymətləndirmək üçün təşkil edilən bugünkü tədbir muxtar respublika rəhbəri tərəfindən jurnalistlərə göstərilən qayğının növbəti təzahürüdür.

Ardını oxu...

Hər bir xalqın milli-mənəvi dəyərlərinin, mütərəqqi dünyagörüşünün və milli şüur səviyyəsinin əsas göstəricilərindən biri də onun mətbuatıdır. Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı da həqiqət carçısı, mütərəqqi ideyalar tərənnümçüsü olmaqla, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Milli mətbuatın yaranması milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, milli mədəni tərəqqiyə, milli əqidəmizin təkamülünə təkan vermişdir. İlk milli mətbuat orqanımız özünün maarifləndirmə, müasirləşmə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması kimi başlıca prinsipləri ilə Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafının təməlini qoymuşdur. 

XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli azadlıq ideyalarının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Lakin ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanın zorla sovetləşdirilməsi ilə milli mətbuatımız da sovet diktaturasının siyasi-ideoloji nəzarəti altında fəaliyyət göstərmişdir. Yalnız görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra milli demokratik mətbuatın başlıca prinsipləri formalaşmağa başlamışdır. Ümummilli lider demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində bu və digər nöqsanları açıq qeyd edir, sovet cəmiyyətinin eybəcərliklərini açıq şəkildə deməkdən çəkinmirdi. Bu baxımdan onun 1981-ci il dekabrın 19-da “Literaturnaya qazeta”da dərc olunmuş məşhur “Qoy ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsinin böyük sensasiya yaratdığını xatırlatmaq lazımdır.

Ardını oxu...

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən iclasını idarənin sədri Elvin Axundov açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 iyul 2019-cu il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 124 milyon 528 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 4 milyon 626 min manat, uzunmüddətli kredit qoyuluşu isə 119 milyon 902 min manat təşkil edir. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 984 min manat artıb.
Mərkəzi Bankın kreditləşmədə əsas məqsədi aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın müdafiəsi, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Eyni zamanda muxtar respublika əhalisinə verilmiş 41 milyon 35 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 15 milyon 545 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların şəraitinin yaxşılaşdırılması ilə bərabər real sektor da dəstəklənib.
Vurğulanıb ki, kredit təşkilatları tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində 115 fiziki və hüquqi şəxsə 143 olmaqla, 3 milyon 379 min manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.
Qeyd olunub ki, banklar tərəfindən 1 iyul 2019-cu il tarixə 81 min 855 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 72 min 483-ü işlək hesab olub. Bəhs olunan dövrdə 13 min 460 müştəriyə yeni bank hesabı açılıb. Həmin hesabların 13 min 412-si fəaliyyət göstərir.

Ardını oxu...

Son vaxtlar kütləvi informasiya vasitələrinə artan tələbat bu sahədə çalışanlardan peşəkar fəaliyyət tələb edir.
Artıq muxtar respublikada fəaliyyət göstərən qəzetlər, tele­viziyalar, “Nuhçıxan” İnformasiya Agentliyi və internet portalları məlumatları ilk mənbədən əldə etməyə çalışır. Bu isə mərkəzi İcra hakimiyyətlərində və özəl qurumlarda fəaliyyət göstərən mətbuat xidmətlərinin işlərinin bir qədər də canlanmasına təkan verir. Amma muxtar respublikanın “mətbuat xidməti məktəbi” ənənəsi yeni yaradıldığı üçün hələ ki, bu sahədə bir qədər təcrübəsizlik hiss olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərinin fəaliyyətlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi ilə uzlaşdırmaları, günün tələbləri əsasında qurmaları ilə bağlı tapşırıqlarının icrası bu sahədə əsaslı dönüş yaratsa da, müəyyən çatışmazlıqlar da yox deyil. Bu sahəni inkişaf etdirmək məqsədilə bir sıra görüşlər, tədbirlər keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərin vəzifələrini özündə əks etdirən məlumat kitabçası hazırlanıb. Bu işdə həmkarlarımıza – mətbuat xidmətlərinin gənc əməkdaşlarına yardımçı olmaq üçün onların fəaliyyət istiqaməti ilə bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdik.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclası keçirilib. İclasda 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib.
Bildirilib ki, 27 il əvvəl Naxçıvan şəhərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan partiya dahi liderin milli dövlətçilik konsepsiyasını dönmədən həyata keçirib, ötən müddətdə ölkəmiz, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu ilə irəliləyib. Partiyanın Naxçıvan Şəhər Təşkilatı da öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının qurultayları, partiyanın Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V Konfransı və Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub, günün tələblərinə uyğun fəaliyyət göstərib.
Ötən müddətdə təşkilatda 6 İdarə Heyəti, 2 şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı elmi-praktik konfranslar və digər kütləvi tədbirlər keçirilib. 2019-cu ilin 6 ayı ərzində 499 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub ki, bunların da 491-ni 18-35 yaşlı gənclər, 251-ni qadınlar təşkil edir. Nəticədə, 2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 152 ilk partiya təşkilatı üzrə 18 min 253 nəfərə çatıb ki, bunlardan 9 min 651-i qadın, 11 min 332-si 18-35 yaşlı gənclərdir. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 19 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Həmçinin təşkilatda 2 akademik, AMEA-nın 6 müxbir üzvü, 26 elmlər doktoru, 162 fəlsəfə doktoru təmsil olunub.

Ardını oxu...

Tarixi diyarda ilk dəfə olan jurnalist yazır… 

Azərbaycanın bu qədim, dilbər guşəsi olan Naxçıvanla bağlı məqalələrimdə onu da yazmışam ki, heç vaxt Naxçıvanda olmamışam. Arzum isə bu qədim odlar diyarında olmaq idi. Tale elə gətirdi ki, mən də bu müqəddəs torpağı görməli oldum. Naxçıvanda fəaliyyət göstərən jurnalist həmkarlarımın dəvəti ilə bu arzum da reallaşdı. Ancaq açıq etiraf edim ki, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan torpağına təyyarə ilə getməyim məni çox məyus etdi. Doğrudur, təyyarə ilə gedişdə də insanlar üçün hər cür şərait yaradılıb. İstər Bakı Hava Limanında, istərsə də Naxçıvanda, demək olar ki, hər şey insanların rahatlığına hesablanıb. Lakin məsələ ondadır ki, niyə məhz bu gün öz doğma torpağımıza getmək, bu qədər çətin və ağırdı. Tarixinmi, sovet rejimininmi, yoxsa özümüzünmü günahıdı… Ancaq bir təsəllimiz və ümidimiz var – vaxt gələcək bu qədim diyara dəmir yolu da, avtomobil yolu da olacaq, bağlanan yollar açılacaq.., o gün uzaqda deyil, bu, mütləq olacaq… Mən buna inanıram.

Ardını oxu...

Şura iclasında Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub, 2019-cu ilin birinci yarım ilinin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Qıvraq qəsəbəsində ucaldılmış əzəmətli abidəsini ziyarət edib, abidə önünə tər qərənfillər düzüblər.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, bu il ümummilli lider Heydər Əliyevin ölkə­mizə rəhbərliyə gəlişinin 50 illiyi tamam oldu. Ulu öndərin 1969-cu ilin 14 iyulunda hakimiyyətə gəlişi Azərbaycanın tarixində yeni səhifə açdı. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli liderimiz bugünkü müasir, müstəqil Azərbaycan dövlətini məhz ölkəmizə rəhbərliyinin birinci dövründə yaradılan təməl üzərində qurub.

Ardını oxu...

Yolumuz yaşı min illərə söykənən, qədim tarixə, gözəl təbiətə, zəhmətkeş və torpağa bağlı insanları olan Ordubad rayonunun Nəsirvaz kəndinədir. Avtomobilimiz hamar yollarla irəlilədikcə sehrinə düşdüyümüz mənzərələr – gözəllik libası geyinən dağlar, dərələr, göyqurşağının rənglərini kölgədə buraxan rəngarəng çəmənliklər ruhumuza dinclik bəxş edir.
Küləyin həzin mehindən yarpaqların pıçıltısını dinlədikcə, yenicə yağan yağışdan islanan torpağın ətrini hiss etdikcə xoş duyğular təlatümə gəlir, təbiət büründüyü libası ilə qəlbimizi riqqətə gətirir. Düşüncələrimizdə gözoxşayan mənzərələri və bərəkətli günləri ilə təcəssüm olunan fəsillərin yaraşığı yayı gözəl Naxçıvanımızın dağ kəndlərində müşahidə etmək, doğrudan da, bir başqa aləmdir. Belə əsrarəngiz mənzərələri heyranlıqla izlədiyimi görən sürücü deyir ki, Uca Yaradan bu yerlərə hər neməti bəxş edib. İlin bütün fəsillərində, günün hər çağında gözəldir, cazibədardır bu yerlər. Gilançay, Əyriçay boyunca sıralanan kəndlərdə uzaqdan boy göstərən yaraşıqlı binalar isə, heç şübhəsiz, gündən-günə inkişaf edən Naxçıvanın müasir mənzərəsidir. Görünən odur ki, muxtar respublikamızda aparılan geniş quruculuq, abadlıq işlərindən bütün kəndlərimizə pay düşüb. Günü-gündən yeniliyə qovuşan kəndlərdə mühüm infra­struktur layihələri həyata keçirilib. Bu yerlərdə aparılan quruculuq tədbirlərindən Nəsirvaz kəndi də öz payını alıb. Səfərimiz zamanı digər dağ kənd­ləri ilə yanaşı, bu kəndə də şəhər mədəniyyəti gətirildiyinin şahidi olduq. İstifadəyə verilən kənd və xidmət mərkəzləri, müasirtipli məktəb, mədəniyyət və səhiyyə ocaqları xidmətin səviyyəsini yüksəldib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən könüllülərin iştirakı ilə “Səyyari dövlət qulluğu xidməti könüllülüyü” startap layihəsi uğurla həyata keçirilir. Belə ki, komissiyanın əməkdaşları və könüllülər iyul ayının 5-də Şərur, 12-də Ordubad, 17-də isə Culfa rayonlarında vətəndaşlara səyyar xidmət göstəriblər. Xidmətin məqsədi rayonlarda yaşayan, internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən yararlanmaqda çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə köməklik göstərilməsindən ibarətdir.
Bu layihənin irəli sürülməsi vətəndaşların sənəd qəbulu zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etmək üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına xidmət edir. Xidmətin həyata keçirilməsi zamanı komissiya əməkdaşının müşayiəti ilə könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olub, lazımi sənədləri qəbul edib, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq surətlərini şəxsi kabinetə yükləyib və onların müsabiqədə iştiraklarını təmin ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Əsgər Əsgərov açaraq geniş məruzə edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq üçün cari ilin birinci yarısında meliorasiya və irriqasiya tədbirlərinin miqyası artırılıb, istismar, təmir və tikinti işləri həyata keçirilib. Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 59,4 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Bu tədbirlərin davamı olaraq Yurdçu kəndi ərazisində 76 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb.
Bildirilib ki, muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlara 291,4 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 160 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla 134 min 716 hektar torpaq sahəsi su ilə təmin olunub.

Ardını oxu...

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, 2019-cu ilin birinci yarım ilində iqtisadiyyatın, sənayenin, sosial-mədəni və infrastruktur sahələrin inkişafı, məşğulluğun səviyyəsinin artırılması istiqamətində bir sıra işlər görülüb.
Qeyd olunub ki, bəhs olunan dövrdə Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin, 2 yaşayış binasının, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye Qaz Anbarı və Qazdoldurma Stansiyasının, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin, 200 yerlik 2 nömrəli körpələr evi – uşaq bağçasının tikintisi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin inzibati binasının, 2 yaşayış binasının, Naxçıvan şəhərdaxili avtomobil yollarının, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin əsaslı təmiri və yenidən qurulması başa çatdırılıb. Hazırda Əlahiddə Ümumqoşun Ordu üçün mərkəzi hərbi xəstəxananın, hərbi zavodun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin, 400 yerlik avtomobil parkının, Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binalarının, 5 nömrəli tam orta məktəb binasının, Cəmşid Naxçıvanskinin ev-muzeyinin, məscidin, 2 yaşayış binasının tikintisi, 3 yaşayış binasının əsaslı təmiri və yenidən qurulması, Yusif Küseyr oğlu türbəsinin bərpası, Naxçıvançay sahilində bulvarın yaradılması davam etdirilir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin 2019-cu ilin II toplanış ilkin hazırlıq kursunu bitirmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov çıxış edərək bildirib ki, son dövrlərdə həyata keçirilən tədbirlər gənclərin müasir dünyəvi dəyərlərə uyğun, təşəbbüskar, müstəqil və mübariz ruhda tərbiyəsinə, dövlət quruculuğu işlərinə yaxından cəlb edilməsi məsələsinin ön plana çəkilməsinə xidmət edib. Daxili işlər orqanlarının fəaliyyətinə yaradılan şərait və polisin cəmiyyətdə tutduğu mövqe son dövrlər bu orqanda xidmət etmək arzusunda olanların sayını xeyli artırıb.
Qeyd olunub ki, daxili işlər orqanlarında xidmətə yeni qəbul edilən gənc əməkdaşların müstəqil xidmətə başlamaları münasibətilə keçirilən andiçmə mərasimi hər bir polis əməkdaşının həyatında ən yaddaqalan və əhəmiyyətli bir gündür. Əməkdaşlar qəbul etdiyi bu anda sadiq qalmalı, polis adını daim uca tutmalı, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, peşəkarlıqlarını artırmaq üçün daim öz üzərlərində çalışmalıdırlar.

Ardını oxu...

  Bu ərazinin adının çoxları kimi, mənə də çoxdan tanış olmasına baxmayaraq, mənasını heç cür anlaya bilmirdim. Açığı bunu öyrənmək üçün elə bir səy də göstərməmişdim. Sadəcə, məqamı düşdükcə soruşduğum insanlardan aldığım cavab – “bilmirəm” idi. Yəqin ki, mərhum dilçi alim Adil Bağırovun Naxçıvan oykonimləri ilə bağlı tədqiqatları olmasaydı, “Başbaşı” haqqında toponimik məlumatlarımın kasadlığı ilə qənaətlənməli olacaqdım. Alim qeyd edir ki, “Başbaşı” adı bəzi mənbələrdə kənd adı kimi qeyd olunsa da, bura kənd yox, vaxtilə heyvandarların qışlama üçün istifadə etdikləri müvəqqəti yaşayış məntəqəsi olub, sonralar isə Bakı-İrəvan dəmiryol xətti ərazidən keçdiyi üçün buraya Başbaşı dəmiryol stansiyası adı verilib. “Başbaşı” adı tədqiqatçılar tərəfindən “təpənin başı”, “təpənin üstü” mənasında açıqlanır. Yerli əhali isə buraya təpələrin bitkisiz , çılpaq olduğuna görə Bozbaşlı adını verib. Odur ki, Başbaşı adı Bozbaşlı sözünün canlı danışıq dilindəki variantıdır. 

Doğrudan da, ərazi Araz çayı boyunca uzanan boz və çılpaq təpələrdən ibarətdir. Bizim isə söhbətimiz ərazi ilə deyil, buradakı dəmir yolu stansiyası ilə bağlıdır. O stansiya ki vaxtilə muxtar respublika ərazisində mövcud olan stansiyalar içərisində adla seçilib. Naxçıvan, Culfa, Şahtaxtı kimi məşhur stansiyalardan fərqli olaraq Başbaşı stansiyasında vaqonlara gündəlik yüklənən yükün həcmi min tonlarla ölçülüb. Və bu yüklərə keçmiş ittifaqın hər yerində ehtiyac olub. Elə bu və bir azdan açıqlayacağım digər amillərə görə Başbaşı stansiyasının adı hər yerdə tanınıb. İndilik isə avtomobil yolu ilə istiqamətimiz bir azdan haqqında bəhs edəcəyimiz Başbaşı stansiyasınadır…

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində keçirilmiş kollegiya iclasında çıxış edən agent­liyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında aidiyyəti orqanlarla yanaşı, agentliyə də müvafiq tapşırıqlar verilib.
Diqqətə çatdırılıb ki, 2019-cu ilin ilk altı ayı ərzində agentlik qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələrinə uyğun olaraq müvafiq işlərin icrasını həyata keçirib. Belə ki, 2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında verilmiş tapşırıqların icrası istiqamətində müvafiq işçi qrupu 98 halda sahibkarlarla görüş keçirib və istehsal olunan məhsulların ixracı üçün davamlı tədbirlər görüb. Qeyd olunub ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müvafiq orqanların nümayəndələri ilə birgə, ümumilikdə, idxal olunan 1653 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 83 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.

Ardını oxu...

Bura təbiətin qoynuna tələsənlərin “məkanıdır”

Yaşıl rənglərin ən gözəlidir, – desəm, yanılmaram. Çünki ana təbiətimizin rəngidir bu rəng. Yazın əvvəlindən torpağın bağrını yarıb çölü-düzü, dağı-daşı bəzəyən yaşıl çəmən daha sonra digər rənglərə öz qoynunda yer verir. Ağ, sarı, qırmızı, bənövşəyi gül-çiçəklə bu yaşıl çəmən insan ruhunun həmdəminə, məlhəminə çevrilir. Bəlkə, elə buna görədir ki, insanlar yaşıl rəngin vurğunudurlar. Füsunkar təbiətə malik muxtar respublikamızda son 25 ilə yaxın bir dövrdə iməciliklər yolu ilə salınan yaşıllıqlar, yaradılan gülkarlıqlar bu diyarı indi bağlar, güllər-çiçəklər məkanına çevirib. Ulu Yaradan ucqar kəndlərimizə, yaylaqlarımıza, dağlarımıza təbiətin əvəzsiz yaşıl görüntülərini bəxş etsə də, bunu deməyi özümə mənəvi borc bilirəm ki, şəhər və rayon mərkəzlərində, aran kəndlərimizdə yaşıllıqlar illər öncə bu qədər deyildi. Ötən illər yaşıllaşdırma sahəsində görülən işlər, sözün həqiqi mənasında, Naxçıvanımızın iqlimini dəyişib. Artıq burada şəhərlər, rayonlar da dəniz səviyyəsindən yüz metrlərlə yüksəklikdə yerləşən kəndlərimiz, yaylaqlarımız qədər yaşıl, yaşıl olduğu üçün də bol oksigenli, təmiz havalıdır. Yaşıllaşdırma ilə bağlı son illərin statistik məlumatlarına baxılarsa, sözsüz, digər məmləkətlər, şəhərlər diyarımızın kölgəsində qalar.  

 Elə bu düşüncələrlə yolumu yeni ağac, gülyetişdirmə sahəsindən – “İqlim otağı”ndan saldım. Ömrünün fidan çağını yaşayan güllərin, ağacların “məkanı” məni xəyalən 1990-cı illərə apardı – muxtar respublikamızın blokadaya salındığı ilk illərə. Elektrik enerjisinin, təbii qazın kəsilməsi səbəbindən bağ-bağçalarımızda, yol kənarlarında, meşələrdə, sanki biləyimizi kəsirmiş kimi doğrayıb sobamıza qoyduğumuz, kötüyü “qan ağlayan” ağacları xatırlayır, bir də bu gün diyarımızda hara üz tutsan, çiyin-çiyinə vermiş, bir-birinə hayan, qol-qanad ağacları, bütün bunların fonunda əsrarəngiz yaşıllıqları göz önünə gətirirəm. Qonşumuz Həsən kişinin o illərdə həyətindəki ağaclar kəsilərkən göz yaşlarını xatırlayıram. Biz milli dəyərlərimizə görə “Kişi ağlamaz”, – deyə tərbiyə almışıq. Həsən kişi ağlayanda böyüklərimdən eşitdiyim bu sözləri xatırlayır, “Kişi də ağlayar?” – deyə düşünürdüm. Ondan ağlamasının səbəbini soruşanda verdiyi cavabı da yaxşı xatırlayıram: “Gəlin kəsin mənim əllərimi, amma ata-babamın saldığı, vedrə-vedrə su daşıyıb dibinə tökərək böyütdüyü ağacları kəsməyin. Bu ağaclara endirilən balta, sanki köksümə saplanır”. Bir qədər sonra çarəsizlikdən Həsən kişinin özünün əlinə balta götürdüyünü görəndə bütün qonşuların ağladığı isə blokadanın acılarına şahid gəncliyimin ən məyus­edici xatirəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 iyul tarixli 85 nömrəli Qərarı ilə “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qərara əsasən muxtar respublikada peşə hazırlığına cəlb olunduğu dövrdə işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydaları müəyyən edilir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 sentyabr tarixli 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Məhkəmə Ekspertizası Mərkəzində elmi-texniki, kriminalistik üsul və vasitələrdən istifadə etməklə keçirilən ekspertizalar” mövzusunda praktik seminar keçirilib.
Muxtar respublikanın gömrük orqanları əməkdaşlarının iştirak etdikləri seminarda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov mərkəzdə həyata keçirilən ekspertizalar barədə məlumat verib.
Bildirilib ki, cəmiyyətimizin hazırkı inkişaf mərhələsində məhkəmə- istintaq orqanlarının işinin yaxşılaşdırılmasının, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinin, hər bir cinayətə görə məsuliyyətin və cəzanın labüdlüyünün təmin edilməsinin əsas şərtlərindən biri də ekspertiza tədqiqatları zamanı müasir metod və vasitələrin təcrübədə geniş tətbiq edilməsidir. Məhkəmə-ekspert fəaliyyəti ilə məhkəmə istintaq orqan­larının fəaliyyəti arasında mövcud hüquqi münasibətlərin əsasında ədalət mühakimə icraatının prinsipləri durur. Eyni zamanda hüquq­-mühafizə orqanları işçiləri və ekspertlər tərəfindən qanunun tələblərinə düzgün riayət olunması dayanır. Məhz bu praktik seminar da həmin münasibətlərin daha da dərinləşdirilməsi məqsədi daşıyır.

Ardını oxu...

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı keçirilən tədbirdə əvvəlcə qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyib. Hakimiyyət­-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Bu zaman Türkiyə 251 şəhid verib.
Qeyd olunub ki, şəhidlərin əziz xatirəsini anmaq üçün, qazilərə ehtiram əlaməti olaraq keçirilən bu tədbirin əsas məqsədi də dövlət çevrilişinin necə baş verdiyini dərindən öyrənmək və bu çevrilişin əsas səbəbkarının əməl və məqsədlərini ortaya çıxararaq gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır.
Türkiyə Respublikasının İqdır Universitetinin müəllimləri Tunçay Özdemir və Ali Kuyaksil çıxışlarında dövlət çevrilişinin detalları barədə danışıblar.
Tədbirdə 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı video­çarxlar da nümayiş olunub.

  Nail ƏSGƏROV

Culfa Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev açaraq məruzə ilə çıxış edib. Qeyd olunub ki, iqtisadiyyatın bütün sahələrinə göstərilən hərtərəfli dövlət dəstəyi rayonun inkişafında mühüm rol oynayıb. Rayonda təbii xammal bazasının mövcudluğu, yeni sahibkar­lıq subyektlərinin yaradılması sahəsində həyata keçirilən tədbirlər rayonda istehsal potensialının güclənməsinə səbəb olub.
2019-cu ilin 6 ayında rayonda 3 milyon 473 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.
Rayon iqtisadiyyatında aparıcı sahə olan kənd təsərrüfatının inkişafı ötən illərdə olduğu kimi “Ailə təsərrüfatları ili”nin birinci yarısında da diqqət mərkəzində saxlanılıb. Belə ki, 1204 kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faizi güzəştli şərtlərlə olmaqla, 959 min 850 manat dəyərində 1465 ton mineral gübrə satılıb, yanacaq və motor yağlarına görə isə 319 min 950 manat dövlət yardımı verilib.
Vurğulanıb ki, 2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında və cari ilin yazında 8213 hektar sahədə əkin aparılıb. Əkilmiş sahələrin 5381 hektarı buğda, 1172 hektarı arpa olmaqla, 6553 hektarını taxıl, 513 hektarını dənli-paxlalılar, 279 hektarını kartof, 364 hektarını tərəvəz, 130 hektarını bostan məhsulları, 9 hektarını qarğıdalı, 13 hek­tarını günəbaxan bitkisi, 35 hektarını birillik, 317 hektarını isə çoxillik otlar təşkil edib. Bu dövrdə 279 hektar kartof əkini sahəsinin 130 hektarından 1020 ton, 364 hektar tərəvəz əkini sahəsinin 90 hektarından 330 ton, barverən meyvə bağlarından 947 ton məhsul yığılıb.

Ardını oxu...

İyulun 13-də Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Kanal 35” televiziyasının yaradılmasının 15 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə mətbuata qayğı ilə yanaşmış, kütləvi informasiya vasitələrinin yaradıcılıq imkanları xeyli artırılmışdır. Ötən əsrin 70-ci illərində sovet rejiminin sərt qadağalarına və senzuranın olmasına baxmayaraq, ulu öndərin milliləşdirmə siyasəti, milli özünüdərkə qayıdış sahəsində həyata keçirdiyi tədbirlər mətbuatı da əhatə etmiş, teleradio və mətbuatda Azərbaycan dilinin istifadə imkanları genişləndirilmiş, xalqımızın milli dəyərlərinin təbliğinə diqqət artırılmışdır. Ulu öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda müstəqil mətbuat formalaşmış, senzura ləğv edilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Ardını oxu...

Bu gün ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsinin 50 ili tamam olur

Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmışdır. Buna görə də ümummilli liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynamışdır. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etno­kulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu aradan qaldırmış, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanmışdı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmışdı. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.

Ardını oxu...

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və 2019-cu ilin I yarısında görülmüş işlərlə bağlı Naxçıvan Dövlət Universitetində keçirilən yığıncaqda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh ­Məhərrəmov çıxış edib.
Bildirilib ki, hesabat dövrü ərzində universitetin Tibb fakültəsinin yeni tədris korpusunun istifadəyə verilməsi bu sahədə tədrisin səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Rektor tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə yeni fənn kabinələri və laboratoriyalarının qurulması, mövcud olanların zənginləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb.
Qeyd olunub ki, universitet beynəlxalq əlaqələr sahəsində əhəmiyyətli uğurlar qazanıb. Ali təhsil ocağı bir sıra beynəlxalq layihələrin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq edir.
Bildirilib ki, hazırda universitetin 12 fakültəsində bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 60 ixtisas üzrə 5336, magistratura təhsil səviyyəsində isə 81 ixtisaslaşma üzrə 326 magistrant və doktorantura səviyyəsi üzrə 165 doktorant və dissertant təhsil alır.

Ardını oxu...

Azərbaycanın dilbər guşəsi olan muxtar respublikamızın son 30 ilə yaxın bir dövrdə qazandığı mühüm uğurlardan biri də naxçıvanşünaslıq elmi istiqamətinin formalaşdırılmasıdır. Bu elmi istiqamət tarixi-mədəni abidələrin bərpası və təbliği, elmi-tədqiqat işlərinin ­genişləndirilməsi ilə yanaşı, həm də çoxsaylı elmi-kütləvi nəşrlərin həyata keçirilməsi ilə də zənginləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş deputatı, 1989-1992-ci illərdə Naxçıvan Qarnizonunun rəisi olmuş general-mayor Rostislav Slaboşeviçin ­“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə yenicə nəşr olunmuş “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabı da Naxçıvanla bağlı dəyərli rusdilli memuar ədəbiyyatdır.

Müəllifin də yazdığı kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 26 illik tarixi olan fotonu Minskə, ona göndərərək general-mayoru Naxçıvana dəvət etməklə, 26 il sonra – 14-15 iyun 2018-ci il tarixlərdə həmin səfərin yüksək səviyyədə təşkili ilə kitabın yaranmasının ideya təşəbbüskarı olub.
Yeni nəşrdə ötən əsrin 90-cı illərində Naxçıvanın ağır sosial-iqtisadi və siyasi vəziyyəti ilə bağlı əhəmiyyətli faktlar yer alıb. Kitab həmin tarixi prosesləri o dövrdə Naxçıvanda fəaliyyət göstərən hərbçi-­deputatla birgə bugünkü prizmadan daha obyektiv qiymətləndirməyə imkan verir. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının müdafiəsi ilə bağlı gördüyü mühüm işlər general-­mayorun şahidi olduğu tarixi proseslər kimi oxucuya çatdırılır. Bununla yanaşı, ulu öndərin Naxçıvanda yerləşən sovet ordusunun şəxsi heyətinin yerli əhali ilə münasibətlərinin tənzimlənməsindəki xidmətlərindən, xüsusilə dağılmış sovet iqtisadiyyatı şəraitin­də qoşun hissələrinin təminatına xüsusi diqqət yetirməsindən bəhs olunur. Bu mənada, yeni nəşr 1989-1992-ci illərdə muxtar respublikada baş verən ictimai-siyasi hadisələrin öyrənilməsi baxımından mükəmməl sənədli-siyasi publisistika nümunəsi, ən yeni siyasət və hərb tariximizin real inikasıdır. Buna görə də yeni nəşri ümummilli liderimizin ölkəmizə rəhbərliyinin 50 illiyinə, muxtariyyətimizin 95 illik yubileyinə də layiqli töhfə hesab etmək olar.

Ardını oxu...

Doğma Naxçıvanımızın muxtariyyətindən söhbət açılanda möhtəşəm tariximizin səhifələri vərəqlənir, naxçıvanlıların bu səhifələrin hər birinə həkk etdikləri misilsiz torpaq sevgisi, yurda sahiblik hissi qürur yaradır. Bu səhifələrdə ötən əsrin əvvəllərində Azərbaycanda, eləcə də diyarımızda yaranan gərgin vəziyyət, tarixin bütün dönəmlərində olduğu kimi, yenə də erməni daşnaklarının min bir hiyləsinə qarşı mübarizələr aparıb Naxçıvanı qoruyub saxlamaq kimi əzmkarlıq salnamələşib. Bu səhifələrdə 1918-ci ilin noyabrında yaradılan, paytaxtı Naxçıvan olan Araz-Türk Respublikası yer alır. Sahəsi 8,7 min kvadrat­kilometr, əhalisi bir milyon nəfərdən artıq Araz-Türk Respublikası.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlardan söhbət açıb. Qasım Əliyev Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun birbaşa rəhbərliyi altında muхtar rеspublikamızda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması istiqamətində genişmiqyaslı işlərin görülməsindən danışıb.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı ardıcıl işlər həyata keçirilib, eləcə də qаnunvеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işləri аpаrılıb.
Ali Məhkəmənin sədri çıxışında vətəndaş­ların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən danışıb. Bildirib ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla, bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib. Dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamı “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə geniş yol açıb.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı keçirilib.
Toplantı çərçivəsində nəzəri və praktik məşğələlərə cəlb edilmiş zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində toplantıya yekun vurulan zaman bildirilib ki, bölük, batareya komandirləri və müavinləri real döyüş şəraitində keçirilən məşğələlərdə atıcı silahlardan, zirehli döyüş maşınlarından, raket-artilleriya sistemlərindən və silahlanmaya yeni daxil edilmiş ən müasir hərbi texnikalardan məharətlə istifadə edərək yüksək nəticə göstəriblər.

Nəriman NƏCƏFOV

Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin 50 illiyi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbərliyə gəlməsindən qısa vaxt sonra respublikamızda inkişaf və tərəqqi özünü göstərməyə başladı. Ulu öndərin Azərbaycanın problemlərini dərindən bilməsi, onların həlli yollarını müəyyənləşdirməsi, ən başlıcası isə bütün xalqı vahid məqsəd ətrafında birləşdirməsi gələcək uğurlar və inkişaf üçün əsas oldu. Görkəmli dövlət xadimi respublikaya rəhbərliyinin birinci dövründə (1969-1982) Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevirdi. Aqrar sahədəki uğurlar, xüsusilə üzümçülük və pambıqçılıq rekord səviyyədə inkişaf etdirildi. Respublikamız iqtisadi artım sürətinə görə orta ittifaq səviyyəsini üstələdi. Bu illərdə Azərbaycanda istehsal olunan milli gəlirin həcmi 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulunun həcmi isə 2,3 dəfə artdı. Respublikamızda istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edildi. Ümumiyyətlə, bu dövrdə 250 zavod və fabrik tikildi, yaxud yenidən quruldu.
Qeyd edilib ki, qısa zaman ərzində yüksək­ixtisaslı kadr hazırlığına diqqət artırıldı, azərbaycanlı gənclər keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı, gənclərin hərbi ixtisaslara yiyələnməsi təmin edildi. Mədəniyyətin inkişafına diqqət artırıldı, elm və mədəniyyət xadimlərinə yüksək fəxri adlar verildi.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR