23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsidir. Vurğulanıb ki, cari ilin ötən dövründə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə hazır­lıq işləri ilə əlaqədar Şərur Rayon Mərkəzi Xəstəxanası və yeni yaradılmış Şərur Rayon Uşaq Xəstəxanası binalarında yenidənqurma və təmir işləri aparılıb. Həmçinin Şərur rayonu­nun Kərimbəyli və Ordubad rayo­nu­nun Dəstə kəndlərində həkim ­ambulatoriyaları üçün binalar tikilib.
Nazir qeyd edib ki, Kəngərli rayonunda icbari tibbi sığortaya keçidlə əlaqədar rayon xəstəxanası yenidən qurulub. Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün yeni bina istifadəyə verilib.
1 iyun 2019-cu il tarixdən etibarən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb, Kəngərli rayonunda 1 avqust tarixdən başlanılacaqdır. Şahbuz rayonunda isə tibbi sığortanın tətbiqi ilə əlaqədar hazırlıq işləri görülür.
Niyazi Novruzov bildirib ki, muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, sakinləri kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə-müalicə işini təşkil edib, təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoro­qrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirib.

Hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə seminar və konfranslar keçirildiyini xatırladan Niyazi Novruzov onların Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstə­xanalarına təkmilləşmə kurslarına göndərildiyini, həkim və orta tibb işçilərinin sertifikasiya işinin davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu müddət ərzində müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunub və Naxçıvan həkimləri ilə birgə xeyli sayda əməliyyatlar aparıblar.
İclasda müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR