23 Dekabr 2024, Bazar ertəsi

Gözəl bir yaz səhərində Culfa-Boyəhməd marşrutu istiqamətində yola çıxdıq. Yolboyu müasirliyə qovuşmuş kəndlər bir-birini əvəz edirdi. Gördüyümüz mənzərələr qəlbimizdə isti duyğular yaradırdı. Bu gün Culfa rayonunun hansı guşəsinə üz tutsaq, bu cür təəssüratları yaşayır, sevinc hissləri keçiririk. Ona görə ki, ötən dövr ərzində bu yaşayış məntəqələrində həyata keçirilən quruculuq işləri, yaşıllaşdırma tədbirləri insanların yaşam tərzini kökündən dəyişdirib, evlərə firavanlıq gətirib.

Belə abadlaşan kəndlərdən biri də Əbrəqunusdur. Burada maşından enirik. Bir zamanlar rayon mərkəzi olan bu kənd rayonumuzun sosial­-iqtisadi və mədəni inkişafında mühüm rola malikdir. Kəndin mərkəzində yerləşən yeni tikililər buraya əsl qəsəbə görkəmi verib. İlk rastlaşdığımız kənd ziyalısı Musa Quliyevlə söhbətləşirik. Əbrə­qunusun dünənindən, bu günündən söhbət salırıq. O deyir ki, bu kənd vaxtilə, daha doğrusu, 1925-1930-cu illərdə 30 kəndi əhatə edən dairə mərkəzi, sonra isə 19 il rayon mərkəzi olub.
Musa müəllim Əbrəqunusun indiki dövründən də maraqla danışır. Söyləyir ki, kəndin müasir görkəmi muxtar respublikada bərqərar olmuş sabitliyin, inkişaf və tərəqqinin ifadəsidir. Tarixin heç bir dövründə Əbrəqunus bu qədər gözəl, abad, gözoxşayan olmayıb. Bir az söhbətləşdikdən sonra həmsöhbətimlə xudahafizləşib yolumuza davam edirik.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının iştirakı ilə “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilib.
Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Ümid Qurbanov giriş sözü ilə açıb. Bildirib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikada da dövlət qulluğu sistemi günün tələbləri səviyyəsində qurulub və bu sahədə bir sıra zəruri islahatlar həyata keçirilib.
Qeyd olunub ki, komissiya tərəfindən bu günədək keçirilmiş 17 müsabiqədə 5529 namizəd iştirak edib, onlardan 1226-sı müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Bunun nəticəsidir ki, bu gün muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutanların 36,9 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır.

Ardını oxu...

Yaşadığımız əsrin ötən dövründə muxtar respublikamızda sosial-iqtisadi inkişaf səviyyəsinin davamlı olaraq yüksəlişi yeni imkanlar yaradıb. Kreativ əmək və innovasiyalardan səmərəli istifadə etməklə cəmiyyət həyatının bütün sahələri sürətlə yenilənib. İqtisadi və sosial inkişafda innovasiya amilinin nəzərə alınması son illərdə qəbul edilmiş mühüm dövlət proqramları və sənədlərində aydın şəkildə ifadə olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın innovasiyalı inkişafını nəzərdə tutan növbəti mühüm dövlət sənədidir. Proqramda investisiya və innovasiya fəallığının artırılması üçün tədbirlərin görülməsi, yeni texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsi, innovativ təsərrüfatçılıq formalarının yaradılması prioritet vəzifələr kimi qarşıya qoyulub.

Muxtar respublikamızda iqtisadi və sosial sahələrdə innovasiyaların tətbiqinə hələ yeni əsrin əvvəllərindən başlanıb. İnnovasiyalar daha təkmil texnoloji proses yaradılması, bazara yeni məhsul çıxarılması, həmçinin sosial xidmətlərə yeni tərzdə yanaşma ilə ifadə olunur. Zaman keçdikcə bütün sahələrdə innovasiyaların artan sürətlə tətbiq olunması muxtar respublikanın sosial-iqtisadi inkişafının müasir mənzərəsini yaradıb. İqtisadiyyatımızın sahə strukturunda mütərəqqi dəyişikliklər, ənənəvi sahələrlə yanaşı, texnoloji və elm tutumlu yeni sahələrin meydana gəlməsi, yeni məhsulların istehsalı, mövcud məhsulların yeni növ və modifikasiyalarda bazara çıxarılması ilbəil daha geniş miqyas alıb. İstehsala uzunmüddətli innovativ yanaşmanın nəticəsidir ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Sənayedə və kənd təsərrüfatında müasir texnologiyaların, yeni xammal növlərinin istehsala cəlb olunması texnoloji yönümlü innovasiyaların yayılmasını sürətləndirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən aprel ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının işinin düzgün qurulması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. 

“Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmiş, çempionatda iştirak edəcək komandalar müəyyənləşdirilmişdir. Həmçinin Naxçıvan şəhərindəki uşaq bağçalarında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu davam etdirilmiş, Naxçıvan Tibb Kollecində “Mən də proqramçı olmaq istəyirəm” adlı proqramlaşdırma təlimi, Rəssamlar Parkında “İncəsənət döyüşü” adı altında rəsm müsabiqəsi, “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublika zona birinciliyi, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika çempionatı keçirilmişdir. Göygöl rayonunda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatında Naxçıvan komandası birinci yerə layiq görülmüşdür.
“Naxçıvanı tanıyaq” devizi altında tədbirlər davam etdirilmiş, gənclərin tarixi abidə və muzeylərə ekskursiyaları təşkil olunmuşdur. Həmçinin “Dostluq həftəsi” adı altında İran İslam Respublikasının gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində gənclərin Naxçıvan şəhərinin gəzməli-görməli yerləri, tarixi­-mədəniyyət nümunələri ilə tanışlığı təmin edilmişdir. Muxtar respublikada yaradıcı gənclərin aşkar olunması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, muxtar respublikanın tarixinin və turizm potensialının təbliği məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Yaradıcı gənclər” festivalı təşkil olunmuşdur. Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında təmizlik aksiyası keçirilmiş, gənclər ətraf mühitin qorunmasında fəallıq göstərmişlər. “Gənclik” Mərkəzində Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin IX-XI sinif şagirdlərinə “Biz ali məktəbə hazırlaşırıq” devizi altında “Şagirdlərin ali məktəblərə hazır­lanmasına psixoloji dəstək” təlimi keçirilmişdir.

Ardını oxu...

İnsan ömrünü fəsillər kimi düşünə bilərik. Ömrün də baharı, yayı, payızı və qışı vardır. Gənclik ömrün baharıdır. Gənclik də bahar kimi qaynar, bahar kimi rəngarəng, bahar kimi zəngindir. Gələcək məhsulun təməli baharda qoyulduğu kimi, insanın gələcək mənalı ömrünün də əsası gənclikdə qazanılır.
Xalqımızın mübarizələrlə dolu tarixi keçmişinə nəzər salanda bütün məqamlarda gənclərin fəal mövqeyinin, igidliyinin, qəhrəmanlığının, vətənpərvərliyinin şahidi oluruq. Bu gün də Azərbaycan gəncləri öz ulu keçmişinə sadiq olmalı, xalqımız üçün gərəkli gənclər kimi yaşamalı və mübarizə aparmalıdırlar.
Bu gün gənclərin qarşısında çox böyük və möhtəşəm vəzifələr durur. Öz müstəqilliyinin 28-ci ilində olan Azərbaycan Respublikası gənclərə arxalanır, çünki ümummilli liderimiz Heydər Əliyevin də söylədiyi kimi: “Gənclər Azərbaycanın gələcəyidir”. Elə azadlıq və müstəqilliyimizin qazanılmasında da gənclərin mübariz xidmətləri olmuşdur.

Ardını oxu...

May ayının 18-də Naxçıvan-­Əshabi-Kəhf-Naxçıvan marşrutu açılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənovdan aldığımız məlumatda bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu gün muxtar respublikada əldə olunan dinamik inkişaf digər sahələr kimi, nəqliyyat sahəsinə də öz müsbət təsirini göstərib, bu istiqamətdə həyata keçirilən tədbirlər insanların rahatlığının təmin edilməsinə əlverişli şərait yaradıb.
O qeyd edib ki, qədim inancları, möcüzəvi sirləri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getmək istəyən çoxsaylı turistlərin, zəvvarların, qonaqların, eləcə də muxtar respublika sakinlərinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan marşrutu fəaliyyətə başlayıb. Marşrut hər gün 2 reys olmaqla, saat 830 və 1400-da Naxçıvan şəhərindəki avtovağzaldan Əshabi-Kəhfə, saat 1200 və 1700-da isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksindən əks istiqamətə yola düşəcək. Sərnişin sıxlığı nəzərə alınaraq həftənin şənbə və bazar günləri dörd reys həyata keçiriləcək. Muxtar respublikaya gələn qonaqların bu marşrutdan səmərəli istifadə etmələri üçün “Təbriz” və “Grand” otellərinin, eləcə də “Cahan” Ticarət Mərkəzinin qarşısında avtobusların dayanacaq yerləri müəyyən olunub.

Ardını oxu...

2019-cu il 13-18 may tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test Mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilib.
İmtahan müəllimlərin bilik və bacarıqlarının test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması və maddi rifahının yaxşılaşdırılması məqsədilə aparılıb. Müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılacaqdır.
Test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim edib, onlardan 109-u test imtahanında iştirak edib və 85 müəllim keçid balını toplayıb. İmtahanda iştirakçılara müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya və kommunikasiya texnologiyaları üzrə 15 test tapşırığı olmaqla, ümumilikdə, 80 sual təqdim edilib, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilib. Test tapşırıqlarının ən azı 30 faizini (24 bal) düzgün cavablandırmış şəxslər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.

Ardını oxu...

Mayın 20-də Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci və Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümünə həsr edilən xüsusi veriliş yayımlanıb.
Verilişdə aparıcı Kazuyasu İşida, Azərbaycan- Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyin bərpasından sonra qazanılan uğurlar, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında dinləyicilərə hərtərəfli məlumat veriblər.
Qeyd olunub ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bu qısa dövr ərzində dövlətçilik ənənələrinin bərpası, demokratik idarəetmənin formalaşması istiqamətində mühüm uğurlara imza atıb.

Ardını oxu...

1992-ci ilin may ayının 18-də Laçında – Kiçik Qafqaz dağlarının bu füsunkar təbiətə malik ərazisində açılan güllər ömrünü yaşamamış soldu, erməni vandalizmi və vəhşiliyi 18 uşağın həyatını yarıda qoydu, 31 körpə hər iki valideynini itirib yetim, kimsəsiz qaldı, 300 nəfərdən çox insan şəhidlik zirvəsinə ucaldı, 103 nəfər əbədi əlil arabasına məhkum oldu. O gün əzəli türk yurdu olan Laçını – Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki ən strateji ünvanı itirdik. Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması mümkünsüz olacaqdı. Çünki Ermənistandan Qarabağa gedən yeganə və əsas nəqliyyat dəhlizi Laçın idi.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən yaşayış məntəqələrini də zəbt edən Ermənistan silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutmağa başladılar. Həmin il mayın 18-də Şuşa şəhərinin Turşsu ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal etdi. Rayonu ələ keçirən düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə əraziyə daxil oldu. Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəbhə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, işğal edilən rayonlarımızın sırasına Laçın da daxil oldu.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2006-cı il 26 mart tarixli qətnaməsinə əsasən hər il mayın 17-si “Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur.
Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindəndir. Ümummilli lider Heydər Əliyev 2003-cü ildə respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etmişdir. Milli Strategiyanın qəbulundan sonra ölkəmizdə bu sahədə kompleks tədbirlər həyata keçirilmişdir.
İnformasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə məqsədyönlü tədbirlər görülür. Son illər qəbul edilən dövlət proqramları və həyata keçirilən zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmış, Azərbaycanın dünya kosmik məkanına inteqrasiyası təmin edilmişdir.

Ardını oxu...

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin apаrаtı və struktur qurumlаrı tərəfindən muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı aprel ayında da davam etdirilmiş, 9 təhlükə pоtеnsiаllı оbyеktdə yохlаmа-bахış kеçirilərək prоfilаktik tədbirlər görülmüşdür.

Аşkаr еdilmiş 28 hаldа tехniki təhlükəsizlik qаydа və nоrmаlаrının pоzulmаsı aradan qaldırılmışdır. 4 müəssisədə 68 işçinin iştirakı ilə texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə maarifləndirmə işləri aparılmış, 8 tibb müəssisəsində rаdiаsiyа təhlükəsizliyinin təmin еdilməsinə nəzаrət məqsədilə yохlаmа kеçirilmiş, 4 tibb müəssisəsi radioloji-gigiyenik pasportlаrlа təmin edilmişdir. Ötən ay 45 müəssisə və təşkilatda 1378 nəfərin iştirakı ilə mааrifləndirici tədbir, eləcə də qrup məşğələləri keçirilmişdir.
Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 169 obyektdə diqqətli, 215 obyektdə nəzəri, 41 obyektdə isə məqsədli yoxlamalar keçirilmiş, 3465 yaşayış evində yanğın-texniki müayinələr aparılmış, müşahidə olunan çatışmazlıqlar aradan qaldırılmışdır.
Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi təqdim olunmuş 36 obyektin işçi və layihə sənədlərinin ekspertizasını aparmış və rəylərini hazırlamışdır.
Ötən аy Naxçıvan şəhər məktəblilərinin, Nахçıvаn Dövlət Univеrsitеtinin, Nахçıvаn Müəllimlər İnstitutunun və Nахçıvаn Dövlət Tехniki Kоllеcinin bir qrup tələbəsinin Mülki müdаfiə аlаyındа şəхsi hеyətlə görüşü təşkil еdilmiş, gənclər hərbi hissənin imkаnlаrı və sоsiаl-məişət şərаiti ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Ölkənin qüdrəti ordusunun gücü ilə ölçüldüyü kimi, ordunun da potensial imkanları onun silah-sursat arsenalının və döyüş qabiliyyətinin lazımi səviyyədə olması ilə səciyyələndirilir. Günümüzədək dünya tarixində baş verən müharibələri təhlil etsək, görərik ki, qazanılan qələbələrin təməlində heç də təkcə texniki üstünlük əsas olmayıb, uğurun əldə edilməsində döyüş hazırlığı da böyük rol oynayıb. Türk tarixinin şanlı səhifələrindən sayılan Çanaqqala zəfəri bu baxımdan ən gözəl nümunə ola bilər. Həmin vaxt gedən döyüşlərdə qarşı tərəfin texnikası güclü olsa da, türk əsgərinin şücaəti, əzmkarlığı və döyüş qabiliyyəti qalib gəldi. Elə ölkəmiz müstəqillik əldə etdikdən sonra ordumuzun qazandığı qələbələrin, xüsusilə də Aprel döyüşləri və Günnüt əməliyyatının uğurlu alınmasında güclü hərbi texnikamız, məğrur əsgərimizin şücaəti və təlim təcrübəsi həlledici rol oynadı. Əbəs yerə deyilməyib ki, təlimdə tər tökənin müharibədə qanı tökülməz...

Əlahiddə Ümumqoşun Ordunun gücünün, qüdrətinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu istiqamətdə reallaşdırılan işlər sırasında hərbi hissələr üçün yeni binaların tikilməsi, mövcud olanların əsaslı şəkildə yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ön xətdə yerləşən bölmələrin fəaliyyətinin səmərəli təşkili mühüm yer tutur. Həmçinin şəxsi heyətin döyüş qabiliyyətinin artırılması üçün təlim mərkəzləri dünya səviyyəli standartlara uyğunlaşdırılır. Bu işlərin davamı olaraq bu il mart ayının 9-da Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib.

Ardını oxu...

Şərqin qapısıdır, oğuzun yurdu,
Nəsillər qoynunda xaniman qurdu.
Heç vaxt yıxılmadı, ayaqda durdu –
Verdi düşməninə xələl Naxçıvan,
Bahar təravətli, gözəl Naxçıvan!

Ardını oxu...

Ukrayna Respublikasının mega-polis.in.ua saytında Naxçıvanla bağlı “Naxçıvan Azərbaycanın Avropanı xatırladan şəhəridir” başlıqlı geniş məqalə yerləşdirilib. Müəllifi Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Regionda Media və Cəmiyyət” MMC-nin sədri, diaspor.info saytının təsisçisi və baş redaktoru, MDB ölkələri arasında diaspor təşkilatlarının fəaliyyətinin monitorinqini aparan jurnalist Əlmaniz Ələkbərli olan yazı muxtar respublikanın bugünkü inkişafı, tərəqqisi və sosial həyatından bəhs edir. Müəllif yazısında Naxçıvanı Azərbaycanda Avropa şəhərlərini xatırladan bir məkan kimi ukraynalı oxuculara təqdim edir. O vurğulayır ki, Naxçıvanda olan təmizlik və səliqə-sahman Avropanın İsveçrə, Avstriya, Almaniya kimi ölkələrinin şəhərləri ilə müqayisə edilir. Xidmət infrastrukturu, turizm obyektləri, insanlara, xüsusilə əcnəbi qonaqlara göstərilən diqqət müasir Naxçıvanda həyatın ayrılmaz bir hissəsidir.
Ukrayna dilində geniş oxucu kütləsinə çatdırılan yazıda bütün bunların muxtar respublika rəhbərinin qayğısı və diqqəti ilə ərsəyə gəldiyi bildirilir. Məqalədə Naxçıvanın müasir görüntüləri və yenidən bərpa edilən qədim abidələrinin fotoları da verilib.

“Nuhçıxan” İnformasiya Agentliyi

2019-cu ilin may ayının ilk 15 günü ərzində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilmişdir.
Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Əllə toxunmuş xalçaların reyestr sistemi”nə daxil edilməsi nəzərdə tutulan xalçalara dair məlumatlar haqqında” 2019-cu il 2 may tarixli 57 nömrəli Qərarı qəbul edilmiş, həmin tarixli 56 nömrəli Qərara əsasən “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 sentyabr tarixli 83 nömrəli Qərarında dəyişikliklər edilmişdir.
Həmçinin Nazirlər Kabinetinin 2019-cu il 6 may tarixli 59 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2011-ci il 19 iyul tarixli 71 nömrəli və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 2012-ci il 16 noyabr tarixli 94 nömrəli qərarlarına dəyişikliklər edilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Xəstəxanasında “Anatomiya, fiziologiya və patologiyanın əsasları”, “Farmakoqnoziya botanikanın əsasları ilə” və “Latın dili” dərs vəsait­lərinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov açaraq müstəqillik illərində Naxçıvanda səhiyyənin inkişafı istiqamətində, tibbi kadrların hazırlanması sahəsində görülən işlərdən bəhs edib, bu sahədə yazılan kitabların əhəmiyyətindən danışıb.
Bildirilib ki, son illərdə təhsil sistemində həyata keçirilən islahatlar müasir təhsil sisteminə cavab verən dərsliklərin və metodik vəsaitlərin təminatı zərurətini meydana çıxarıb. Bu baxımdan tibb sahəsi üzrə müasir tələblərə cavab verən elmi ədəbiyyatların hazırlanması qarşıya qoyulan ən mühüm vəzifələrdən biridir. Bu gün təqdimatı keçirilən kitablarla əyani tanış olduqdan sonra əminliklə demək olar ki, həmin vəsaitlər tibbin inkişafına, bu sahə üzrə kadr hazırlığı işinə öz töhfəsini verəcəkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, Ali Məclisin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində muxtar respublikada bütün sahələrdə olduğu kimi, elmin inkişafı sahəsində də mühüm işlər görülür, elm və təhsil müəssisələrinin maddi-texniki bazası inkişaf etdirilir, elektron kitabxanalar qurulur, elmi mühit formalaşdırılır. Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti, təbii sərvətləri və biomühiti ciddi tədqiqat obyektinə çevrilir. Aparılan elmi araşdırmaların ən son nailiyyətlərini əks etdirən kitab və monoqrafiyaların, ensiklo­pediyaların, elmi jurnalların nəşrinə diqqətin artırılması muxtar respublika rəhbərinin elmin inkişafına, ziyalılığa verdiyi dəyərin ifadəsidir. Bununla yanaşı, bu nəşrlərin ictimaiyyətə təqdimatı, oxucu görüşlərinin, kitab müzakirələrinin keçirilməsi muxtar respublikada kitab mədəniyyətinin formalaşması istiqamətində atılan addımlardandır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər aprel ayında da davam etdirilib. Belə ki, muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 18 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 647 müraciətin 127-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 520 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 246-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmiş, fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya
Xidmətinin mətbuat xidməti

Almaniyalı naşir Holger Kretzschmar muxtar respublikada səfərdə olub. Səfər zamanı naşir bir sıra tarixi abidələri, muzeyləri, səhiyyə müəssisələrini ziyarət edib.
Almaniyalı naşirin muxtar respublikaya səfərində məqsəd çap edəcəyi kitablarda Azərbaycana, xüsusilə Naxçıvan Muxtar Respublikasına geniş yer vermək, Avropanın bir çox ölkələrində tanıtmaq və təbliğ etməkdən ibarətdir. Naşir səfəri çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzində, “Azərbaycanın incisi” adlandırılan Ordubadda, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində və digər gəzməli-görməli yerlərdə olub, muxtar respublikanın qədim tarixi, mədəniyyəti, adət-ənənələri haqqında məlumatlar əldə edib, fotoşəkillər çəkib.
Holger Kretzschmar təəssüratlarını bölüşərək Naxçıvana gəlməyindən məmnunluğunu, bu yerlərin təbiətindən, zəngin mədəni irsindən, tarixi abidələrindən təsirləndiyini və heyran qaldığını bildirib. O, Naxçıvanla bağlı çap edilməsi planlaşdırılan kitabların bu ilin sentyabr, oktyabr və noyabr ayları ərzində hazırlanaraq mağazalara təqdim olunacağını xəbər verib.

“Nuhçıxan” İnformasiya Agentliyi

Ölkəmizin, o cümlədən qədim diyarımızın inkişafı, yüksəlişi üçün daim çalışan ümummilli liderimiz Heydər Əliyev xalqı və dövləti qarşısındakı müqayisəolunmaz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf strategiyasının müəllifidir. Məhz həmin strategiyanın muxtar respublikamızda vətənpərvərliklə davam etdirilməsinin nəticəsidir ki, bu gün özünün sosial-iqtisadi inkişaf dövrünü yaşayan, günü-gündən çiçəklənən qədim diyarımız beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb, belə mühüm tədbirlərin reallaşdırılmasında hər kəsin rəğbətlə ifadə etdiyi inkişafın Naxçıvan nümunəsini yaradıb.

Ardını oxu...

Naxçıvan Qarnizonu qoşunlarında aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək yurdumuzun müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.

Ardını oxu...

Tarixdən gələn səslər və ya muxtariyyətəqədərki dövrə ümumi baxış

Naxçıvan Muxtar Respublikasının qədim Ordubad şəhərinə səfər edən amerikalı jurnalist və tədqiqatçı Peter Tase yazır: “Ordubadın gözəl mənzərəsi var. İnsanları çox qonaqpərvər və istiqanlıdır. Gözəl mənzərələr və müasir infrastruktur turistlərin diqqətini cəlb edir. Ordubad şəhərində yaradılmış infrastruktur, həqiqətən də, Qərbi Avropanın şəhərlərindəki kimidir. Tarixən strateji yer hesab olunan Ordubada səfər edən turist və tədqiqatçılara buranın qədim mədəniyyətini tanıtmaq imkanı vardır. Ordubad şəhərində XVI əsrə aid olan bazarın yanında hazırda muzey kimi fəaliyyət göstərən tarixi Qeysəriyyə binası yerləşir. Tarixən bu regionda 3 belə Qeysəriyyə binası olub. Digər iki Qeysəriyyə binaları Səmərqənd və Təbrizdədir.

Bu gün valehedici Ordubad şəhəri Şərq aləminin canlı muzeyi hesab olunur. Avropa və Asiya arasında coğrafi və etnoqrafik əlaqəni təmin edən şəhər öz tarixini və ənənələrini qoruyaraq nəsildən-nəslə ötürür”.
Tarixi minilliklərə sığmayan, hər daşında, qayasında ulu babalarımızın izləri yaşayan doğma Odlar yurdumuzun xəritəsində kiçik bir yer tutur Ordubad – Naxçıvan adlı sevgimin, doğulub boya-başa çatdığım yurdun bir parçası.
Kiçik Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Qapıcığı, həmçinin Böyük Soyuğu, Təkə qalasını, Salabin təpəsini qoynuna alan yurd yeri ecazkar Ordubad.

Ardını oxu...

Artıq 9 ildir ki, Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunan Beynəlxalq Şahmat festivalları keçirilir. 9 ildir ki, qoca Şərqin Naxçıvanı öz qapılarını 10-dan artıq ölkənin yüzlərlə şahmatçılarına, eləcə də qonaqlarına açır. 9 ildir ki, 10-dan artıq ölkənin mətbuat və televiziyası Naxçıvanda baş tutan bu festivallardan yazır, yayımlayır. Festival başa çatır, Naxçıvan təəssüratları isə bitmir, tükənmir. 9 ildir ki, 10-dan artıq ölkənin yüzlərlə ailəsi öz övladını Naxçıvana yolçu edir. Yüzlərlə ailədə Naxçıvandan söhbət açılır. Yüzlərlə uşaq, gənc, orta, ahılyaşlı insan öz yaşıdlarına, “Naxçıvana gedirəm”, – deyir, sosial şəbəkələrdə “Naxçıvana Beynəlxalq Şahmat Festivalına yollanıram” cümləsilə paylaşımlar edir. Yüzlərlə şahmatçının ata-anası, baba-nənəsi, yaxın qohumları festivalı izləmək üçün onlarla birlikdə Naxçıvana gəlir. Və gələnlərin hər biri “Yolçuluq Naxçıvanadır”, – deyir. Builki festivala 14 ölkədən 356 şahmatçı gəldi. Deməli, 14 ölkədə Naxçıvandan danışıldı, 356 ailədə Naxçıvandan söhbət açıldı. Və Naxçıvan yenə də 356 şahmatçını və yüzlərlə digər qonağı layiqincə qarşılayıb, yola saldı.

Ardını oxu...

Şərur rayonu

Ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyə gəldiyi 1969-cu ildə respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində idi. Qısa vaxtda dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada yaranmış sosial-iqtisadi durum hərtərəfli təhlil olundu, geriliyin səbəbləri aşkara çıxarılaraq aradan qaldırıldı. 

Görkəmli dövlət xadiminin yorulmaz, məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi tədbirlər nəticəsində respublikamız, o cümlədən Naxçıvan Muxtar Respublikası da yüksəliş və tərəqqi dövrünə qədəm qoydu.
Həmin illərdə Şərur rayonunda geniş üzüm plantasiyaları və meyvə bağları salınıb, istehsal olunan məhsulun ilkin emalı üçün 6 şərab zavodu, o vaxtadək keçmiş SSRİ-də analoqu olmayan konserv, yağ-pendir zavodları tikilib, dəmir-beton kon­struksiyaları, qum-çınqıl emalı müəssisələri, radiozavod, asfaltzavod işə salınıb. Arpaçay Su Anbarının və bu anbardan qidalanan sağ və sol sahil kanallarının istismara verilməsi ilə 40 min hektardan artıq torpaq sahəsinə yeni həyat verilib.
Muxtar respublikamızda ulu öndərin quruculuq siyasətinin ehtiramla və uğurla davam etdirilməsinin nəticəsidir ki, son 25 ilə yaxın bir dövrdə Şərur müasir Azərbaycan rayonuna çevrilib. Hər il bölgədə genişmiqyaslı quruculuq tədbirlərinin aparılması rayonun ayrılmaz həyat ritminə çevrilib.

Ardını oxu...

Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı gənclərdir.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində gənclərə daim qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bu barədə demişdir ki, gənclərimiz milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, onu sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik.
Azərbaycan gəncliyi dünyanı heyrətə gətirməyi bacaran gənclikdir. Onun sədası sərhədlər aşır, ölkələr dolaşır. Əfsanəvi Mübariz İbrahimov bir anda nəinki öz adını, həm də Azərbaycanın adını tarixə yazdı. Birinci Avropa oyunlarında Vətənimin himni dəfələrlə səsləndirildi, bayrağı qaldırıldı, səmada dalğalandı. Bütün bunların müəllifi Azərbaycan gəncliyidir.
Tarixdən də şahidi olmuşuq ki, istər müstəqillik əldə etmək istəyəndə, istər torpaqlarımızın müdafiəsində, istərsə də ölkəmizin ölkə­lər arasında idman, təhsil, musiqi sahələrində tanınmasında gənc­lərimizin rolu əvəzsiz və danılmazdır. Bu gün Azərbaycan gəncliyi hər bir sahədə öz sözünü deməyi bacarır. Buna biz hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda şahid olduq. O zaman gənclərimiz Şərqdə ilk dəfə demokratik respublikanın yaranmasına nail oldular. Mübariz gənclərimiz öz adlarını Azərbaycan tarixinə sala bildilər. Sonralar biz bunu 71 il Sovet hakimiyyətinin əsarəti altında qalan, lakin əzilməyən xalqımızın yenidən müstəqil Azərbaycan yaratmaq istəyində də gördük. 20 Yanvar hadisələrində qorxmadan, çəkinmədən düşmənin tankı altında, gülləsi qabağında öz canından keçən məgər Azərbaycan gəncliyi deyildimi? Azərbaycan gəncliyi bir daha şanlı tarixə öz adını həkk etdirdi.

Ardını oxu...

Özünü dünya arenasında şahmat məkanı kimi tanıtmaqda olan Naxçıvan Muxtar Respublikasında daha bir Beynəlxalq Şahmat Festivalı uğurla başa çatdı. Yüksək təşkilatçılığı, əhatə dairəsi, əlamətdar tarixi təqvimi, gərgin və peşəkar mübarizələri ilə tarixiləşən bu festival iştirakçıların hafizəsinə unudulmaz təəssüratlarla yazıldı. Onlardan aldığımız son müsahibələri təqdim edirik. 

Türkiyəli FİDE ustası Emirhan Tarlabaşı: – Əvvəllər bir sıra yarışlarda iştirak etsəm də, Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat Festivalına ilk dəfədir, qatılırdım. Böyük qürurla deyə bilərəm ki, festival yüksək səviyyədə təşkil olunmuşdu, oyunlar rəngarəng və maraqlı keçdi. Burada dünyanın bir sıra ölkələrinin beynəlxalq qrossmeysterləri, FİDE ustaları iştirak etdiyindən böyük yarış təcrübəsi qazana bildim. Mən “A” qrupunda mübarizə apardım. Düzdür, ilk görüşlərdə ürəkaçan nəticə əldə etməsəm də, son oyunlar mənim üçün uğurlu oldu.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun fərdi yaradıcılıq sərgisi keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan incəsənətinin, bütövlükdə, mədəniyyətimizin rifahı naminə səmərəli işlər həyata keçirib. İncəsənət bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək Səyyad Bayramovun Naxçıvan teatrında, muxtar respublikada rəsm sənətinin inkişafında göstərdiyi xidmətlərindən danışıb.
Diqqətə çatdırılıb ki, 40-a yaxın tamaşaya tərtibat verən, rəssamlıq sənətinin digər janrlarında da uğurlu nümunələr yaradan, gənc rəssam kadrların yetişməsində yaxından iştirak edən Səyyad Bayramovun yaradıcı­lığı və əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalına yekun vurulub. Festivalda 14 ölkəni – Ukrayna, Belarus, Belçika, ABŞ, İran, Hindistan, Latviya, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Azərbaycanı təmsil edən 356 şahmatçı mübarizə aparıb. Zəka sahibləri “A”, “B” və “C” qruplarında iştirak ediblər. 

Dünən Naxçıvan şəhərindəki Şahmat Mərkəzində festivalın qaliblərinin mükafatlandırma mərasimi olub. Tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.
Sonra mükafatlandırma mərasimi başlayıb. İlk olaraq “C” qrupunda yaş qrupları üzrə qaliblər mükafatlandırılıb. Belə ki, 8, 10 və 12 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Turan Mirzəyev (Naxçıvan), Nazar Talgatov (Qazaxıstan), İlqar Məmmədov (Rusiya), qızların mübarizəsində isə Məryəm Abbaszadə (Bakı), Lalə Hüseynova (Bakı) və Bayram Banu (Bakı) qalib adını qazanıblar. Ümumilikdə, “C” qrupunun qalibi 8 xalla İlqar Məmmədov olub.
“B” qrupunda Elxan Bayramov (2158) son görüşdə qələbə qazanaraq 8,5 xalla qrupda qalib olub. Atilla Eynullayev (2175) 7,5 xalla ikinci, Amil Abbasov (2215), Şahin Hüseynov (2189) və Elvin Bayramov 7 xalla 3-5-ci yerləri bölüşüblər.
“A” qrupunun lideri amerikalı qrossmeyster Timur Qarayevin (2560) isə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə görüşü heç-heçə nəticələnib.

Ardını oxu...

Tarixi proseslərə nəzər saldıqda bir daha aydın olur ki, ictimai-siyasi formasiyalarda məhz xarizmatik liderlər məsuliyyəti öz üzərlərinə götürərək xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da özlərinə əbədiyaşarlıq qazanırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir – zamanın ən sərt sınaqlarından çıxmış bu insanlar bütün bir milləti, ölkəni fırtınalardan, bəlalardan, fəlakətlərdən xilas edir, onu işıqlı gələcəyə aparır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.

Xalqımızın müstəqillik arzusunu gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan ulu öndərimiz həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət özünün şah əsəri olan müstəqil Azərbaycan Respublikasını yaratmışdır.
Ümummilli liderimiz siyasi müdriklik və düha ilə hələ totalitar sovet rejimi dövründə Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmış, sonralar isə ilk tarixi fürsətdə elə özü də bu mühüm siyasi konsepsiyanı həyata keçirmişdir. Düz 35 illik bir epoxanın aparıcı şəxsiyyəti, nəhəng siması olan dahi öndərin böyük siyasətdə qət etdiyi çətin və şərəfli yol, siyasi iradə və obyektiv mövqe, atdığı qətiyyətli addımlar, Azərbaycan xalqı və dövlətçiliyinə bəxş etdiyi töhfələr əsl məktəbdir. Heydər Əliyev siyasi məktəbi...

Ardını oxu...

Şərur rayonu 

Faşizm üzərində tarixi qələbənin 74-cü ildönümü Şərur rayonunda bu il də geniş qeyd edilib. Tədbirin iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə Şərur şəhərində ucaldılan abidəni ziyarət edib, abidə önünə tər çiçəklər ­düzüblər.
Tədbir Şərur Olimpiya İdman Kompleksində davam edib. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək faşizm üzərində qələbənin qazanılmasında azərbaycanlıların göstərdikləri misilsiz igidlik və qəhrəmanlıqları, respublikamızın bu dəhşətli müharibədə təkcə canlı qüvvə ilə deyil, təbii resursları ilə də iştirak etdiyini nəzərə çatdıraraq bildirib ki, Bakı neftinin faşizmin məhv edilməsində böyük rolu olub.
Vurğulanıb ki, İkinci Dünya müharibəsində 4 min 7 şərurlu iştirak edib, onlardan yalnız 2 min 218-i geri qayıdıb. Bu gün rayonda 5 İkinci Dünya müharibəsi veteranı, 178 nəfər həlak olmuş və sonradan vəfat etmiş müharibə veteranlarının dul arvadları və arxa cəbhə veteranı vardır.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan­-2019” Beynəlxalq Şahmat Festivalında iştirak edən zəka sahiblərinin gərgin və inadlı mübarizəsi davam edir. Onlardan aldığımız növbəti müsahibələri sizə təqdim edirik.
Nicat Abasov – azərbaycanlı qrossmeyster: – Artıq beşinci dəfədir ki, Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalında iştirak edirəm. Təşkilatçılıq çox yüksək səviyyədədir. Deyərdim ki, Avropada keçirilən çox yarışlardan yaxşı təşkil olunub. Naxçıvan şəhərinin isə ayrı bir özəlliyi var: şəhər təmiz, gözəl və sakitdir. Azərbaycanın digər guşələrindən çox seçilir. Təbii ki, şəhərin özünəməxsusluğu var.
Şahmatçılar bu turnirə sevə-sevə gəlirlər ki, mən də onların sırasındayam. Bu festivalın təqvimdə xüsusi bir yeri var. Blits-turnirə gəlincə, çox maraqlı və gərgin yarış keçdi. Son tura qədər kimin qalib gələcəyi məlum deyildi. Sonda şans mənim tərəfimdə oldu və blits-turnirin çempionu adını qazandım.
Tornike Sanikidze – gürcüstanlı qrossmeyster: – Düzdür, əvvəllər ölkənizdə bir dəfə olmuşam, lakin Naxçıvana ilk səfərimdir. Turnir barədə digər həmkarlarımdan məlumat aldım və qatılmağa qərar verdim. Etiraf edək ki, festivalda güclü şahmatçılar mübarizə aparır. Bu, bizim üçün əlavə stimuldur, çünki rəqiblərin güclü olması turnirin səviyyəsindən xəbər verir. Təşkilatçılıq yüksək səviyyədədir. Şəhərin sakit olması isə şahmat oynamaq üçün əlverişlidir. Deyə bilərəm ki, cəmi bir həftə ərzində burada olsam da, Naxçıvanı çox sevdim.
Zaur Qasanov – rusiyalı FİDE ustası: – Naxçıvana ikinci səfərimdir. İlk dəfə qardaşımı müalicə məqsədilə Duzdağ Fizioterapiya Mərkəzinə gətirmişdik. Deyim ki, möcüzəvi duz mağarasındakı müalicənin güclü effektiv təsirini gördük. İndi isə festivalda iştirak etmək üçün Rusiyanın Novorossiysk şəhərindən anamla bura gəlmişəm. Turnir barədə onu deyə bilərəm ki, burada çox güclü şahmatçılar mübarizə aparır. Hər oyun turnir cədvəlindəki mövqeyi dəyişə bilər. Odur ki, hər bir görüşə yaxşı hazırlaşıram. Naxçıvan şəhəri gözəl və sakitdir. Təşkilatçılıq isə mükəmməldir.

 Ceyhun MƏMMƏDOV

May ayının 9-da faşizm üzərində qələbənin 74-cü ildönümü tamam olur. 1941-1945-ci illərdə azərbaycanlı çağırışçı və könüllülərdən ibarət atıcı diviziyalar sırasında olan naxçıvanlılar da müharibədə qəhrəmancasına döyüşüb, qələbənin qazanılmasına öz töhfələrini veriblər. 193-cü atıcı diviziyada xidmət etmiş Hökumət Eyvazov da həmin illərdə Orconikidzedən Berlinədək şərəfli döyüş yolu keçib. Onun döyüş şücaəti haqqında daha ətraflı məlumat almaq üçün oğlu Qasım Eyvazovla həmsöhbət olduq. Onun dediklərindən:
– Atam Şahbuz rayonunun Keçili kəndində dünyaya göz açıb. 1939-cu ilin noyabrında öz ərizəsinə əsasən hərbi xidmətə yollanıb, Orconikidze şəhərində atıcı polkunda xidmət etməyə başlayıb. Atam hərbi təhsil almaq üçün oradan Bakı polk məktəbinə göndərilib. O, polk məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) 1940-cı ilin oktyabr ayınadək oxuyub, serjant rütbəsi alaraq 193-cü atıcı diviziyasının 883-cü polkuna qayıdıb. O, 1944-cü ilin sentyabr ayınadək həmin polkda bölmə komandiri işləyib. Orconikidzedən Berlinədək döyüş yolu keçən atam alman faşist işğalçılarına qarşı mübarizədə misilsiz qəhrəmanlıq göstərib. O, müharibənin əvvəllərində yaralandığına görə döyüş meydanından müvəqqəti olaraq uzaqlaşdırılıb. Uzun müddət müalicə olunduqdan sonra könüllü olaraq yenidən ön cəbhəyə qayıdıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirdən əvvəl nümayəndəliyin kollektivi Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.
Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Ulu öndərin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran Bəxtiyar Əsgərov Onun dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik dövlət xadimi olduğunu vurğulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri olub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Azərbaycanın azad, ədalətli, demokratik, siyasi plüralizmin hökm sürdüyü, vətəndaş cəmiyyətinə malik bir ölkə kimi formalaşmasında ümummilli liderin əvəzsiz xidmətləri vardır. Görkəmli dövlət xadimi Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını işləyib hazırlayıb, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimin – Azərbaycançılıq ideologiyasının da əsasını qoyub. Bu mənada, Azərbaycançılıq Heydər Əliyev siyasi kursunun ana xəttidir.
İsmayıl Hacıyev vurğulayıb ki, ulu öndər həyatı boyu, Azərbaycana rəhbərliyinin bütün dövrlərində daim Vətəninin, xalqının gələcəyini düşünüb, ölkəmizin, o cümlədən Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni problemləri ilə yaxından maraqlanıb, muxtar respublikanın hərtərəfli inkişafı üçün zəruri addımlar atıbdır. Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin firavan gələcəyinin təmin edilməsində ümummilli liderin müstəqil dövlətçilik təliminin müddəalarını əsas götürməsi Azərbaycanın gündən-günə daha da güclənməsində, beynəlxalq arenada özünə layiqli yer tutmasında əhəmiyyətli rol oynayır.
Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, dosentlərdən İlhami Əliyevin, Toğrul Xəlilovun, Zeynəb Quliyevanın, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun məruzələri dinlənilib.

 Güntac ŞAHMƏMMƏDLİ

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Qarnizonunun şəxsi heyəti ilə alman faşizmi üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə İkinci Dünya müharibəsində həlak olan soydaşlarımızın, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov tədbirin məqsəd və mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Ardını oxu...

Üstündən 74 il ötsə də, ağrıları hələ də yaşanan 1941-1945-ci illər müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən ağırı, ən dəhşətlisi olub. Milyonlarla insanın həyatına son qoyulduğu, yaralandığı və əsir düşdüyü bu müharibədə 600 mindən çox azərbaycanlı qəhrəmanlıqla vuruşmuşdur. Onlardan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdı. Azərbaycanlılar əlavə beş milli – 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyaları formalaşdırmışdılar. Minlərlə azərbaycanlı müharibənin başlandığı ilk gündən döyüş cəbhəsinə yollanmışdı. Arxa cəbhədə qalan yaşlı kişi və qadınlar isə döyüşə gedənləri əvəz edirdilər. Müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədəki fədakarlıqları bu gün fəxarətlə xatırlanır. Çünki faşizmə qarşı mübarizədə ön cəbhələrdə fəallıq göstərən, sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayıdan həmyerlilərimiz bizim üçün qürur və iftixar mənbəyidir.

Ardını oxu...

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən və müvafiq müşayiətedici sənədləri olmadığından saxlanılan mallar aidiyyəti qurumlara təhvil verilib.
Belə ki, Əlahiddə Ümumqoşun Ordunun və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib. Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış 1600 kiloqram yuyucu toz, 400 kiloqram ərp əleyhinə təmizləyici, 140 kiloqram əl sabunu və ümumi çəkisi 100 kiloqram olan digər təmizlik vasitələri, o cümlədən 150 litr zeytun yağı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar isə 1100 kiloqram yuyucu toz, 280 kiloqram ərp əleyhinə təmizləyici, 80 kiloqram əl sabunu və ümumi çəkisi 75 kiloqram olan digər təmizlik vasitələri, həmçinin 100 litr zeytun yağından ibarət olub.
Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

Azərbaycanın dilbər guşəsi Qarabağın baş tacı, dağlar gözəli olan Şuşa 27 il bundan əvvəl – 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib. 25 min nəfərədək azərbaycanlının yaşadığı bu şəhər mayın 8-nə keçən gecə təcavüzkar erməni silahlı birləşmələrinin intensiv artilleriya atəşinə məruz qalıb. Qəhrəman döyüşçülərimizin inadlı müqavimətinə baxmayaraq, ermənilər keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə Şuşa şəhərini işğal ediblər. 

Bu yurd yeri qədim Azərbaycanın milli musiqisinin beşiyi sayılır. Gözəlliyi ilə gözoxşayan əsrarəngiz Şuşa şəhəri Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumlarından qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şişuclu dağlar əhatəsində yerləşən Pənah­abad əvvəllər “Şişə”, sonralar isə “Şuşa” adlandırılıb.
Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər Şuşa şəhəri Qarabağ xanlığının iqamətgahı və xanlığın inzibati mərkəzi olub. Rusiyaya güclü Qarabağ xanlığı sərf etmirdi və çar məmurları xanlığı zəiflətmək üçün hər cür vasitəyə əl atırdılar. Yeganə çıxış yolunu isə Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, Şuşaya ermənilərin köçürülməsində görürdülər. Ermənilərin xislətinə və psixologiyasına yaxşı bələd olan, onlardan gələcəkdə də özlərinin geosiyasi maraqları üçün istifadə etmək məqsədilə çar Rusiyası Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa erməni ailələri köçürməyə başlayır. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 91 faizini təşkil edirdisə, köçürmə siyasəti nəticəsində bu, 64,8 faizə enmişdi.

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələr üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair tədbir keçirilib.
Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ulu öndərimizin təhsilin inkişafı sahəsindəki misilsiz xidmətlərindən danışıb. O bildirib ki, bu gün uğurla həyata keçirilən təhsil siyasəti tədrisin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin pedaqoji ustalığının artmasına və tələbələrin mükəmməl təhsil almasına imkan verib. Naxçıvan Dövlət Universitetində ali təhsil alan əcnəbi tələbələrin sayının ilbəil artması da atılan məqsədyönlü addımların bəhrəsidir.
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, mövcud sabitlik, artan sosial-iqtisadi inkişaf nəticəsində muxtar respublikaya miqrasiya axını ilbəil artır.
Vurğulanıb ki, belə tədbirlərin təşkili həm əcnəbi tələbələrin miqrasiya sahəsində maariflənməsinə, öz hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına, həm də muxtar respublikanın turizm potensialının təbliğinə xidmət edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprel ayında fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin tam təmin olunması, dövlət qulluğuna dair qanun­vericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirmişdir. Ötən ay komissiyanın internet portalının (www.dqmk.nmr.az) yeni variantı istifadəyə verilmişdir. Müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün 11 nəfərin iştirakı ilə test imtahanları keçirilmiş, onlardan 5-i müvəffəqiyyət qazanaraq sertifikat əldə etmişdir. Həmçinin dövlət qulluğu, vergi və gömrük orqanlarında xidmətə qəbul, eləcə də müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 169 nəfər iştirak etmiş, 77 nəfərin iştirakı ilə sınaq imtahanları keçirilmişdir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında artıq 6 tur geridə qalıb. Festivalda iştirak edən zəka sahiblərinin fikirlərini öyrəndik.
Qulami Mehdi Orimi – İran: – İlk dəfədir ki, Naxçıvanda keçirilən beynəlxalq turnirdə iştirak edirəm. Digər yarışlarda iranlı şahmatçılar mübarizə aparıb və bu barədə onlardan məlumat almışam. Təşkilatçılıq baxımından bizim rahatlığımız üçün hər cür şərait yaradılıb.
Naxçıvana atamla gəlmişəm. Bura mənə çox doğma gəldi. İnsanların bizə qarşı rəftarı, münasibəti, qonaqpərvərliyi sevindiricidir. Hələ şəhərin gözəlliyi bir başqadır, axşamlar sakit və təmiz şəhərdə gəzmək çox xoşdur. Boş vaxtlarımda atamla şəhəri gəzirik. Ötən günlərdə universitetlərdə olduq, tələbələrlə söhbət etdik. Ora getməyimizin səbəbi isə təhsillə maraqlanmağımızdır. Çünki mənim bacım hazırda İranda tibb üzrə təhsil alır və atam istəyir ki, rezidentura təhsilini burada alsın.

Ardını oxu...

   

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının iştirakçıları Naxçıvan Muxtar Respublika Stadionunda 96 naxçıvanlı məktəbli və azyaşlı şahmatçı üçün seans keçiblər. Əvvəlcə Azərbaycan Şahmat Federasiyasının vitse­-prezidenti, beynəl­xalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov çıxış edərək festivalın təşkilatçılığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov şahmatçılara yarışda uğurlar arzulayıb.
Sonra seansa start verilib. Görüş­də Eltac Səfərli, Qədir Hüseynov, Fərid Abbasov, Zeynəb Məmməd­yarova, Türkan Məmmədyarova, Xanım Balacayeva, Gülnar Məmmədli, Günay Məmmədzadə, Belarus şahmatçıları Aleksey Aleksandrov, Vladislav Kovalyev, Yunanıstan təmsilçisi Kotronias Vasilios və İran İslam Respublikasının zəka sahibi Purramezanali Əmirreza iştirak ediblər.
Görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıblar.

Ceyhun MƏMMƏDOV

  

 

 

 

 

 

 

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən “Naxçıvan Open” beynəlxalq turnirinə yekun vurulub.  

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının iştirakçıları Naxçıvan Muxtar Respublika Stadionunda 96 naxçıvanlı məktəbli və azyaşlı şahmatçı üçün seans keçiblər. Əvvəlcə Azərbaycan Şahmat Federasiyasının vitse­-prezidenti, beynəl­xalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov çıxış edərək festivalın təşkilatçılığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Ardını oxu...

Bakıda görkəmli fırça ustası İbrahim Səfinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçiriləcəyini eşitdiyimdə, sözün düzü, həyəcanlandım. Bu günlərdə qiyabi təhsilimlə əlaqədar paytaxt şəhərimizdə olduğum üçün bu konfransda iştirak etməyi özümə borc bildim. Naxçıvandan kənarda diyarımıza məxsus hər hansısa bir xoşagəlim hadisə insanın qəlbini fərəh və qürur hissi ilə bürüyür. Naxçıvan rəssamlıq məktəbini ölkə hüdudlarından kənarda tanıdan İbrahim Səfi də bizə fəxarət hissləri bəxş edən görkəmli şəxsiyyətlərimizdən biridir. Odur ki, 120 illik yubileyi qeyd olunan görkəmli fırça ustasının zəngin irsinin təbliği məqsədi daşıyan bu konfransda iştirak etmək üçün paytaxtdakı Atatürk Mərkəzinə üz tutdum. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Oxu Akademiyası və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfransda ölkəmizin tanınmış elm və incəsənət nümayəndələri iştirak edirdi.

Konfrans iştirakçıları ilə birlikdə görkəmli rəssamın əsərlərindən ibarət sərgiyə baxdıq. 15-dən çox əsərin nümayiş etdirildiyi sərgidə məxsusi bir gözəllik aurası var idi. Bu əsərlərə baxdıqca düşünürsən ki, həyatın, təbiətin, insanların gözəlliyini tərənnüm edən rəssam qarşısına qoyduğu məqsədə nail olmaq üçün sənətinin ən təsirli ifadə vasitələrindən istifadə edib. Eyni zamanda fransız impressionistlərinin mütərəqqi cəhətlərinə də biganə qalmayıb. “Mənim sənət anlayışım rəssamlıqda gözəllik axtarmaq və gözəllik yaratmaqdan ibarətdir, mən gözəlliyi bəyənirəmsə, başqasına da bunu bəyəndirməyə çalışıram”, – deyən rəssamın, həqiqətən, bunu ustalıqla bacardığının şahidi olursan. Yaratdığı əsərlərin ruhu, rəng koloriti, dinamizmi tamaşaçıya təsirsiz ötüşmür. Bəlkə də, buna görədir ki, sənətşünas ­Süleyman Arisoyun da yazdığı kimi: “İbrahim Səfinin əsərlərini seyr edənlər lirik və ya romantik hisslərə qapılır, həyəcan keçirirlər...”. Və bütün bu nümayiş etdirilən əsərlərə baxdıqca, tədbirdə də səsləndirilən “Bu gün Türkiyənin ən görkəmli şəxsiyyətlərində və kolleksiyonerlərində İbrahim Səfinin əsərinin olması prestij sayılmaqdadır” fikrinin bir daha əbəs yerə deyilmədiyinin şahidi oluram.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli ­Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birgə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərəncamın təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar açdığını vurğulayıb. Rektor universitetdə elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin nəzdində İnnovasiya Mərkəzinin yaradılmasından və fəaliyyətindən danışıb. Bildirib ki, mərkəz innovativ layihələrin üzə çıxarılmasında və peşəkar ekspert qrupları ilə birgə dəyərləndirilməsində yaxından iştirak edəcək.
Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev qeyd edib ki, müvafiq sərəncamın icrası ilə əlaqədar universitetin Sosial idarəetmə və hüquq fakültəsinin ­Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan tələbələr nazirliyin himayəsinə ­verilib.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəl­xalq Şahmat Festivalında artıq 3 tur geridə qalıb. Festivalda iştirak edən zəka sahiblərinin fikir­lərini öyrəndik.
Timur Qarayev – ABŞ-lı qrossmeyster: – Bu, mənim Naxçıvana ilk səfərimdir. Açığı, turnir barədə məlumatlı idim, sadəcə, bəzi məsələlərə görə indiyə kimi iştirak etməmişəm. Ümumiyyətlə, Azərbaycan mənə çox doğmadır, burada mənim dostlarım yaşayır. Amerikada yaşamağıma baxmayaraq, Özbəkistanda doğulub böyümüşəm və şahmatı da məhz orada öyrənmişəm. İlk dəfə olaraq babam mənə 6 yaşımda şahmatın sirlərini öyrətməyə başladı. Atam isə təfəkkür və oyun vərdişinin sevinci, hansı mövqedə necə oynamağı öyrətdi. Deyə bilərəm ki, mənim ilk müəllimlərim onlardır. Atamın və babamın mənə öyrətdiyi ən vacib şey oyunu necə sevməyimdir. Böyüdükcə şahmatın sirli, gözəl bir mühitinə sahib oldum. Şahmat mənim üçün bir zövqdür, burada mən bütün problemlərə meydan oxuyuram.
Beynəlxalq Şahmat Festivalına gəlincə, təşkilatçılıq baxımından yalnız bir söz deyə bilərəm – möhtəşəmdir. Burada dünyanın bir çox tanınmış şahmatçıları mübarizə aparır və onlarla eyni turnirdə oynamaq mənim üçün qürurvericidir. Naxçıvan şəhəri isə öz gözəlliyi və sakitliyi ilə məni valeh etdi. Eyni zamanda mədəniyyətlərimiz bir-birinə çox oxşayır. Deyə bilərəm ki, insanların isti münasibəti, qonaqpərvərliyi və davranışını gördükcə, özümü ölkəmdə hiss edirəm. Digər tərəfdən, hər hansı bir ölkənin dilini öyrənməyi çox sevirəm. Son bir neçə il ərzində bütün səyahətlərimdə həmişə yerli əhali ilə danışmaq üçün səy göstərirəm. Elə Naxçıvanda da bunu edirəm. İnanıram ki, uğurlu başladığım festivalı elə uğurlu nəticə ilə də başa vuracağam.
Türkan Məmmədyarova – azərbaycanlı qrossmeyster: – Naxçıvan mənim üçün doğma bir diyardır. Artıq 9-cu dəfədir ki, Beynəl­xalq Şahmat Festivalında çıxış edirəm. İlk dəfə 2011-ci ildə keçirilən festivalda qadınlar arasında qalib adını qazanmışam. Turnirdə iştirak edənlərin sayı hər il artdıqca, rəqabət də yüksək olur. Cari turnirə heç də yaxşı başlamamışam. Buna baxmayaraq, sonadək mübarizə aparacağam. Bura hər dəfə gəldikdə özümü daha rahat hiss edirəm. Çünki Naxçıvanda insanların səmimiliyini, şəhərin gözəl, təmiz və sakit olmasını sevirəm. Təşkilatçılığa gəlincə, hər şey mükəmməl hazırlanıb və şahmatçıların rahatlığı üçün hər bir şərait yaradılıb. Fürsətdən istifadə edib təşkilatçılara minnətdarlığımı bildirirəm.

Ceyhun MƏMMƏDOV

Milli və dini dəyərlərimizin qorunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn görkəmli dövlət xadiminin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi-­memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi ulu öndərin bir daha islami dəyərlərə diqqətini göstərən parlaq misallardır. Artıq multikultural bir ölkə kimi tanınan Azərbaycanda hər bir dindara dini ayinləri icra etməyə hərtərəfli şərait yaradılıb.

Bu gün ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt muxtar respublikamızda uğurla davam etdirilir. Məhz bunun nəticəsində ötən il Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı olub.
Dini ibadətgahların müasir standartlar əsasında təmir edilməsi, yeni məscidlərin tikilməsi, müqəddəs yerlərə ziyarətlərin təşkili və sair məsələlərin öz həllini yüksək səviyyədə tapdığı muxtar respublikamızda Ramazan ayının islami qaydalara uyğun şəkildə keçirilməsi təmin edilir. Bu ayda iftar süfrələrinin açılması, dindarların bir araya gətirilməsi müqəddəs ayinlərimizin təbliğində mühüm rol oynayır. Bu tədbirlərin paytaxt şəhərimiz Naxçıvanla yanaşı, muxtar respublikanın rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində də təşkili birliyin, xeyirxahlığın, İslam dininə böyük ehtiramın ifadəsi kimi diqqət çəkir.

Ardını oxu...

Mayın 3-də filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi, Almaniyanın Lambert Akademik Nəşriyyat Evində ingilis dilində nəşr olunan “Naxçıvanda mətbuat tarixi” kitabının təqdimatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək demişdir ki, son illər muxtar respublikada bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mətbuat orqanlarına, teleradiolara göstərdiyi hərtərəfli qayğı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Görülən işlər sırasında Naxçıvan mətbuatının tarixi ilə bağlı aparılan araşdırmalar xüsusi yer tutur. Filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin Almaniyada ingilis dilində nəşr olunmuş “Naxçıvanda mətbuat tarixi” kitabı, bu mənada, mühüm dəyərə malikdir.
Qeyd edilib ki, 3 may – Beynəlxalq Mətbuat və Söz Azadlığı Günündə təqdimatı keçirilən, muxtar respublikanın 95 illik yubileyi münasibətilə nəşr olunmuş “Naxçıvanda mətbuat tarixi” kitabında XX əsrin əvvəllərində Naxçıvanda mətbuatın yaranma tarixi, keçdiyi yol, bugünkü inkişaf səviyyəsi geniş işıqlandırılır. Eyni zamanda müstəqillik illərində Naxçıvanda mətbuata göstərilən dövlət qayğısı, güclü maddi-texniki bazanın yaradılması, qanunvericilik bazasının formalaşdırılması ətraflı təhlil olunur. Kitab nəşrə hazırlanarkən müəllif geniş tədqiqat işləri aparmış, 150 müxtəlif ədəbiyyatdan, arxiv materialları və internet saytlarından istifadə etmişdir. Kitab təkcə Naxçıvan mətbuatının deyil, həm də, ümumilikdə, muxtar respublika ədəbi-ictimai fikrinin və elmi mühitinin salnaməsi kimi böyük oxucu marağı cəlb edir.

Ardını oxu...

1993-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə mayın 3-ü “Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü” elan edilib.
Azərbaycanda söz, fikir və mətbuat azadlığına ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olunub. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-­texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Ümummilli liderin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzura ləğv edilmiş, mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilmişdir. Dahi şəxsiyyətin əsasını qoyduğu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır.

Ardını oxu...

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının iştirakçıları və ailə üzvləri Naxçıvan şəhərinin mədəniyyət müəssisələri ilə tanış olublar. Heydər Əliyev Sarayı, Naxçıvan Dövlət Rəsm Qalereyası, Azərbaycan Miniatür Kitab Muzeyinin Naxçıvan filialı, Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq onlarda xoş təəssürat yaradıb.
Qonaqlardan bir neçəsi Beynəlxalq Şahmat Festivalı, eləcə də qədim diyar haqqında təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
Reza İbrahimi – İran İslam Respublikası: – Artıq 3 ildir ki, Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat Festivalında iştirak edirəm. İlbəil bu festivala maraq, eləcə də oyunlardakı rəqabət hissi, mübarizə əzmi daha da yüksəlir. Mən “B” qrupunda mübarizəyə başlamışam və bu dəfə yaxşı nəticə göstərəcəyimə inanıram. İdman oyunları elədir ki, burada udmaq da var, uduzmaq da. Əsas olan odur ki, uduzanda da ruhdan düşməyib öz səhvlərini tapıb aradan qaldırasan. Bax, o zaman qələbə də səninlə olacaq. İstənilən halda mənim üçün bu festivalda iştirak qalibiyyətə bərabərdir. Çünki Naxçıvanda keçirilən bu idman bayramı mənə digər ölkə şahmatçıları ilə ünsiyyət qurmağa, fikir­lərimi bölüşməyə şərait yaradır.
Onu da deyə bilərəm ki, ilbəil naxçıvanlı gənc şahmatçıların uğurlarının çoxalması da diqqətimdən yayınmır. Fikrimcə, burada idmana, xüsusilə də şahmata böyük diqqət göstərilir və nəticə də gözlər önündədir.
Bura hər dəfə gəlişimdə qədim diyarın gəzməli-görməli yerlərinə də səyahət etməyi çox xoşlayıram. Budəfəki gəlişimdə ailəmi də özümlə bərabər gətirdim ki, onlar da bu heyrətamiz məkanı doyunca seyr edib, gözəlliklərdən zövq alsınlar. Fürsətdən istifadə edib təşkilatçılara da öz minnətdarlığımı bildirirəm.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR