23 Dekabr 2024, Bazar ertəsi

2019-cu ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib. Yarışa daşınan zenit raket komplekslərinin və 23 millimetrlik zenit qurğularının heyətləri, eləcə də hava düşmənini təqlid edən ordu aviasiyası cəlb edilib.
Yarış zamanı şəxsi heyətin ixtisas hazırlığı üzrə praktik bacarıqları və bilik səviyyəsi yoxlanılıb, normativlərin şərtinə uyğun fəaliyyətləri qiymətləndirilib.

Nəriman Nəcəfov

Əlahiddə Ümumqoşun Orduda səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularına baxış-­müsabiqəsi keçirilib, qaliblər müəyyənləşdirilib.
Hərbi hissə və bölmələr baxış-müsabiqəsində səyyar soyuducular, səyyartipli çörək zavodları, su çənləri, səhra mətbəxləri və digər ləvazimatlarla iştirak ediblər.

Nəriman Nəcəfov

Məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədilə Sədərək rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri təlim mərkəzində praktik məşğələyə cəlb ediliblər.
Məşğələ zamanı müxtəlif atıcı silahların, snayper tüfənglərinin, tank əleyhinə vasitələrin taktiki-texniki xüsusiyyətləri haqqında şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonra məktəblilər avtomatdan praktik atışları yerinə yetiriblər.

Nəriman Nəcəfov

Azərbaycan Respublikası Gənc­lər və İdman naziri Azad Rəhimovun, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun, Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun və Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Gülkız Tülayın şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalına start verilib.

Ardını oxu...

Ulu öndərimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvanda keçirilən ənənəvi Beynəlxalq Şahmat Festivalına böyük maraq var. Artıq bütün dünya şahmatçıları bu turnirin keçirilməsini səbirsizliklə gözləyirlər. Bu il də ənənəvi olaraq festivalda çoxsaylı şahmatçı iştirak edir.
“Şərq qapısı” qəzetinə müsahibəsində bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.
O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən doqquzuncu “Naxçıvan Open-2019” Beynəlxalq Şahmat Festivalının açılış tədbirinin möhtəşəm olduğunu və festivalın Azərbaycanın, həmçinin beynəlxalq şahmat təqvimində mühüm yer tutduğunu qeyd edib.
Elman Rüstəmov bildirib ki, festivalda 14 ölkədən təxminən 356 şahmatçı iştirak edir və onlar üç qrupda mübarizə aparacaqlar. O, Naxçıvanda keçirilən böyük şahmat bayramının uğurla nəticələnəcəyinə əmin olduğunu vurğulayıb.

Ardını oxu...

“Naxçıvan Open – 2019” Beynəlxalq Şahmat Festivalı çox yüksək səviyyəli bir turnirdir. Festivalda yüksək reytinqli bir sıra şahmatçının iştirakı da bunu təsdiq edir.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülay deyib.
İkinci dəfədir ki, muxtar respublikada keçirilən Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etdiyini vurğulayan Gülkız Tülay qeyd edib ki, ötən il Culfa, Ordubad və Babək rayonlarında fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərində olub, burada dərs prosesini izləyib, turnirlərdə uğurlar qazanan gənc şahmatçılarla görüşüb və Naxçıvanda şahmatın inkişafının, kütləviliyinin təmin edilməsi istiqamətində böyük işlər görüldüyünün şahidi oldum.
“Naxçıvandakı şahmat məktəbləri bütün dünyaya nümunə göstərilə biləcək səviyyədədir. Türkiyədə də şahmat inkişaf etdirilib, ancaq təhsildən fürsət qalanda şahmata və yaxud başqa fəaliyyətlərə vaxt ayrılır. Azərbaycanda, o cümlədən muxtar respublikada isə şahmat artıq təhsilin bir hissəsinə çevrilib”, – deyən Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti bildirib ki, muxtar respublikaya hər səfərində Naxçıvanın tarixiliyi, həm də müasirliyi onu valeh edib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimlərinə start verilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də onların öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Naxçıvan qadınları yaradılmış imkanlardan istifadə edərək bütün sahələrdə fəaliyyət göstərir, xüsusən də özəl sektorda geniş təmsil olunurlar. Bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.

Ardını oxu...

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ilk dəfə keçirilən “Yaradıcı gənclər festivalı” iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Festivalın açılış mərasimində aparıcılar ölkəmizdə, o cümlədən muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.

Qeyd edilib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin mühüm rolu vardır. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Ölkəmizdə gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb, gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib.

Ardını oxu...

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbirdə iştirakçılar əvvəlcə poliklinikanın foyesində akademikin büstü önünə gül dəstələri qoyub və görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxıblar.
Poliklinikanın iclas zalında ­keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Niyazi Novruzov açaraq mənalı ömrü, keçdiyi şərəfli həyat yolu nəsillərə mənəviyyat məktəbi, xalqa təmənnasız xidmət nümunəsi olan görkəmli akademik Zərifə Əliyevanın çoxşaxəli həyat yolundan, xalqımız qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.
Bildirilib ki, Naxçıvan Şəhər Poli­klinikası 1990-cı ildən görkəmli oftalmoloq-alimin adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib.
Vurğulanıb ki, Zərifə xanım Əliyeva yüksək mədəniyyəti, zərif qəlbi, elmə sədaqəti, insanlara münasibəti ilə xalqımızın qəlbində həmişə yaşayır, parlaq xatirəsi daim böyük ehtiramla anılır. Tibb elmində neçə-neçə ideyanın əməli işdə gerçəkləşdirilməsi onu yenilikçi alim kimi tanıtmışdır. Geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar alimin həyat və yaradıcılığı hər bir Azərbaycan vətəndaşı, bütün elm adamları və tibb işçiləri üçün həyat və mənəviyyat, kamillik, müdriklik məktəbidir. Zərifə xanım Əliyeva yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirirdi.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Klinik Xəstəxanasının akt zalında Azərbaycanın görkəmli elm xadimi, tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tibb elminin inkişafına mühüm töhfələr verən, oftal­mologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ-də, eləcə də dünyada böyük şöhrət qazanan akademik Zərifə xanım Əliyevanın şərəfli və zəngin həyat yolu barədə danışıb.
Qeyd edilib ki, unudulmaz alim, təbib və müəllimin elmi-pedaqoji və praktik fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına, həkimlərin yeni nəslinin yetişməsinə kömək göstərib, ölkədə bir sıra göz xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayıb.
Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi Güllü Səfərova istedadlı alim, qayğıkeş ana olan Zərifə Əliyevanın geniş elmi fəaliyyəti haqda danışaraq bildirib ki, akademik 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub.
Ən geniş yayılmış göz xəstəlikləri sırasında olan katarakta barədə danışan oftalmologiya ixtisası üzrə müəllim Rəhmiyyə Əliyeva bu xəstə­liyin göz büllurunun şəffaflığının pozulması nəticəsində meydana gəldiyini diqqətə çatdırıb.
Oftalmologiya ixtisası üzrə I kurs həkim-rezident Aynur Əliyeva Günəşin gözlərə zərərli təsiri və müdafiə yollarından danışıb.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

Səadət ƏLİYEVA

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ­yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “Dövlət orqanlarında sənədlərlə işin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarı komissiyanın sədri İsmayıl Qəribli giriş sözü ilə açaraq bildirib ki, kargüzarlıq dedikdə dövlət orqanlarında sənədlərlə işləmə prosesi, yəni sənədlərin hazırlanması, onların qəbulu, qeydiyyatı, icra üçün verilməsi, icrasına nəzarətin aparılması, sənədlərin saxlanması başa düşülür. Dövlət orqanlarının fəaliyyəti sənədləşmədə öz əksini tapır. Bu mənada, kargüzarlıq dövlət orqanlarının fəaliyyətlərinin güzgüsüdür. Kargüzarlıq sisteminin qurulması dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olur. Bu baxımdan dövlət orqanlarında kargüzarlığın düzgün təşkil olunması mühüm əhəmiyyət kəsb edir.
İsmayıl Qəribli diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan yeni orfoqrafiya normalarında yüksək dövlət vəzifələrinin, dövlət orqanlarının adlarının və mürəkkəb adların yazılışlarında dəyişikliklər nəzərdə tutulub.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Azərbaycan dilinin orfoqrafiya normaları” mövzusunda çıxış edərək qaydalarda edilmiş dəyişikliklərdən danışıb.
Komissiyanın əməkdaşı Türkan Gülməmmədli dövlət orqanlarında kargüzarlığın aparılması işi, habelə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması qaydaları barədə məlumat verib.
Mövzularla bağlı slaydlar nümayiş etdirilib.
Tədbirin sonunda geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi saytı (www.miqrasiya.nakhchivan.az) tamamilə yenilənib, həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb. İnternet səhifəsi Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərir. Bu isə təqdim edilən məlumatların beynəlxalq səviyyədə yayılmasına şərait yaradır.

Müasir dizaynda yaradılan 5 bölmə və 15 alt bölmədən ibarət saytda muxtar respublikanın rəsmi xəbərlərini, xidmətin tədbirləri və fəaliyyəti ilə bağlı məlumatları əldə etmək, eləcə də miqrasiya sahəsi ilə bağlı suallara cavab tapmaq olar.
Rəsmi internet saytının daha çox əcnəbilər tərəfindən istifadəsi nəzərə alınaraq www.migration.nmr.az adı ilə də fəaliyyəti təmin edilib. Xidmət saytın ikinci adını yaratmaqla, həm də yeniliyə imza atıb. Əcnəbilərin daha çox ingilis dilinə üstünlük verməsi və saytın ikinci versiyasının elə həmin dildə fəaliyyət göstərməsi istifadəçilərin işini daha da asanlaşdırır.
Yeni dəyişikliklərdən sonra sayt üzərindən əvvəlcədən elektron növbə almaqla xidmətin Qeydiyyat şöbəsinə müraciət etmək mümkündür. İstifadəçilər istənilən yerdən ­ölkəyə gəliş və gedişlə bağlı məhdudiyyəti yoxlaya bilərlər.
Saytın daha bir yeniliyi isə audio bölməsində edilib. Belə ki, xidmətin radio vasitəsilə yayımlanan verilişlərinə qulaq asmağa imkan tapa bilməyən şəxslər bu bölmə vasitəsilə istənilən vaxt həmin mövzunu yenidən dinləmə fürsəti əldə edə bilərlər. Saytda yerləşdirilən fotolar muxtar respublikanın gəzməli və görməli yerlərinin təbliğinə də öz töhfəsini verəcək.
Sayt həm də xidmətin fəaliyyətində olan yeniliklərin, əcnəbilərlə bağlı keçirilən maarifləndirmə tədbirlərinin daha geniş və çevik işıqlandırılmasına şərait yaradır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması halları və qanunsuz miqrasiya ilə bağlı maarifləndirmə xarakterli qısametrajlı videoçarx və slayd da hazırlanaraq saytda yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açıb. Bildirib ki, bu gün ölkəmizdə davam etdirilən hüquqi-dünyəvi dövlət quruculuğu vətəndaşların hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. İnsanların hüquqlarının qorunması, əməyinin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Muxtar respublikamızda da işçilərin hüquq­larının qorunması və əməyi­nin mühafizəsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, istehsal və tikinti sektorunda əmək hüquqlarının qorunmasına və əməyin mühafizəsi qaydalarına əməl edilməsinə davamlı nəzarətin və maarifləndirici tədbirlərin həyata keçirilməsi nəticəsində muxtar respublikada istehsal qəzalarının sayı ötən illərlə müqayisədə xeyli azalıb, əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən bədbəxt hadisələrin sayı minimuma endirilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər istehsal, emal və tikinti sahələrində əmək məhsuldarlığının artmasına və hər bir işçinin əməyinin mühafizəsi mədəniyyətinin yüksəlməsinə səbəb olub.
Tədbirdə çıxış edənlər əməyin mühafizəsi sahəsində görülən işlərdən danışıblar.

 Nail ƏSGƏROV

Dünyada hər il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində milyonlarla insan xəsarət alır. Bu da əməyin mühafizəsi məsələsini aktual­laşdırır. Cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək məqsədilə 2001-ci ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i “Ümumdünya Əməyin Mühafizəsi Günü” kimi təsis olunmuşdur.

Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Bu sahədə həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz ölkəmizə rəhbərliyi dövründə insanların sosial müdafiəsini, o cümlədən işçilərin hüquqlarının qorunmasını və əməyin mühafizəsini daim diqqət mərkəzində saxlamış, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirmiş, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ­-hüquqi aktlar qəbul edilmişdir. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, – deyən ulu ­öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Həmçinin ölkənin bu Əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları da əksini tapıb. Bununla yanaşı, əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapmışdır.

Ardını oxu...

Aprelin 23-də Bakı şəhərində 2019-cu ildə Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu keçirilib və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyası öz işinə başlayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və “Duzdağ” Otelin icraçı direktoru Novruz Novruzov iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov tədbirdə çıxış edərək muxtar respublikanın turizm potensialı haqqında forum iştirakçılarına geniş məlumat vermişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Tədbirin rəsmi hissəsində Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Qarabağlar, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Ordubad, Naxçıvan-Gülüstan, Naxçıvan-Əlincəqala, Naxçıvan-Duzdağ, Naxçıvan-Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, Naxçıvan-Şahbuz-Batabat turist marşrutlarının bukletləri, Naxçıvan Muxtar Respublikasının Turist Xəritəsi və Naxçıvan təbiəti albom-kataloqunun daxil olduğu təbliğat materiallarından ibarət hədiyyə paketləri xarici ölkə nümayəndələrinə təqdim edilmişdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında 2019-cu ilin birinci rübündə görülmüş işlərin yekunları, qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, rayon təşkilatı fəaliyyətini təsdiq olunmuş iş planı əsasında qurub. Vaxtlı-vaxtında keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib.
Diqqətə çatdırılıb ki, Sədərək Rayon Təşkilatının əhatə etdiyi 23 ilk partiya təşkilatının qeydiyyatında 1541 üzv vardır. Partiya üzvlərinin 308-i qadın, 400-ü isə gəncdir. Hesabat dövründə təşkilatın sıralarına 14 üzv qəbul edilib.
Vurğulanıb ki, 2019-cu ilin birinci rübündə təşkilatın 1 şura iclası, 3 İdarə Heyəti yığıncağı keçirilib.
Arif Qasımov deyib ki, 2019-cu ildə partiya üzvlərinin qarşısında duran əsas vəzifə əhali arasında ideya-siyasi işi gücləndirməkdən ibarət olmalıdır. Partiyanın hər bir üzvü Pro­qram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində ­fəallıq göstərməlidir.

Ardını oxu...

2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26-sı dünyada “Beynəlxalq Əqli Mülkiyyət Günü” kimi qeyd edilir.
Biliklərə əsaslanan XXI əsr iqtisadiyyatında əqli mülkiyyət intellektual kapital rolunda çıxış edir. İnkişaf etmiş ölkələrdə artıq əqli mülkiyyət aktivləri maddi aktivləri üstələyərək dünya iqtisadiyyatında yeni mərhələ yaratmışdır. Vaxtilə xammal və materiala əsaslanan iqtisadiyyatlar yeni mərhələdə kreativ iqtisadiyyata çevrilmiş və nəticədə, əqli mülkiyyət fenomeni prioritet fəaliyyət və təhlil istiqaməti kimi formalaşmışdır. Bu gün əqli mülkiyyət hər bir ölkə­nin davamlı inkişafında əsas rol oynayır. Çünki elm, texnika və mədəniyyətin inkişafı əqli mülkiyyət hüququnun qorunmasından asılıdır. Bu mənada, əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti həm də ölkənin elmi-texniki potensialının inkişafı və bu potensialdan səmərəli istifadəyə səbəb olur. Buna görə də əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib mərhələ kimi qəbul olunmaqdadır.

Ardını oxu...

Məlum olduğu kimi, Azərbaycanda milli elmi-pedaqoji fikir çoxəsrlik inkişaf yolu keçərək təkmilləşmiş və mərhələ-mərhələ yetkinləşərək bizim günlərə qədər gəlib çatmış, daha böyük gələcəyə doğru istiqamət almışdır. Qədim dövrün və orta əsrlərin klassik Şərq-müsəlman dini-fəlsəfi və poetik düşüncəsi milli ictimai-estetik baxışlar sisteminin möhkəm bünövrəsi və dayanıqlı təməlləri funksiyasını həyata keçirmişdir. Azərbaycan maarifçilik hərəkatı məhz həmin çoxəsrlik siyasi-ideoloji və ədəbi-fəlsəfi təlimlər üzərində formalaşaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Fikrimizcə, Azərbaycanın tarixi taleyində olduğu kimi, yeni dövr və müstəqillik dövrü inkişafında da klassik maarifçilik hərəkatı dalğasının böyük hərəkətverici rolu olmuşdur. Çünki XIX-XX əsrlərin meydana çıxardığı bütün axınların və cərəyanların içərisində ən uzun­ömürlüsü olan maarifçilik hərəkatı xalqımızın zamandan-zamana inkişafında davamlı rol oynamış, hər tarixi mərhələnin müasirləşmə və yeniləşmə proseslərində həlledici əhəmiyyətə malik olması ilə səciyyələnmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2019-cu il üzrə Tədbirlər Planına əsasən nəşr edilmiş “Pedaqoji fikir tarixindən” adlı kitab möhkəm klassik tarixi-ədəbi təməllər üzərində formalaşdırılaraq inkişaf etdirilən XIX əsr və XX əsrin əvvəllərinin maarifçilik hərəkatı dalğasının ölkəmizin və xalqımızın taleyində oynadığı müstəsna missiyanı bütün reallıqları və obyektiv gedişatı ilə əks etdirən qiymətli materiallar məcmuəsidir. Bu, indiyədək hər hansı bir sənətkar və ya maarif xadimi, yaxud ictimai-siyasi hadisə haqqında ayrı-ayrılıqda bəhs edilən problemləri tam halda, sistemli şəkildə əks etdirən əhəmiyyətli elmi-publisist icmallar məcmusu olan ümumiləşdirilmiş ciddi tədqiqat əsəridir.

Ardını oxu...

Aprelin 18-də Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə Bolqarıstanın tarixi və mənəvi paytaxtı olan Veliko-Tırnovo Şəhər Bələdiyyəsi arasında əməkdaşlıq və qardaşlaşma münasibətlərin qurulması haqqında saziş imzalanmışdır. Sazişə əsasən Naxçıvan şəhəri ilə Veliko Tırnovo qardaşlaşmış şəhər elan olunmuşdur.
Azərbaycanın Bolqarıstandakı səfiri xanım Nərgiz Qurbanova Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə Veliko Tırnovo şəhərində təşkil olunmuş “Azərbaycanın inciləri” adlı foto-sərginin açılışında iştirak edib. Azərbaycanın Bolqarıstandakı səfirliyi və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə paytaxt Bakı və Naxçıvan şəhərlərinin tarixini, mədəniyyət və turizm potensialını əks etdirən fotolar nümayiş olunub.
Nərgiz Qurbanova çıxış edərək deyib ki, 95 illik yubileyini qeyd edən Naxçıvan Muxtar Respublikasının paytaxtı qədim Naxçıvan şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərində sərginin təşkili rəmzi məna daşıyır. Naxçıvan şəhəri dünyada ilk insan məskənlərindəndir. Tarixi qaynaqlara görə şəhərin adı Nuh peyğəmbərlə bağlı olub “Nuhçuvan” – “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” mənasını ifadə edir. Nuh peyğəmbərin qəbri də məhz Naxçıvan şəhərində yerləşir. Naxçıvan ərazisindəki arxeoloji qazıntılar zamanı əldə olunan materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr Naxçıvan şəhərinin 5 min ildən çox yaşı olduğunu sübut edir. Naxçıvan ümumbəşəri mənəvi sərvətlər xəzinəsinə əvəzsiz töhfələr bəxş edib. YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il keçirilmiş 13-cü sessiyasında “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilməsi bunu bir daha təsdiq edir.
Səfər çərçivəsində Nərgiz Qurbanova Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və Veliko Tırnovo Universitetinin rektoru Xristo Bondjolov ilə görüşlər keçirmiş, Bakı Slavyan Universiteti ilə Veliko Tırnovo Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Mətbuat konfransında iştirak edən səfir ölkələrimiz arasındakı əlaqələr və həyata keçirilən layihələr, qarşılıqlı faydalı əməkdaşlıq və yenicə qurulmuş Naxçıvan-Veliko Tırnovo əlaqələrinin əhəmiyyəti barədə danışmış, jurnalistlərin suallarını cavablandırmışdır.

AZERTAC
24/04/2019
Veliko Tırnova, Bolqarıstan

Aprelin 23-də Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələrdən ibarət futbol komandasının üzvləri yarışlarda göstərdikləri uğurlu nəticəyə görə mükafatlandırılıblar.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək ali təhsil ocağının hər bir sahədə olduğu kimi, idmanda, xüsusən də futbolda əhəmiyyətli nailiyyətlər qazandığını diqqətə çatdırıb, idman tədbirlərində xarici tələbələrin fəal iştirakının sevindirici olduğunu vurğulayıb. Qeyd olunub ki, əcnəbi tələbələrdən ibarət futbol komandası universiadada göstərdiyi uğurlu nəticəyə görə ali təhsil ocağını Azərbaycan, eləcə də Türkiyə universitetləri arasında keçirilən futbol çempionatlarında da layiqincə təmsil edə bilər.
Seymur Talıbov qalib komandanın üzvlərini təbrik edib, tələbələrə pul mükafatı təqdim olunub.
Xarici tələbələr üzrə dekan, dosent Ceyran Quliyeva əcnəbi tələbələr üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlığını bildirib.
Stomatologiya ixtisası üzrə hazır­lıq kursunun tələbəsi Gür Çetin, Menecment ixtisası üzrə hazırlıq kursunun tələbəsi nigeriyalı Samson Oni Olavale muxtar respublikada təhsilləri ilə yanaşı, həm də asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli şəraitin yaradıldığını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Qeyd edək ki, universitetdə 16 idman növü üzrə ənənəvi olaraq keçirilən yarışlarda əcnəbi tələbələrin də mütəşəkkil iştirakı təmin edilmişdir.

Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Culfa rayonunun kənd yaşayış məntəqələrinin böyük əksəriyyəti  Babək rayonunun Çeşməbasar kəndindən keçən qol üstündə qərarlaşıb. Bu qola Culfa-Naxçıvan magistralından ayrılan Camaldın kəndini keçməklə də girmək olar. Onu da qeyd etmək istərdim ki, muxtar respublikamızda bərqərar edilmiş ictimai-siyasi sabitlik, nail olunmuş müasirliyi görmək üçün həmin qol üzərində yerləşən yaşayış məntəqələri ən ideal məkanlardır. 

Budur, Çeşməbasar kəndi. Adıçəkilən magistralın kənarına sığınmış bu kənd özünün inkişaf mərhələsinə bir neçə ildir ki, qovuşub. Yoldan ötənlərin diqqətini müasir infra­strukturu ilə cəlb edən kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzləri, səhiyyə məntəqəsi, məscid və yeni yol buraya göstərilən hərtərəfli dövlət qayğısından soraq verir. Yeri gəlmişkən onu da qeyd edək ki, bu yol ən ucqar dağ kəndi olan Boyəhmədə qədər uzanır. Bir-birinə bitişik olan Güznüt kəndi Çeşməbasardan seçilmir. Qəlbimizdə fərəh doğuran həm də odur ki, sərhədlərini ayırmaq mümkün olmayan yaşayış məntəqələrinin hər ikisində eyni obyektlər inşa edilib. Uzaq gələcəyə hesablanmış bu tikililərin ətraflarında sakinlərin müasir üslubda işlənmiş evləri sıralanıb. Bir-birindən gözəl və yaraşıqlı olan bu evlər sosial-­iqtisadi inkişafın bəhrəsidir. Sonra diqqətimizi göz işlədikcə uzanan taxıl zəmiləri çəkir. Bu il də bol məhsul götürüləcəyi uzaqdan bilinir. Deməli, torpaq adamlarının çəkdikləri zəhmət hədər getməyib.

Ardını oxu...

Hər bir xalqın intellektual səviyyəsi onun ən böyük sərvətidir. Müasir dövrdə bu potensialı formalaşdırmaq isə elm və təhsillə yanaşı, həm də şahmatın inkişafını zərurətə çevirmişdir. Şahmat çoxdandır ki, oyun anlayışından uzaqlaşıb. Onu incəsənətlə eyniləşdirənlər də, idmanın bir növü kimi götürənlər də, elmlə ortaq nöqtələrinin olduğunu vurğulayanlar da vardır. Digər bir tərəfdən intellektual təfəkkür vasitəsi kimi şahmat təlim-tədris prosesində, gənc nəslin əqli inkişafında və dünyəvi elmlərə istiqamətləndirilməsində əsas meyar kimi qəbul olunur.

Azərbaycanda tarixən şahmat geniş yayılmış ənənəvi oyunlardan biri olmuş, xalqımızın mədəniyyətində, bir az da dəqiq desək, məişə­tində özünəməxsus yer tutmuşdur. İntellektual idman növü kimi şahmatın inkişafına isə ötən əsrin 70-ci illərindən başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyev şahmatın inkişafına böyük diqqət göstərmiş, dövlət səviyyəsində qərarlar qəbul edilmiş, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılmış, Azərbaycanın şahmat məktəbi ­formalaşmışdır.
Ulu öndər Heydər Əliyev deyirdi ki, “Şahmat insanı saflaşdıran və kamilləşdirən idman növüdür”. Bu gün Naxçıvan Muxtar Respublikasında “bəşər tarixinin ən qocaman kəşfi” adlandırılan şahmatın inkişafına da məhz bu prizmadan yanaşılır. Gənc nəslin əqli inkişafında şahmatın əhəmiyyəti nəzərə alınır, bu sahədə infrastruktur tam müasirləşdirilir, şahmat tədris və təbliğ olunur.

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və kadr hazırlığı” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Zakir Məmmədov mövzu ilə əlaqədar çıxış edərək bildirib ki, diyarımız hazırda miqrantların yaşaması və işləməsi üçün əlverişli bir məkana çevrilib. Bu baxımdan muxtar respublikamızda haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayının ildən-ilə əhəmiyyətli ­dərəcədə artması da təqdirəlayiqdir.
Zakir Məmmədov qeyd edib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən müəyyən sahələr üzrə peşəkar kadrların hazırlanması üçün kurslar təşkil edilir. Ötən müddət ərzində bu istiqamətdə məqsədyönlü addımlar atılıb, kadr hazırlığı işi günün tələbləri səviyyəsinə çatdırılıb.
İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Anar Cəfərov çıxışında tədbir iştirakçılarına sahibkar­lıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və məşğulluğun artırılmasında sahibkarlığın rolu barədə məlumat verib.
Sonra Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Samir Sadiqovun əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək miqrasiyası haqqında məruzəsi dinlənilib.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadənin, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Akif Mahmudovun çıxışlarından sonra tədbir iştirakçılarını maraqlandıran suallar ­cavablandırılıb, bukletlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Dünən Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində muxtar respublikanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində dahi rus şairi, dramaturqu, tərcüməçisi və təmsilçisi İvan Andreyeviç Krılovun 250 illik yubileyi ilə əlaqədar çap olunmuş kitabla tanışlıq tədbiri keçirilib.
Daimi nümayəndəliyin kollektivinin iştirak etdiyi tədbirə kitabın müəllifi publisist-politoloq Reyhan Mirzəzadə dəvət olunub.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxışında qeyd edib ki, ədəbi əlaqələr xalqlar arasında dostluğun bir rəhnidir. Mütərəqqi rus ədəbiyyatı dünya mədəniyyəti xəzinəsinə böyük dühalar, klassiklər, zəngin və nadir sənət nümunələri bəxş edib. Tarixən zəmanəni doğru-dürüst əks etdirərək bədii yaradıcılığın xalq taleyi ilə sıx əlaqəsi naminə mübarizədə qabaqcıl rus yazıçı və şairlərinin böyük rolu olub. Fəlsəfi, ideya-tərbiyəvi əhəmiyyəti ilə həm xalqın tarixi inkişaf mərhələsinin, həm də müasir dövrün tələbləri mövqeyindən çıxış edən və gələcək nəsillərə faydalı irs olan bu bəşəri ədəbiyyat bütün dünyada sevilə-sevilə oxunmaqda, öyrənilməkdədir. Çünki təqdim etdiyi gerçəkliyə müstəsna dərinliklə nüfuz edən rus ədəbiyyatı vətəndaş cəsarəti, xəlqilik, milli iftixar, vətənpərvərlik ruhu ilə özünəməxsus şöhrət qazanıb. Azərbaycan və rus xalqları, görkəmli ədəbi simaları arasındakı böyük və sədaqətli dostluğun tarixi isə silinməz və əbədidir.

Ardını oxu...

Bunu birinci rübün statistikası da təsdiq edir

Günü-gündən inkişaf edən muxtar respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipinə ciddi önəm verilir. Öz fəaliyyətini bu prinsip əsasında quran Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin timsalında bunu bariz şəkildə görə bilərik. Müasir iş şəraitinin yaradıldığı, güclü əmək intizamının bərqərar edildiyi nazirlikdə yeni iş metodlarının tətbiqi diqqət mərkəzində saxlanılır, vətəndaş-polis münasibətləri daha da genişləndirilir. Bütün bunlar isə qarşıya qoyulan vəzifələri günün tələbləri səviyyəsində yerinə yetirmək üçün başlıca amillərdəndir.
Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, nazirlik 2019-cu ilin birinci rübündə də insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipini əsas götürüb. Belə ki, bəhs olunan dövrdə ümum­vətəndaşlıq pasportu və şəxsiyyət vəsiqələri almaq üçün müraciət edən vətəndaşlara xidmət yüksək səviyyədə qurulub, müraciətlərə vaxtlı-vaxtında əməl olunması diqqət mərkəzində saxlanılıb, 6 min 872 nəfərə ümumvətəndaş pasportu, 6 min 974 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Bu işdə, bir neçə ildir ki, yaradılan nazirliyin səyyar xidmətinin fəaliyyəti də qeyd olunmalıdır. Qrafik əsasında yerlərdə xidmət göstərən səyyar xidmət əhalinin vaxt itkisinin qarşısını alıb. Bu xidmətdən istifadə edənlərin sayı getdikcə artmaqdadır. Rüb ərzində öz fəaliyyətini davam etdirən xidmət tərəfindən verilən pasport və şəxsiyyət vəsiqələrinin sayı 1291-ə çatıb.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatında 2019-cu ilin I rübündə görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar şura ­iclası keçirilib.
Tədbirdə rayon təşkilatının sədri, Naхçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov məruzə edib.
Bildirilib ki, 2019-cu ilin 3 ayında 22 nəfər partiyaya üzv qəbul olunub, onlardan 16-sı gənc, 10-u qadındır. Rayоn təşkilatı gənclərlə, qadınlarla aparılan işlərə xüsusi diqqət yеtirir. Gənclər Birliyinin, Qadınlar Şurasının fəaliyyəti gücləndirilir. Gənclər Birliyi ilə rayоn Gənclər və İdman İdarəsi birgə tədbirlər hazırlayıb həyata kеçirirlər. Rayоnun ictimai-iqtisadi həyatında, kеçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə, çağırışçıların yolasalma mərasimlərində, idman yarışlarında, müsabiqələrdə gənclər fəal iştirak еdirlər.
Qadir İbrahimov diqqətə çatdırıb ki, 2019-cu ilin I rübündə fəaliyyətimizdə оlan bəzi nöqsan və çatışmazlıqlar rayоn təşkilatının idarə hеyəti və şura iclaslarında gеniş müzakirə və təhlil оlunub, onların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul еdilib. Bu ilin aprel-may aylarında ərazi ilk təşkilatlarında keçiriləcək hesabat­-seçki yığıncaqlarına, rayon təşkilatının XI konfransına və bu ilin payızında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri görülür.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid təqdimat mərasimində çıxış edərək bildirib ki, ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən ekoloji strategiya bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Ötən dövr ərzində ekoloji mühitin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması üçün ətraf mühitə olan neqativ təsirlər minimuma endirilib, iqtisadi inkişafda müasir texnologiyalar tətbiq edilib, alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilib. Füsunkar estetik gözəlliyə malik ərazilərin, flora və fauna növlərinin qorunması, ekoloji tarazlığın gözlənilməsi, biomüxtəlifliyin mühafizəsi və bərpa edilməsi, təbii mühit unikallığının, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin saxlanılması üçün xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında təbiətin qorunması, ekoloji tarazlığın diqqətdə saxlanılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilində əldə edilən uğurlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada apardığı uğurlu ekoloji siyasətin nəticəsidir. Həyata keçirilən məqsədyönlü ­siyasət, sosial-iqtisadi inkişaf, ekoloji strategiya xüsusi mühafizə olunan təbiət ərazilərinin daha da inkişaf edəcəyini, müasir tələblərə uyğun şəkildə təkmilləşəcəyini ­deməyə əsas verir.

Ardını oxu...

Azərbaycan Respublikası və İran İslam Respublikası gənclərinin dostluq həftəsi çərçivəsində İran İslam Respublikasının bir qrup gəncinin Naxçıvan Muxtar Respublikasına ekskursiyası təşkil olunub. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin birgə təşkil etdiyi ekskursiyada iranlı gənclər muxtar respublikamızın bir çox tarixi və mədəni abidələri ilə yaxından tanış olublar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində komitə arxivinin, şəhər və rayon idarələrinin əmakdaşları üçün “Arxiv işinin təşkilinin əsasları” mövzusunda qısamüddətli təlim keçirilib.
Təlimi giriş sözü ilə komitənin sədri Müslüm Cabbarzadə açaraq iştirakçıları məlumatlandırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktor müavini Zakir Hacıyev “Arxiv işinin təşkilinin əsasları” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, arxiv sənədlərinin qorunması və saxlanması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsində muxtar respublikamızda arxiv işi tam formalaşdırılıb, bu sahənin maddi-texniki bazası möhkəmləndirilib, zəngin arxiv fondları yaradılıb. Bu şərait arxiv fondlarında saxlanılan yüz minlərlə sənədin etibarlı şəkildə mühafizə olunmasına imkan verir.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ümumi işlər və təsərrüfat şöbəsinin müdiri Tural Cəfərovun, Arxiv işi üzrə xidməti vəzifələr və informasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda iştirkaçıların sualları cavablandırılıb.

 Pərviz HACILI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetinin redaksiyasında Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş Jurnalistika ixtisası tələbələri ilə birgə startapların hazırlanması və tətbiqi məsələləri müzakirə olunub.
Qəzet əməkdaşlarının və Naxçıvan Mətbuat Şurası üzvlərinin, digər qəzet redaktorlarının iştirakı ilə keçirilən tədbiri “Şərq qapısı” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan açıb. Baş redaktor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının muxtar respublikada müasir təfəkkürlü və peşəkar mütəxəssis hazırlığı, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi baxımından əhəmiyyətindən danışıb. Qeyd olunub ki, aprelin 15-də keçirilən müşavirədə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi, hami təşkilatlar tərəfindən layihələri dəyərləndirəcək ekspert qrupların və ictimai əsaslarla fəaliyyət göstərəcək mərkəzlərin yaradılması, startapların qəbulunu və təqdimatlarının keçirilməsini təmin etmək kimi mühüm vəzifələr qoyulub. Ali Məclisin Sədri həmin müşavirədəki çıxışında deyib: “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının dünən Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqəti və qayğısı ilə əhatə olunub. Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması muxtar respublikada məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini verib. Belə ki, komissiya tərəfindən 2011-ci ildən bu günədək keçirilmiş 17 müsabiqədə 5529 namizəd iştirak edib, onlardan 1144-ü müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 39,6 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanıb, müasir dünyagörüşə, qanunvericilik və informasiya texnologiyaları üzrə biliklərə, habelə məntiqi düşüncə qabiliyyətinə malik olan dövlət qulluqçusudur.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti aprelin 16-17-də Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında, Naxçıvan Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin açılış konfransında, Şahbuz rayonunun Kükü və Ağbulaq kəndlərində turist qəbul edəcək hostellərin təqdimatında iştirak edib, Naxçıvan Dövlət Universitetində olublar. Qonaqlar “Şərq qapısı” qəzetinə müsahibələrində səfərin məqsədi və təəssüratları barədə danışıblar:
Kestutis Yankauskas: – Bu, mənim Naxçıvana dördüncü səfərimdir. Ötən il “Avropa günləri”ndə də Naxçıvana gəlmişdim. Bu dəfə keçirilən “Kətə” festivalı, Naxçıvanın gəncliyi məndə dərin təəssürat yaratdı. Düşünürəm ki, bu torpağın tarixi zənginliyi qədər gənc potensialı da vardır. Odur ki, Naxçıvanda hər hansı bir yeni layihə üçün də geniş imkanlar olduğunu deyə bilərəm. Bu layihəmiz isə çox ciddi məzmunludur. Xüsusən qadınlar arasında yeni ideya sahibi olub, bizneslə məşğul olmaq istəyənlərə dəstək göstərmək, onların özünü təsdiqetmə qabiliyyətini üzə çıxarmaq baxımından bu layihənin əhəmiyyəti böyükdür. Çünki qadınlar əhalinin sayca əsas hissəsini təşkil etməklə, həm də cəmiyyətin aparıcı qüvvəsi olma imkanına malikdir. Onlar digər sahələrdə olduğu kimi, biznesdə və menecmentdə də özlərini sübut etməyə çalışırlar. Bunun üçün bizim layihə tərəfdaşlarımız onlara necə başlamaq haqqında lazımi köməklik göstərəcək.

Ardını oxu...

Gömrük nəzarəti zamanı narkotik vasitələrin, odlu silahların, partlayıcı qurğuların və müxtəlif qaçaqmalçılıq predmetlərinin aşkar edilməsində kinoloji xidmətin fəaliyyətindən geniş istifadə olunur. Bu məqsədlə muxtar respublika gömrük orqanlarında xidməti itlərin təlimi və xüsusi hazırlığının təşkili diqqətdə saxlanılır.
Qeyd edək ki, əvvəllər sərhəd-keçid məntəqələrinin hər birində instruktor-kinoloqlar fəaliyyət göstərirdisə, indi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin ayrıca Kinoloji şöbəsi və Kinoloji mərkəzi vardır. Xidməti itlərin təlimi, yetişdirilməsi, kinoloqların seçilməsi, öyrədilməsi, xidməti itlərə baytarlıq nəzarətinin təşkili Naxçıvan Şəhər Gömrük İdarəsinin ərazisindəki Kinoloji mərkəzdə aparılır.
Muxtar respublikamızda ilk dəfə olaraq bu mərkəzdə xidməti itlərdən balaların alınması və yetişdirilməsi işi həyata keçirilir. Əgər əvvəllər gömrük orqanları üçün xaricdən xidməti itlərin alınmasına külli miqdarda vəsait sərf olunurdusa, indi buna ehtiyac yoxdur. Mərkəzdə nəin­ki gömrük işi sahəsində, digər sahələrdə də xidməti itlərin yetişdirilməsi üçün hər cür imkanlar yaradılıb.

Ardını oxu...

İnkişaf və yüksəliş əsri olan 21-ci əsr həm də informasiya və kommunikasiya texnologiyalarının günbəgün müasirləşməsi ilə yadda qalır. Xüsusilə gənclərin dövrümüzlə uzlaşan yeni biliklərinin, onlara məxsus innovasiyaların istehsalatda geniş tətbiqi qabaqcıl ölkələrin həm iqtisadi, həm də siyasi maraqları ilə üst-üstə düşür. Bu istiqamətdə Azərbaycanda da ardıcıl tədbirlər həyata keçirilir, dövlət-gənclər siyasətinin məğz və mahiyyəti gənclərin sağlam, intellektli, vətənpərvər, yeni dövrün çağırışlarına cavab verən şəkildə formalaşması ilə uzlaşdırılır. Artıq gənclərimiz dünya elm-təhsil məkanına inteqrasiya edir, yeni texnologiyaları yaxından mənimsəyir, səmərəli ideya, layihə və təşəbbüslər – startaplar ətrafında birləşirlər.

Bəs startaplar nədir və onlar müasir dövrümüzdə necə başa düşülür?
Startap dedikdə, ilk növbədə, mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması nəzərdə tutulur. Həmçinin daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər və ideyalar başa düşülür. Çox zaman startap dedikdə yalnız informasiya texnologiyaları sahəsi ilə əlaqədar təşəbbüslər nəzərdə tutulur. Amma unutmaq lazım deyil ki, startaplar iqtisadiyyatın bütün sahələrinə, o cümlədən tibb, turizm, təhsil kimi mühüm əhəmiyyətli sahələrə də aid ola bilər. Bu gün geniş yayılan layihələr sırasında sosial startaplar da vardır. Mütəxəssislərin sözləri ilə desək, təqdim edilən layihələrin son məqsədi isə real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir. Yəni hər bir layihə daha effektiv innovasiyalara istiqamətlənməlidir.

Ardını oxu...

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə nəşr olunmuş “Pillə-pillə” kitabının təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov tədbirdə çıxış edərək demişdir ki, sürətlə inkişaf edən muxtar respublikamızda bütün sahələrə qayğı ilə yanaşılır. Şəhər, rayon və kəndlərimizdə müasir standartlara cavab verən təhsil müəssisəsləri və idman obyektləri tikilərək istifadəyə verilir. Qayğı ilə yanaşılan sahələrdən biri də şahmatdır. Məktəblərdə şahmat siniflərinin, rayonlarda müasirtipli şahmat məktəblərinin inşası bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlər dünya ölkələrində yaradılan şəraitdən heç də geri qalmır. Həmçinin zəka idman növünün kütləvi hal alması üçün dövlət tərəfindən məqsədyönlü addımlar atılır, tədbirlər planı hazırlanıb həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq­-Mühafizə Orqanları Veteranları Şurası Naxçıvan Şəhər Təşkilatının sədri Davud Süleymanov, Naxçıvan Şəhər Prokurorluğunun 3-cü dərəcəli hüquqşünası Abdulla Quliyev və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək hərbi xidmətə yola salınanlara uğurlar arzulayıblar. Valideyn İntiqam Hüseynov çağırışçı gənclərə xoş ­arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Aqil Musayev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu borcu şərəflə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov əminliyini bildirib ki, sarsılmaz dövlət-xalq-ordu birliyi sayəsində bu gün hərbi xidmətə yola düşən gənc çağırışçılar da Vətənimizə ləyaqətlə xidmət edərək müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə öz töhfələrini verəcəklər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxışında qeyd edib ki, indi Azərbaycanın güclü ordusu var. Güclü ordu isə düşmənə hər an layiqli cavab verməyə qadirdir. Ordumuzun yüksək əhval­-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Babək rayonunda da gənclər hərbi xidmətə yola salınıblar.

 Pərviz HACILI

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, nümayəndəliyin əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti, proqram rəhbəri Ramilə Aslanova, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olublar. Qonaqlar universitetin ərazisində ağacəkmə mərasimində iştirak ediblər.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verilib. Rektor dünyanın 50-dən çox ölkəsinin 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin qoşulduğu Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə birgə qarşılıqlı əməkdaşlığından söhbət açıb.

Ardını oxu...

Gözəlliklər məskəni, oğuz yurdu Naxçıvan ötən hər gün daha böyük uğura imza ataraq xoşbəxt gələcəyə doğru inamlı addımlarla irəliləyir. Açılan sabah, doğan Günəş özü ilə bu qədim diyara sevinc, bərəkət, bolluq gətirir, firavan yaşayış naminə çalışan insanların arzuları, xəyalları gerçəyə çevrilir. Ötən illərdən daha sayalı, düşərli gələn 2019-cu il də ömrümüzə, günümüzə xoş anlar bəxş edir. Cari ilin “Ailə təsərrüfatları ili” elan olunduğunu nəzərə alsaq, bu sahədə bir-birini əvəzləyən əlamətdar hadisələrin, tədbirlərin keçiriləcəyi gözləniləndir və bütün bunların hər birimizin yaddaşında unudulmaz, dərin izlər buraxacağı şübhəsizdir. Artıq ötən gün bu istiqamətdə növbəti tədbirə start verildi...
Aprel ayının 16-da şəhərimizdə əsl bayram ab-havası hökm sürürdü. Hər qarışında böyük bir tarix gizlənən Naxçıvanqala ikigünlük “Kətə” festivalının keçirilməsi münasibətilə yenə zəhmətkeş insanların yaratdığı bənzərsiz gözəlliklərlə bəzənmişdi. Onu da qeyd edək ki, Naxçıvan təbiəti min bir sərvəti, şəfalı və faydalı bitkiləri ilə burada hər fəslə, hər mövsümə uyğun zəngin mətbəx mədəniyyətinin əsasını qoymuşdur. Bu gün həmin məhsulların təbliğinə xidmət edən mövsümi festivalların keçirilməsi ənənəsinin formalaşdırılması isə əsl yurdsevərlik nümunəsidir. “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları – bal”, “Plov” kimi festivallar bunun bariz sübutudur.

Ardını oxu...

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub. Bələdçi bildirib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılışında iştirak edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər ­Kabineti tərəfindən 2019-cu ilin aprel ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2019-cu il 1 aprel tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” və “İri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Qərar qəbul edilmişdir.
Bundan başqa, “Naxçıvan Muxtar Respublikasında “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 15 sentyabr tarixli 85 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında”, həmçinin “Naxçıvan Muxtar Respublikasında fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 18 nömrəli Qərarında da dəyişikliklər olunmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” 2015-ci il 14 yanvar tarixli 5 nömrəli və “Naxçıvan Muxtar Respublikasında peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” 2018-ci il 17 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişikliklər edilmişdir.

Ardını oxu...

Bu il dünya şöhrətli alim-­oftalmoloq Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasının 34-cü ildönümüdür. Lakin görkəmli alimin 62 illik parlaq ömür yolu bu təqvim çərçivəsinə sığmayaraq xeyirxah əməlləri sayəsində ölməzlik qazanmışdır.
Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır.
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Buna görə də sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçməyərək Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışmışdır.

Ardını oxu...

Beş minillik tarixə malik olan Naxçıvan,
İşğal təhlükəsiylə üzləşib zaman-zaman.
Qoruyubdur igidlər şəhərini, kəndini,
Əlimizdən getməyib torpağımız, daşımız,
Daşlara həkk olunub möhtəşəm yaddaşımız.

Ardını oxu...

2019-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası təmin edilmişdir. Nazirliyin xilasediciləri və yanğınsöndürənləri “Daimi hazırlıq” mərhələsində saxlanılmış, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması məqsədilə struktur qurumlarda taktiki-xüsusi təlimlər keçirilmişdir. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi təlimlərdə, toplantılarda və çöl-səhra çıxışlarında nazirliyin xilasediciləri və yanğınsöndürənləri iştirak etmişdir. Xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin müxtəlif istiqamətlərdə yürüşləri keçirilmiş, xidməti və əməliyyat minik avtomobillərinin texniki sazlığı yoxlanılmışdır.

Ardını oxu...

Muxtar respublikamızda təhsil dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infra­strukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı, təhsil müəssisələrinin kitabxana fondları zənginləşdirilmiş, elektron kataloq yaradılmış, kitabxanalara 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünya­görüşünün artırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq olunmuşdur. Ötən dövrdə həmin kitabların nəşr olunaraq bütün ümumtəhsil məktəblərinin kitabxanalarına verilməsi, oxunması zəruri olan kitablardan ibarət guşələrin yaradılması şagirdlərin mütaliə mədəniyyətinin formalaşmasında mühüm mərhələ kimi dəyərləndirilməlidir. ­Sərəncamdan ötən dövrdə gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı, publisist-politoloq Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” əsəri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış “Pedaqoji fikir tarixindən” kitabı da oxunması zəruri olan kitabların siyahısına əlavə edilmişdir.

Ardını oxu...

1-4 aprel tarixlərdə Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 36-cı Sessiyası keçirilmişdir. Avropa Şurasına daxil olan 47 üzv dövlətin 324 təmsilçisinin qatıldığı 36-cı sessiyası bu dəfə “Merlər: demokratiyanın mühafizəçiləri” devizi altında keçirilmişdir. Sessiyada İspaniyanın Ərazi məsələləri üzrə dövlət katibi İqnasio Sançes Amorun iştirakı ilə müzakirələr təşkil olunmuşdur. Sessiya Finlandiyanın Avropa Şurasında sədrliyi dövründə keçirildiyindən müzakirələrdə həmin ölkənin nəqliyyat və kommunikasiya nazirinin iştirakı ilə bağlı dinləmələr təşkil olunmuş, plenar iclasların gedişində Avropa Şurasının Baş katibi Türbyörn Yaqland və AŞPA-nın sədri Lilyan Mori Paskye də müzakirələrə qatılaraq konqres üzvlərinin suallarını cavablandırmışlar.
Konqresin 36-cı Sessiyasının gündə­liyində, həmçinin “Avropa Şurasının gələcəyi ilə bağlı: Konqresin rolu və qatqısı (Helsinki prosesi)”, “Yerli və regional səviyyədə açıq hökumət, gənc əhalinin sosial hüquqları: yerli və regional hakimiyyətlərin rolu”, “Yerli və regional hakimiyyətlərin öz strukturlarının maliyyələşməsində səlahiyyətləri haqqında” və bir sıra digər məsələlər müzakirə olunaraq müvafiq tövsiyə və qətnamələr qəbul olunmuşdur. Ənənəvi olaraq bu sessiyada da bir sıra ölkələrdə keçirilən seçkilərin nəticələri, həmçinin ayrı-ayrı üzv dövlətlərdə yerli və regional demokratiyanın vəziyyəti müzakirə edilmişdir.

Ardını oxu...

Ötən ayın ümumi mənzərəsi bunu bir daha aydın əks etdirir

Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi istiqamətində gərgin, ardıcıl və səmərəli fəaliyyətin uğurlu nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası illərdir, sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. İnkişaf və yeniləşmə istiqamətində həyata keçirilən tədbirlər, vətənpərvərliklə aparılan quruculuq işləri, güclü nizam-intizam, idarəetmə sahəsində mövcud olan zəngin təcrübə 95 illiyini qeyd edən muxtar respublikada tarixi irəliləyişlərin əldə olunmasına yol açıb.

Ardını oxu...

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında hərbi hissənin yaranmasının 24-cü ildönümünə həsr olunmuş mərasimə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli 8-9 aprel tarixlərində muxtar respublikamızda səfərdə olub. Səfərinin sonunda qonaqdan Naxçıvan təəssüratlarını öyrəndik:

– Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərim olsa da, özümü ölkəmizdəki kimi hiss etdim. Xüsusən burada dəniz səviyyəsindən 2 min metr yüksəklikdəki qarlı ərazilərə səyahət zamanı Tacikistanda olduğu kimi, sanki dünyanın zirvəsinə qalxdığıma bir daha inandım. Odur ki, təəssüratlarım çox möhtəşəmdir. Təbiət Naxçıvana hər cür gözəllik bəxş edib. Gəzib-gördüyüm yerlərdəki səliqə-sahman, təmizlik, insanların qonaqpərvərliyi mənim ikigünlük Naxçıvan səfərimdən aldığım təəssüratların ən gözəlidir. Ayrıca olaraq Naxçıvan Muxtar Respublikasında keçirdiyim çox mühüm görüşlər və tanış olduğum yerlər bu gözəl diyara səfərimin məhsuldar olmasına səbəb oldu.
Onu da qeyd edim ki, muxtar respublikanızın böyük iqtisadi-mədəni potensialı vardır. Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq müddətində belə bir qənaətə gəldim: – Naxçıvanda istehsal olunan məhsullar buradakı həyat səviyyəsindən, əhalinin yaşayış standartlarının yüksək olmasından xəbər verir. Xüsusən Naxçıvanın su elektrik stansiyalarının tikilməsi işində qazandığı təcrübə, enerji və ərzaq təhlükəsizliyini təmin etməsi sahəsində əldə etdiyi nailiyyətlər diqqətimi çəkdi. Bildiyiniz kimi, Tacikistan da yüksək şirin su və hidroenerji potensialına malikdir və Naxçıvanın bu resurslardan istifadə sahəsində qazandığı təcrübə, bu mənada, maraqlıdır. Naxçıvandakı Günəş Elektrik Stansiyası da bu diyarın yüksək enerji potensialından xəbər verir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə muxtar respublikada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov tədbiri açaraq muxtar respublikada avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası ilə bağlı görülmüş işlərdən danışıb.
Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək cəmiyyətin ümumi inkişafının nəticəsi kimi sığortanın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası da vacib məsələ kimi qarşıya qoyulub. O, muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti olduğunu bildirib.

Ardını oxu...

Rusiyalı tarixçi alimlə müsahibə

Bu günlərdə tanınmış rusiyalı alim, tarixçi və hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun fəxri professoru, Avropa Elm və Sənaye Konsorsiumunun (ESIC) qızıl medal mükafatçısı Oleq Kuznetsov muxtar respublikamıza səfər edib. Alimlə “Şərq qapısı” qəzetinin redaksiyasında görüşüb səfərinin məqsədi və Naxçıvan haqqında təəssüratlarını öyrəndik. 

– Oleq Yuriyeviç, səhv etmirəmsə, bu sizin Naxçıvana üçüncü səfərinizdir…
– Bəli, Naxçıvana 2014-cü ilin iyulunda və daha sonra isə ötən ilin yanvarında səfərim olub. Əvvəlki səfərlərimlə müqayisədə Naxçıvanın gözəl yazını gördüyüm üçün çox sevinirəm. Burada hər yer gözəldir. İnsanlar, təbiət, şəhər. Bu dəfə səfər proqramı qısa olduğu üçün çox gəzmək imkanımız olmasa da, gördüyüm yerlər məndə dərin təəssüratlar yaratdı. Ən çox isə diyarınızdakı gənclərin hər yerdə gözümə dəyməsini qeyd edə bilərəm. Ölkənizlə çox sıx əlaqəsi olan bir əcnəbi kimi deyə bilərəm ki, naxçıvanlı gənc­lərin fəal həyat tərzi yalnız paytaxt Bakı ilə müqayisə oluna bilər. Bu isə ümumi inkişafın bir nəticəsi kimi çox mühüm faktdır. Çünki həyatın dinamikası gənclərlə daha çox ölçülür.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR