23 Dekabr 2024, Bazar ertəsi

2019-cu il 13-18 may tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test Mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilib.
İmtahan müəllimlərin bilik və bacarıqlarının test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması və maddi rifahının yaxşılaşdırılması məqsədilə aparılıb. Müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılacaqdır.
Test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim edib, onlardan 109-u test imtahanında iştirak edib və 85 müəllim keçid balını toplayıb. İmtahanda iştirakçılara müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya və kommunikasiya texnologiyaları üzrə 15 test tapşırığı olmaqla, ümumilikdə, 80 sual təqdim edilib, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilib. Test tapşırıqlarının ən azı 30 faizini (24 bal) düzgün cavablandırmış şəxslər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.

Test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana biliblər. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Nəticələr gündə­lik olaraq komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) ­yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR