23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələr üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair tədbir keçirilib.
Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ulu öndərimizin təhsilin inkişafı sahəsindəki misilsiz xidmətlərindən danışıb. O bildirib ki, bu gün uğurla həyata keçirilən təhsil siyasəti tədrisin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin pedaqoji ustalığının artmasına və tələbələrin mükəmməl təhsil almasına imkan verib. Naxçıvan Dövlət Universitetində ali təhsil alan əcnəbi tələbələrin sayının ilbəil artması da atılan məqsədyönlü addımların bəhrəsidir.
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, mövcud sabitlik, artan sosial-iqtisadi inkişaf nəticəsində muxtar respublikaya miqrasiya axını ilbəil artır.
Vurğulanıb ki, belə tədbirlərin təşkili həm əcnəbi tələbələrin miqrasiya sahəsində maariflənməsinə, öz hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına, həm də muxtar respublikanın turizm potensialının təbliğinə xidmət edir.

Xidmətin baş inspektoru Elnur Zellabdinov çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olması və yaşaması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
“Miqrasiya sahəsində qanun­vericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət” mövzusunda xidmətin baş inspektoru Vəli Quliyev çıxış edib.
Universitetin Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə tələbəsi Joseph Okpamen Dövlət Miqrasiya Xidmətinin onlar üçün yaratdığı şəraitdən danışıb, təşkil olunan maarifləndirmə tədbirlərinə və sənədləşdirmə işlərində göstərdikləri xidmətə görə minnətdarlığını bildirib.
Diskussiya şəklində davam edən tədbirdə əcnəbi tələbələrə maarifləndirici bukletlər təqdim olunub, müvafiq müraciətlər qəbul edilib. Həmçinin Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq olub.
Sonra əcnəbi tələbələrin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil edilib. Mərkəzdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mini-futbol yarışı keçirilib. 4 komandanın iştirak etdiyi yarışda “Stomatologiya” komandası I, “Dünya iqtisadiyyatı” komandası II, “Əczaçılıq” komandası III yerə layiq görülüblər. Sonda qaliblərə qiymətli hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR