23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 iyul tarixli 85 nömrəli Qərarı ilə “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qərara əsasən muxtar respublikada peşə hazırlığına cəlb olunduğu dövrdə işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydaları müəyyən edilir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 sentyabr tarixli 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyul tarixli 92 nömrəli Qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli 25 nömrəli və “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli 98 nömrəli Qə­rarı”nda da dəyişikliklər edilmişdir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Kəngərli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nizamnaməsi təsdiq edilmişdir. Qeyd edək ki, xəstəxananın fəaliyyətinin əsas məqsədi Kəngərli rayonunda çoxprofilli ixtisaslaşdırılmış stasionar və ambulator tibbi yardım göstərməkdən ibarətdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR