23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi başlayıb.
Həyəcan siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarəetmə sistemləri vasitəsilə idarə olunması praktiki həyata keçirilir. Üçpilləli komanda- qərargah təlimi iki mərhələdə icra olunur.
Təlim fevralın 23-dək davam edəcək.

Nəriman NƏCƏFOV

Fevralın 18-də Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Ardını oxu...

Pakistanda ingilis dilində nəşr edilən “Daily Times” qəzetində filo­logiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyevanın “Cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası” adlı məqaləsi dərc edilib.

Məqalədə Naxçıvan Muxtar Respublikası bəşər tarixində blokada şəraitində böyük iqtisadi, mədəni, təhsil və digər sahələrdə inkişafa nail olan, son onilliklərdə özünün intibah dövrünü yaşayan yeganə diyar kimi göstərilir. Müəllif 1995-ci ildən etibarən muxtar respublikada inkişaf və intibahın geniş vüsət aldığını xüsusi vurğulamaqla bərabər, 1995-2018-ci illərdə burada bütün sahələrdə böyük nailiyyətlər əldə olunduğu qeyd edir. Göstərilir ki, beş min ildən artıq tarixi yaşı olan Naxçıvanda son 23 il ərzində qazanılan uğur və nailiyyətlər muxtar respublika rəhbərinin Vətənə, xalqa və millətə təmənnasız sevgisi və tükənməz enerjisinin sayəsində əldə edilib.
Məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Vətənə məhəbbət olarsa, çətin iqtisadi şəraitdə belə böyük uğurların qazanılmasının mümkünlüyü” fikri önə çəkilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun hələ 1996-cı ildə keçirilən iclaslardan birində söylədiyi “Blokada inkişafa maneə ola bilməz” fikrinin real nəticə verdiyi, son illər həyata keçirilən geniş qurucu­luq və abadlıq işləri aparılan doğru siyasətin, düzgün idarəçiliyin və Vətənə sonsuz məhəbbətin bəhrəsi kimi təqdim edilir. Müəllif yazır: “Naxçıvanda böyük səylə quruculuq işləri həyata keçirilir, yollar və körpülər tikilir, yeni istehsal sahələri yaradılır, məktəblər, xəstəxanalar, idman kompleksləri, kənd və xidmət mərkəzləri inşa edilir, yaşayış evləri yenidən tikilir, qaz, elektrik və su təchizatı yaxşılaşdırılır. Bu diyarın parlaq gələcəyi naminə görülən işlər bizim bu gün mahiyyətini dərk edə bilməyəcəyimiz qədər böyükdür”.

Ardını oxu...

Yanvar ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər və idman sahəsində tədbirlər davam etdirilmişdir. Gənclərdə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələrinin hazırladığı vətənpərvərlik mövzusunda tamaşa nümayiş etdirilmiş, gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuş, Naxçıvan şəhər 3 nömrəli uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarının 5-6 yaşlı uşaqları arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu, gənc dövlət qulluqçuları arasında fərdi “Xəmsə” intellektual oyunu, gənclərdə ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi məqsədilə “Bir ovuc sevgi” devizi altında tədbir keçirilmişdir.

Ardını oxu...

Rayonda yeniləşmə ruhu hakimdir, insanlar sabahlarının bu gündən
daha yaxşı olması üçün qüvvələrini əsirgəmirlər

 Naxçıvan Muxtar Respublikasının hərtərəfli tərəqqisini özündə əks etdirən, inkişaf və quruculuğun daha bir ünvanı olan Şərur bu gün yüksəlişinin yeni mərhələsindədir. Son illərdə rayonun siması xeyli dəyişib, çoxsaylı sosial obyektlər, xidmət şəbəkələri, irili-xırdalı istehsal və emal müəssisələri fəaliyyətə başlayıb, yollar, körpülər salınıb, meliorasiya qurğuları istismara verilib. 

İcrasına xüsusi diqqət və tələbkarlıqla yanaşılan və sosial-iqtisadi inkişafı nəzərdə tutan dövlət pro­qramlarının uğurla həyata keçirilməsi nəticəsində bütün bölgələr kimi, Şərurda da yeniləşmə ruhu hakimdir, insanlar böyük həvəslə qurub-­yaratmaq, abadlaşdırmaq istəyirlər, sabahlarının bu gündən daha yaxşı olması üçün qüvvələrini əsirgəmirlər. Ümumiyyətlə, muxtar respublikamızda iqtisadi potensialın hərtərəfli inkişafının təmin edilməsi, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, əhalinin məşğulluq səviyyəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu qədim bölgəni də ağuşuna alıb.

Ardını oxu...

95 illiyini qeyd edən muxtar respublikamız ötən ay da yeni-yeni uğurlar əldə etdi

Muxtariyyətinin 95 illiyini böyük nailiyyətlərlə qeyd edən Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu vətənpərvərliklə davam etdirilir. “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”, – deyən dahi şəxsiyyətin bütün tövsiyələri qədim diyarda daim əldə rəhbər tutulur, sosial-iqtisadi inkişaf konsepsiyası uğurla həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulu, namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən tədbirlər cari ilin yanvar ayında da davam etdirilmişdir.
2019-cu il 7-21 yanvar tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsi keçirilmişdir. Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim etmiş, onlardan 570-i test imtahanında iştirak etmişdir. Test imtahanlarında 257 nəfər keçid balını toplamış və müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Ardını oxu...

Çoxmillətli, beynəlxalq səviyyəli qış təlimində çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək hərbi qulluqçularımızın Türkiyə Respublikasında beynəlxalq qış təliminə hazırlıq məşqləri davam edir.
28 ölkənin iştirak etdiyi qış təliminə hazırlıq məşqlərində ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini məşq edirlər. Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyəsi həyata keçirilir.
Türkiyə Respublikasının Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandolarımız ən çətin tapşırıqları praktik yerinə yetirirlər.

Nəriman Nəcəfov

Bu gün hamımız təsdiq edərik ki, muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqət və ehtiramın, Onun müəyyənləşdirdiyi yola inamın nəticəsi kimi diyarımızda siyasi və makroiqtisadi sabitliyə tam nail olunub, iqtisadiyyatın bütün sahələrində aparılan köklü islahatlar bəhrələrini verib, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Təbii ki, bunların hamısı muxtar respublika sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə, yaşayış tərzinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. Bu da xüsusi vurğulanmalıdır ki, belə uğurlara ancaq sabitliyin, əmin-amanlığın təmin edildiyi və daimi xarakter aldığı diyarda nail olmaq mümkündür. 

Qazanılan nailiyyətlər 2018-ci ildə də öz həcmi ilə diqqəti çəkir. Bəhs olunan ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfər etməsidir. Səfər çərçivəsində dövlət başçısı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak edib, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Ardını oxu...

Azərbaycan Milli Еlmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyеvin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı mоnо­qrafiyası Naxçıvan tarixinin tədqiqinə mühüm töhfədir. İsmayıl Hacıyevin müxtəlif illərdə nəşr еtdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Behbud ağa Şahtaxtinski: həyatı və fəaliyyətinin mühüm mərhələləri”, “Naxçıvan Muxtar Rеspublikası müstəqillik yollarında”, “Еrmənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial­-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)” və digər əsərləri Naxçıvan tarixinin bir çox qaranlıq cəhətlərinə işıq salmış, Azərbaycan tarixşünaslığında özünəməxsus yeri olan naxçıvanşünaslıq istiqamətini daha da zənginləşdirmişdir.
“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyasını İsmayıl Hacıyevin elmi yaradıcılığında yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Əgər indiyə qədər onun tədqiqat çərçivəsi daha çox XIX-XXI əsrlərlə məhdudlaşırdısa, o, bu əsərində ilk dəfə göstərilən çərçivəni aşmış, Naxçıvan diyarının dövlətçilik tarixini ən qədim zamanlardan müasir dövrümüzə qədər tədqiq etmişdir. Elə buradaca mono­qrafiyanın daha bir məziyyəti üzərində dayanmaq lazımdır. İsmayıl müəllim yalnız Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın yerini təsvir etmək və müəyyənləşdirməklə kifayətlənməmiş, bütün Azərbaycan tarixi üçün mühüm aktuallıq kəsb edən bir çox məsələlərin qoyuluşuna və həllinə öz münasibətini bildirmişdir. Onun Azərbaycanda dövlətin yaranması şəraiti və ilkin xronologiyasının şərhi zamanı, hətta akademik nəşrlərdə yol verilmiş uyğunsuzluqları qabartması diqqəti xüsusilə cəlb edir.
Akademik İsmayıl Hacıyevin çoxillik zəhmətinin bəhrəsi olan monoqrafiya giriş, 8 fəsil, 27 yarımfəsil, nəticə, biblioqrafiya, adlar göstəricisi və əlavələrdən ibarətdir. Müəllif monoqrafiyanın strukturunu müəyyənləşdirərkən tarixşünaslıqda qəbul edilmiş dövrləşmə prinsipini əsas götürmüş, Naxçıvan tarixinin ayrı-ayrı dövrlərini bu prinsipə söykənərək tədqiq etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər bu ilin ötən ayında da davam etdirilmişdir.
Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 17 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barələrində müvafiq tədbirlər görülmüşdür. Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 546 müraciətin 95-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlıqdançıxma və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmiş, olduğu yer üzrə qeydiyyatla bağlı 451 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 203-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri də həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının 95 illiyi geniş şəkildə qeyd olunur. Bununla bağlı Azərbaycanın xarici dövlətlərdəki diplomatik nüma­yəndəlikləri də maraqlı paylaşmalar ediblər.
Azərbaycanın dost və qardaş ölkə olan Pakistan İslam Respublikasındakı səfirliyinin “Facebook” səhifəsində bu münasibətlə yerləşdirilmiş məlumata əlavə olunmuş 40-a yaxın fotoşəkil Naxçıvanın görməli yerləri, tarixi abidələri, müasir inkişaf səviyyəsi haqda izləyicilərdə ətraflı təsəvvür yaradır. İngilis və Azərbaycan dillərində verilən paylaşımda Naxçıvan 5000 illik qədim tarixi ilə Şərq sivilizasiyasının beşiyi, dünyanın ticarət, sənətkarlıq, elmi və mədəni mərkəzlərindən biri, eyni zamanda 2018-ci il üzrə İslam Mədəniyyətinin Paytaxtı, 1200-ə qədər tarixi-mədəni abidənin məskəni olan bir diyar kimi qeyd olunur. Səfirlik paylaşmada bütün izləyiciləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğma vətəni olan, Əcəmi Naxçıvani, Hüseyn Cavid və digər görkəmli şəxsiyyətlərin yaşayıb yaratdığı Naxçıvana səyahətə dəvət edir. Bu torpağın gözəlliklərini öz gözləri ilə görmək tövsiyə olunur.
Qeyd edək ki, eyniməzmunlu statuslar ölkəmizin Ukraynada və Bolqarıstan Respublikasındakı səfirliklərinin də “Facebook” səhifələrində yerləşdirilib. Ukraynadakı səfirliyimiz sosial şəbəkə səhifəsində Naxçıvan Dövlət Tele­viziyasında hazırlanan “Naxçıvan Muxtar Respublikası – 95” adlı videoçarxı, Azərbaycanın Bolqarıstan Respublikasındakı səfirliyi isə ingilis dilində “Naxçıvan Muxtar Respublikası 95 illik yubileyini qeyd edir” başlıqlı yazı verib.

 Əli CABBAROV

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Toplantı hərbi qulluqçuların mənəvi-psixoloji hazır­lığının yüksəldilməsi işində şəxsi heyətlə iş üzrə zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ixtisas hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə təşkil edilib. Toplantıda nəzəri məşğələlərə üstünlük verilərək şəxsi heyətlə iş üzrə komandir müavinlərinin peşəkarlıqlarının ­artırılmasına, tabelikdə olanların fərdi­-psixoloji xüsusiyyətlərinin ­öyrənilməsi işinə xüsusi diqqət yetirilib.
Muxtar respublikanın Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin toplantıda iştirak edən nümayəndələri müxtəlif mövzularda çıxış ediblər. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən toplantı zamanı bölmələrdə ictimai-siyasi hazırlıq dərslərinin keçilməsi üzrə göstərici dərslər və hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Şəxsi heyətlə iş üzrə zabitlərdən ixtisas hazırlığından məqbullar götürülüb.
Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə üç gün davam edən təlim-metodiki toplantının yekununda zabitlərin ixtisas hazır­lığı və tabelikdə olanları idarə­etmə bacarıqları yüksək qiymətləndirilib.

Nəriman Nəcəfov

2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 11 fevral tarixdən sertifikasiya imtahanlarına start verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində keçirilən sertifikasiya imtahanlarında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən 431 müəllim iştirak edəcəkdir.

Ardını oxu...

40 il bundan əvvəl – 1979-cu il fevralın 11-də İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.

Ardını oxu...

Muxtariyyətinin 95-ci ilini qeyd edən Naxçıvan güclü müdafiə qüdrətinə malikdir. Muxtariyyət günündə Naxçıvan Qarnizonu qoşunlarında hərbi andiçmə mərasimlərinin bayram əhvalında keçməsi bunu bir daha təsdiq edir.
Əlahiddə Ümumqoşun Orduda keçirilən və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının gənc əsgərlərinin də iştirak etdiyi andiçmə mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsində və sərhədlərimizin mühafizəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Naxçıvan vaxtı ilə Azərbaycanın mərkəzi ərazilərindən olub və XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşüb. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyətinin qorunmasını itirilmiş ərazilərin bərpası üçün hüquqi baza hesab edərək “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, – deyib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar fevralın 8-də muxtar respublikanın Bakıdakı daimi nümayəndəliyində “Naxçıvanın muxtariyyət statusu” adlı dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən – Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. O qeyd edib ki, bu il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq silsilə tədbirlər keçirilir.
Ümummilli lider Heydər Əliyevin Naxçıvanın muxtariyyətinin qorunması ilə bağlı dahiyanə fikirlərini diqqətə çatdıran daimi nümayəndəliyin rəhbəri Naxçıvanın düşmən təcavüzündən qorunmasında görkəmli dövlət xadiminin misilsiz xidmətlərindən bəhs edib. Vurğulanıb ki, bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunması bir tərəfdən muxtar respublikaya göstərilən dövlət qayğısının ifadəsidirsə, digər tərəfdən Naxçıvan tarixinin əsaslı şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Bəxtiyar Əsgərov muxtar respublikanın yaradılmasının müxtəlif dövrlərdə dövlət səviyyəsində qeyd olunmasından danışaraq deyib ki, Naxçıvanın müasir intibahı dövründə muxtariyyətin təntənə ilə qeyd olunması və əldə edilmiş bütün nailiyyətlər məhz ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə ölkənin televiziya, qəzet və internet portallarında silsilə verilişlər, məqalələr, video­materiallar yayımlanıb.
Ölkə televiziya kanalları Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə silsilə verilişlər və xəbər süjetlərinə geniş yer verib. Azərbaycan televiziyasının “Səhər” musiqili-informasiya proqramı bütövlükdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunub. Bununla bağlı televiziyanın efirində konsert və musiqi proqramları da təqdim olunub. AzTV-də həmçinin 9 fevral münasibətilə “Nuhun yurdu Naxçıvan”, “XXI əsr salnaməsi – Naxçıvan” filmləri də yayımlanıb. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti izləyicilərə təqdim olunub. Azərbaycan dövlət radiosunda isə “Naxçıvan Muxtar Respublikası – 95” rubrikasında Naxçıvanın musiqi kollektivlərinin konsertinə yer verilib. “Mədəniyyət” kanalında “Ordubad kəhrizləri”, “Naxçıvan yallıları”, “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Heydər Əliyev və Naxçıvan” adlı veriliş və filmlər efirə təqdim olunub. “İctimai” televiziya isə Şərur Xalq Yallı Ansamblının konsertini yayımlayıb. Bu mövzuya, eyni zamanda “Lider” tele­viziyasının “Səda” proqramında da toxunulub.
Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyin­də keçirilən “Naxçıvanın muxtariyyət statusu” adlı tədbir də Azərbaycan televiziyasının və “Xəzər” tele­kanalının “Xəbərlər” proqramında yayımlanıb.
Eyni zamanda ölkənin qəzet və internet portallarında da Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə məqalələr dərc olunub, foto və videomateriallar yayımlanıb. Akademik İsa Həbibbəylinin “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycanın “Nəqşi-Cahanı” məqaləsi maraqla qarşılanıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanın “Muxtariyyətimizin və müstəqilliyimizin bəhrələri” məqaləsi “İki sahil” qəzetinin saytında yerləşdirilib, jurnalist Sahil Tahirlinin “Tarixin 95 ili” adlı məqaləsi “Nuhçıxan” İnformasiya Agentliyinin internet saytından və “Şərq qapısı” qəzetindən sonra “İki sahil” və “Palitra” qəzetlərində də dərc olunub, Naxçıvanxeberleri.com, eyni zamanda Azinform.az informasiya portallarında yayımlanıb. Türkiyənin “İğdır” qəzetində isə “O Naxçıvandır” sərlövhəli məqalə dərc olunub. Jurnalist Səməd Canbaxşi­yevin “Muxtariyyətimiz varlığımızdır” məqaləsi “Nuhçıxan” İnformasiya Agentliyində yerləşdirilib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin saytında jurnalist Rauf Kəngərlinin “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunması Heydər Əliyev siyasi xəttinə dərin sədaqətin bariz nümunəsidir”, “Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam olur”, həmçinin Türkiyənin nüfuzlu “Milliyyət” qəzetinin bloq saytında “95 il bundan əvvəl…” analitik məqalələri yerləşdirilib. Bundan başqa, muxtariyyətin 95 illiyi münasibətilə ölkəmizin digər informasiya agentliklərində, portallarında da məqalə və xəbərlər yayımlanıb.

Ardını oxu...

Fevralın 11-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görkəmli şair İmadəddin ­Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək bildirib ki, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur, 2019-cu il ­ölkəmizdə “Nəsimi ili” elan edilib. Belə bir tarixi ildə xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarının muxtar respublika gənclərinə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.
Qeyd olunub ki, şair və mütəfəkkir İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ötən əsrin 70-ci illərində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaradan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub. Dünya poeziyasının ən kamil nümunələrini yaradan Nəsimi anadilli ədəbiyyatı poetik çalarlarla zənginləşdirib, ədəbiyyatımızı və dilimizi zirvəyə yüksəldib.
Vurğulanıb ki, əqidə yolunda, vahid amal uğrunda mübarizə edən sənətkar Nəsiminin yüksək humanizm və dünyəvilik ideallarına söykənən poeziyası dünən olduğu kimi, bu gün də aktual və müasirdir. İnanırıq ki, “Nəsimi həftəsi” çərçivəsində keçiriləcək tədbirlər gənc­lərimizin Nəsimi irsini öyrənmələri üçün faydalı olacaqdır.

Ardını oxu...

Fevralın 11-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Sədərək rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş keçirmişdir.

Ardını oxu...

Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü tamam olur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarının 32 nümayəndəsinin iştirakı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib.
Seminarı komissiyanın sədri İsmayıl Qəribli giriş sözü ilə açaraq qeyd edib ki, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılması və dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi məqsədilə 2007-ci il 31 may tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış qaydalarına əməl olunmasına nəzarəti əsasnaməsinə uyğun olaraq həyata keçirir. Bugünkü seminarın məqsədi qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.

Ardını oxu...

Fevralın 8-də “Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar keçirilib.
Muxtar respublikanın dövlət orqanlarının informasiya təhlükəsizliyinə cavabdeh şəxslərin və mətbuat xidmətlərinin əməkdaşlarının iştirak etdiyi seminarı Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov açaraq bildirib ki, bu gün dünyanı informasiyasız təsəvvür etmək mümkün deyil. İnformasiyanın cəmiyyət həyatındakı rolu nə qədər böyük olsa da, informasiya təhlükəsizliyinin qorunması da bir o qədər vacibdir. Ötən dövrdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən muxtar respublikanın dövlət orqanlarının saytları yaradılıb, bu qurumlar arasında elektron sənəd dövriyyəsi sistemi istifadəyə verilib.
Rövşən Məmmədov vurğulayıb ki, cəmiyyətin informasiyaya olan tələbinin artması informasiya təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırıb. Çünki informasiya təhlükəsizliyinin təmin edilməsi sistemli və kompleks yanaşma tələb edir. İnternet resurslarının təhlükəsizliyinin təmin olunması ilə bağlı keçirilən bu seminarda da əsas məqsəd birgə mübarizə tədbirləri haqqında iştirakçıları maarifləndirməkdir.

Ardını oxu...

Bədən tərbiyəsi və idmanın inkişafına həsr edilmiş müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev açıb. Bildirib ki, 2018-ci il 10 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası gənclərin fiziki inkişafına, sağlam böyümələrinə hərtərəfli şərait yaradır.
Bu gün Şahbuz rayonunda voleybol, futbol, sərbəst güləş, yüngül atletika, şahmat, karate-do və paralimpiya üzrə federasiyaların bölmələri fəaliyyət göstərir. Ümumilikdə, 3391 nəfər idmanla məşğul olur. Həmçinin 14 sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib.

Ardını oxu...

Dünən Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənc­lər Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş xarici ölkələrdən muxtar respublikada təhsil alan gənclər arasında “Mən Naxçıvan haqqında nə bilirəm?” mövzusunda bilik yarışması keçirilib.
Yarışın keçirilməsində məqsəd xarici ölkələrdən olan gənclərin muxtar respublika haqqında bilik və bacarıqlarının artırılması, muxtar respublikanın tarix və mədəniyyətinin ölkədən kənarda təbliği və onların asudə vaxtının səmərəli təşkilidir.
Bilik yarışması 30 xarici tələbənin iştirakı ilə keçirilib. Hər bir tələbə 50 sualı cavablandırıb. Suallar Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, tarixi-mədəniyyət abidələrinə həsr edilib.
Oyunun yekununa əsasən I yerə “Naxçıvan” Universitetinin tələbəsi Khaıruzzaman MD, II və III yerlərə Naxçıvan Dövlət Universitetinin tələbələri Atanda İderaduva, Reza Chachanlau layiq görülüblər.
Sonda qalib gənclər Gənclər Fondu tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Fərqlənən 3 gəncə isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi

Bu gün hamımız təsdiq edərik ki, muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqət və ehtiramın, Onun müəyyənləşdirdiyi yola inamın nəticəsi kimi diyarımızda siyasi və makroiqtisadi sabitliyə tam nail olunub, iqtisadiyyatın bütün sahələrində aparılan köklü islahatlar bəhrələrini verib, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Təbii ki, bunların hamısı muxtar respublika sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə, yaşayış tərzinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. Bu da xüsusi vurğulanmalıdır ki, belə uğurlara ancaq sabitliyin, əmin-amanlığın təmin edildiyi və daimi xarakter aldığı diyarda nail olmaq mümkündür. 

Qazanılan nailiyyətlər 2018-ci ildə də öz həcmi ilə diqqəti çəkir. Bəhs olunan ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfər etməsidir. Səfər çərçivəsində dövlət başçısı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak edib, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı 2018-ci il mayın 16-da Ordubad Su Elektrik Stansiyasının tikintisi, muxtar respublika ərazisində meliorativ tədbirlərin görülməsi, Culfa-Ordubad magistral yolunun tikintisi və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 4 sərəncam imzalayıb, ümumilikdə, bu işlərin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasına 55 milyon manat vəsait ayrılıb.
Müasir tarixə yazılan mühüm hadisələrdən biri də Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin və ölkəmizin Gənclər Paytaxtı statuslarını uğurla başa vurmasıdır. Muxtar respublika paytaxtında Avropa Günlərinin, Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi də qədim diyarın tarixən formalaşmış mərkəz kimi əhəmiyyətini xeyli artırıb.
Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunması bütün sahələrdə nailiyyətlərin qazanılmasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2017 və 2018-ci illərdə ölkəmizin iqtisadi regionları üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək bal toplayaraq lider olması bunu bir daha təsdiq edir.

Ardını oxu...

Doğma Naxçıvanımızın muxtariyyətindən söhbət açılanda möhtəşəm tariximizin səhifələri vərəqlənir, naxçıvanlıların bu səhifələrin hər birinə həkk etdikləri misilsiz torpaq sevgisi, yurda sahiblik hissi adamda qürur hissi yaradır. Bu səhifələrdə ötən əsrin əvvəllərində Azərbaycanda, eləcə də diyarımızda yaranan gərgin vəziyyət, tarixin bütün dönəmlərində olduğu kimi yenə də erməni daşnaklarının min bir hiyləsinə qarşı mübarizələr aparıb Naxçıvanı qoruyub saxlamaq kimi əzmkarlıq salnamələşib.

Bu səhifələrdə 1918-ci ilin noyabrında yaradılan paytaxtı Naxçıvan olan Araz-Türk Respublikası yer alır. Tarixçilərimizin qeyd etdiyi kimi, ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil olan, sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyon nəfərdən artıq Araz-Türk Respublikası. Bu səhifələrdə 70 illik imperiyanın ilk addımı olaraq yenicə əsarətləri altına saldıqları ölkələrdən biri kimi Azərbaycandan Zəngəzuru qoparıb ermənilərə vermələri, bununla da Naxçıvanı mənsub olduğu vətəndən ayırmaları, diyarımız üçün muxtariyyətdən başqa yol qoymamaları yer alır. Nəhayət, 1918-1924-cü illər arasında cərəyan edən siyasi hadisələr, Gümrü, Moskva, Qars müqavilələri, referendumlar 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Naxçıvan MSSR-in yaradılması haqqında qərar verməsi ilə nəticələndi. Elə muxtariyyət tariximizin ən şanlı səhifəsini də mənfur düşmənin Naxçıvanı Azərbaycandan qopara bilməməsi təşkil edir. Məhz buna görə deyirik ki, muxtariyyətimiz bizim qürurumuzdur. Çünki naxçıvanlılar Naxçıvanı hər zaman göz bəbəyi, bir ata-ananın övladını qoruması tək qorumuşlar.

Ardını oxu...

Ötən həftə çoxmillətli qış təlimində iştirak etmək məqsədilə Türkiyə Respublikasına yola salınan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.
Beynəlxalq hərbi təlimdə iştirak edəcək hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki poliqonda çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.
Təlimdə çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması ­tapşırıqlarını yerinə yetirəcək heyətlər məşqlərdə fəallıqları ilə seçilirlər. Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.

Nəriman Nəcəfov

2018-ci il dekabr ayının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıqların icrası və qarşıda duran vəzifələrlə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətində yığıncaq olub.
Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirdə çıxış edərək bildirib ki, ümummilli ­liderin əsasını qoyduğu gənclər və idman siyasəti bu gün də uğurla davam etdirilir. Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bədən tərbiyəsi və idmanın inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. Naxçıvanda idmanın maddi-texniki bazasının gücləndirilməsi, yaradılan müasir şərait, öz növbəsində, muxtar respublikamızı beynəlxalq və yüksək səviyyəli yarışların keçirildiyi bir məkana çevirib.
Qeyd olunub ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunda da müasir idman məktəbləri və qurğuları istifadəyə verilib. Hazırda rayonda Uşaq-gənclər şahmat və idman məktəbləri, mərkəzi stadion, süni örtüklü mini-futbol meydançası, məktəblərdə müasir idman zalları və açıq idman qurğuları mövcuddur. Muxtar respublikada fəaliyyət göstərən 12 federasiyanın yeddisinin Sədərək rayonunda bölmələri yaradılıb. Bölgədə idmanla məşğul olanların sayı 2200 nəfərdir ki, onların 231-ni qızlar təşkil edir. Sağlamlıq imkanları ­məhdud olan 15 uşaq və gənc də idmana cəlb edilib.

Ardını oxu...

Vətən, torpaq uğrunda mübarizə çox çətin, şərəfli və həm də müqəddəs missiyadır. Elə 95 il bundan əvvəl məntiqi sonluqla yekunlaşdırılan Naxçıvanın muxtariyyət mücadiləsi də Azərbaycanın taleyində və dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən böyük nailiyyət idi.
Bu gün də dünyada muxtariyyətlərin əsasını etnik mənsubiyyət təşkil etsə də, Naxçıvan Muxtar Respublikası burada yaşayan əhalinin milli mənsubiyyətinə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında ­yaranıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixdə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçib.
Akademik diqqətə çatdırıb ki, çarizm devrildikdən sonra erməni daşnakları yaranan şəraitdən – Türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək istəyən böyük dövlətlərin dəstək və yardımlarından istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını, xüsusilə də Naxçıvanı Ermənistana qatmaq siyasəti aparıb. Nəticədə, Azərbaycan Zəngəzur mahalını itirməli olub. Bununla da vaxtilə coğrafi cəhətdən ölkəmizin mərkəzi ərazilərindən olan Naxçıvan diyarı Azərbaycanın əsas ərazisindən aralı düşüb və muxtariyyət məsələsi gündəliyə gəlib.
Vurğulanıb ki, XX əsrin 20-ci illəri, xüsusilə 1918-1921-ci illərdə cərəyan edən proseslərin, оnlаrа təsir edən daxili və xarici amillərin və naxçıvanlıların bu diyar uğrunda çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərmələri, siyasi xadim, diplomat Behbud ağa Şahtaxtinskinin təklifləri, qardaş Türkiyənin köməyi və iki mühüm beynəlxalq müqavilənin nəticəsində Naxçıvan Azərbaycanın tərkibində muxtariyyət statusu qazanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasında yığıncaq olub.
Yığıncağı giriş sözü ilə açan Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində Naxçıvanda paralimpiyaçıların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb. Hesabat dövrü ərzində federasiya tərəfindən bir sıra tədbirlər keçirilib.
Vüqar Məmmədov qeyd edib ki, muxtar respublikada boccia məşqçilərinin bacarıqlarını daha da artırmaq məqsədilə federasiyanın dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti muxtar respublikaya dəvət edilib, təlim-məşqlər olub. Hazırda federasiyanın Naxçıvan şəhərində qolbol bölməsi, Naxçıvan şəhərində və Şərur rayonunda üzgüçülük üzrə bölmələri, Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarında stolüstü tennis, Naxçıvan şəhərində və bütün rayonlarda boccia bölmələri fəaliyyət göstərir.

Ardını oxu...

Xalq-ordu birliyini özündə əks etdirən tədbirlərin davamı kimi sahibkarlar tərəfindən, ümumilikdə, 5 min 500 kiloqram kənd təsərrüfatı məhsulu əsgərlərə təqdim edilib.
Şərur rayonunun Aralıq kənd sakini Əmir Əsədov, Məmmədsabir kənd sakini Əli Rüstəmov və “N” hərbi hissənin giziri Sərvan Məmmədov tərəfindən 3 ton sarımsaq, 1700 kiloqram turp və 800 kiloqram kartof hərbi hissə və sərhəd zastavasına hədiyyə edilib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zastavasında şəxsi heyətlə görüş zamanı dövlət qayğısından və xalq-ordu birliyindən danışılıb.
Sonda gətirilmiş sovqat hərbi hissə və zastavanın anbarlarına təhvil verilib.

Nəriman NƏCƏFOV

Naxçıvan beş min ildən artıq şəhər mədəniyyətinə, çoxəsrlik tarixə, dövlətçilik ənənələrinə malik, qütblərin və qitələrin qovuşduğu, Böyük İpək Yоlunun üzərində yеrləşən bir məkandır. Bu qədim diyar xüsusi əlverişli coğrafi mühitdə, mühüm geostrateji mövqedə yerləşdiyinə, təbii sərvətlərlə zəngin olduğuna görə tarixən beynəlxalq mənafelərin kəsişdiyi, siyasi maraqların toqquşduğu bir ərazi olub. Naxçıvanın keşməkeşli, siyasi və hərbi mübarizələr dolu şanlı salnaməsində onun 95 illik muxtariyyət tarixinin özünəməxsus yeri var.

Ardını oxu...

1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan gənclərinin I forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir. 

“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir”, – deyən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlamdüşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. Dahi rəhbərin təşəbbüsü ilə hələ Sovetlər Birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmiz müstəqillik qazandıqdan sonra da milli kadr təminatında əsas amil olmuşdur.

Ardını oxu...

Culfa Rayon İcra Hakimiyyətində 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə bildirib ki, muxtar respublikada idman sahəsi daim diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, yeni tikilən təhsil müəssisələrində ən müasir standartlara cavab verən idman zalları və açıq idman meydançaları yaradılaraq lazımi idman qurğuları ilə təchiz edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən ötən il noyabrın 1-də Culfa Rayon Mərkəzi Stadionu əsaslı şəkildə təmir olunaraq yenidən gənclərin istifadəsinə verilib.
Qeyd olunub ki, rayonda Uşaq-gənclər şahmat məktəbi, mərkəzi futbol meydançası, 10 kənd futbol meydançası, 6 məktəb stadionu var. Burada muxtar respublikadakı 12 idman federasiyasından 11-nin bölməsi fəaliyyət göstərir. Bu gün mövcud olan idman infrastrukturu rayonda federasiya şöbələrinin fəaliyyəti üçün lazım olan bütün tələblərə cavab verir. Yaradılmış şərait, bu sahəyə dövlət qayğısı idmanın kütləviliyinə öz təsirini göstərir.
Diqqətə çatdırılıb ki, rayonda 7 yaşdan 18 yaşadək olan yeniyetmə və gənclərdən 3597-si idmanla məşğul olur. Onlardan 14-ü sağlamlıq imkanları məhdud şəxslərdir. İdmançılarımız son illər həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda iştirak edərək rayonu layiqincə təmsil edirlər.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda 2 fevral – Gənclər Gününə həsr olunmuş “Dövlət gənclər siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı institutun rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasəti bu gün ölkə Prezidenti cənab ­İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da müasir gəncliyin inkişafı üçün əlverişli şərait yaradılıb. Bu gün doğma diyarımızda gənclərin yüksək vəzifələrdə təmsil olunması onlara inamın və qayğının ən bariz nümunəsidir.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən gənc­lər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən gənc­lər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, gənclərə qayğını hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısı cənab İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisidir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın qəbul olunması da bu sahədə görülən işlərin davamı kimi gələcəkdə də gənclərə qayğının əsas üstünlük təşkil edən sahə olaraq qalacağına ­nümunədir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında “2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda şura yığıncağı keçirilib, təşkilatın təsis olunmasının 26 illiyi qeyd olunub.
Yığıncaqda məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov deyib ki, bu gün təşkilatın əhatə etdiyi 56 ilk partiya təşkilatında 6862 nəfər partiya üzvü vardır. İl ərzində partiya sıralarına 39 ilk partiya təşkilatından 117 üzv qəbul olunub ki, onlardan 87-si gənc, 65-i isə qadınlardır.

Ardını oxu...

Muxtar respublikamızda hər bir gənc onlara  bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışır, qazandığı uğurlarla doğma diyarımızın inkişafına, onun dünyada tanıdılmasına öz töhfələrini verir. Elə dövlətimiz də gənclərin arzularının reallaşdırılması, məqsədlərinə çatması istiqamətində xeyli işlər görür. Onların intellektual və yaradıcı potensiallarının üzə çıxarılması, fəallıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü pro­qramlar həyata keçirir. Bu diqqət, qayğı isə gənclərin fəaliyyətinin, uğurlarının ilbəil daha da artmasına imkan verir. Həmçinin muxtar respublikamızda gənclər üçün müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri istifadəyə verilir, onların peşəkarlıqlarının artırılması üçün geniş imkanlar yaradılır.

Bəs şəhərimizdəki Gənclər Mərkəzi bu istiqamətdə hansı işləri görür? Elə bu sualla Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevə müraciət etdik. O, bizimlə söhbətində bildirdi ki, gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə onların irəli çəkilməsi, uğurlarının qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Xüsusilə son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisində gənclərlə iş, bu sahədə qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr, verilən konkret tapşırıqlar, bu mənada, mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının ar­tırılması haqqında” 2012-ci il ­ 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən yüksək diqqət və qayğının növbəti ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunub, kitaba adları yazılmış istedadlı gənclər üçün təqaüdün verilməsi qaydaları təsdiq edilib.
Ali Məclis Sədrinin 2018-ci il 27 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” Publik Hüquqi Şəxsin yaradılması isə diyarımızda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsini daha da genişləndirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin yanvar ayında bir sıra qərarlar qəbul etmişdir.
Nazirlər Kabinetinin 2019-cu il 14 yanvar tarixli qərarları ilə “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 2011-ci il 11 yanvar tarixli 5 nömrəli və “Naxçıvan Muxtar Respublikasında bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 15 mart tarixli 46 nömrəli qərarlarında, “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluqkeçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nda, “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda, “Elektron xidmət növlərinin Siyahısı”nda və “Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri”ndə dəyişikliklər edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin 2019-cu il 30 yanvar tarixli Qərarı ilə “Şərur Rayon Mərkəzi Xəstəxanası” və “Şərur Rayon Uşaq Xəstəxanası” publik hüquqi şəxslərinin ­nizamnamələri təsdiq edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış ­olmaq mümkündür.

Dünən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının növbəti iclası keçirilib. Əvvəlcə kənd təsərrüfatı naziri, Elmi-Texniki Şuranın sədri Bəhruz Bayramov iclasın gündəliyində duran ­məsələlər haqqında məlumat verib.
Nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planının icrasına dair verilən tapşırıqların həyata keçirilməsi ilə bağlı məruzə edib, ailə təsərrüfatlarının inkişafının mühüm istiqamətləri barədə danışıb. Qeyd edib ki, kənd təsərrüfatının bütün sahələrində fəaliyyət göstərən ailə təsərrüfatlarının yüksək məhsuldarlığa nail olmaları məqsədilə maarifləndirmə işləri aparılmalıdır.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru Fikrət Həsənov torpaqların münbitliyinin artırılması yolları, birliyin Şıxmahmud sort sınaq məntəqəsinin müdiri Məhəmməd Qaybalıyev isə mineral üzvi gübrələrin dənli bitkilərin məhsuldarlığına təsiri ilə bağlı çıxışlar ediblər.
Sonra gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
Komissiyanın sədri Ramilə Seyidova gündə­likdə duran məsələlərlə bağlı məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 avqust tarixli Qərarına əsasən Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib.
Sonra Ramilə Seyidova muxtar respublikada 2018-ci il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair hesabatla çıxış edərək məlumat verib ki, hesabat dövrü ərzində muxtar respublikada olan bütün uşaqların hüquqlarının qorunması, sosial müdafiələrinin və asudə vaxtlarının təşkili, xüsusi istedadlarının üzə çıxarılması, sağlamlıqlarının qorunması ilə əlaqədar tədbirlər görülüb, monitorinqlər təşkil edilib, uşaqlar haqqında məlumat bazası yaradılıb. Hesabat ili ərzində 10 uşaq qəyyumluq və himayəyə verilib, həmin uşaqların evlərində monitorinqlər təşkil olunub, onlara lazımi köməklik göstərilib. Bundan əlavə, bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 720 uşağa hədiyyə və sovqatlar verilib, 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar. Həmçinin hesabat dövrü ərzində 11 uşaq övladlığa ­verilib.

Ardını oxu...

2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıqların icrası və qarşıda duran vəzifələrlə əlaqədar Şərur Rayon İcra Hakimiyyətində müşavirə olub. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbirdə çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da müasir idman məktəbləri və qurğuları istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, hazırda rayonda Olimpiya-İdman Kompleksi, Uşaq-gənclər idman məktəbi, şahmat məktəbi, 13 müxtəlif federasiya bölməsi, ötən ildən fəaliyyətə başlayan bədii gimnastika, üzgüçülük, stolüstü tennis üzrə 16 qrup fəaliyyət göstərir. Rayonda idmanın müxtəlif növləri ilə məşğul olanların sayı 5 min 753 nəfərdir. Aşağı Yaycı, Dəmirçi, Aralıq, Mahmudkənd, Arbatan kəndlərindəki stadionlar əsaslı təmir olunaraq istifadəyə verilib.
Vurğulanıb ki, Şərur şəhərində hər cür şəraiti olan şahmat məktəbi, bütün ümumtəhsil məktəblərində şahmat sinifləri fəaliyyət göstərir. Rayon üzrə 8 min 58 şagird bu idman növünün sirlərinə yiyələnir.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb.
` Yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov çıxış edərək bildirib ki, fevralın 23-dək Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək çoxmillətli beynəlxalq səviyyəli qış təlimində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etməsi hər birimizi daha da qürurlandırır. Qars təlimində çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqları yerinə yetiriləcək. İnanırıq ki, ümumilikdə, 28 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi bu təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirəcəklər.
Sonda təlimə cəlb edilmiş bölmələr Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb.

Nəriman NƏCƏFOV

Muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
30 yanvar – Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı günü ərəfəsində Dövlət Bayrağı Muzeyində təşkil olunan tədbirdə “Gömrük andı”nı sınaq müddətini bitirmiş və ilk xüsusi rütbələr verilmiş 20 gömrükçü qəbul edib.
Əməkdaşlar təntənəli surətdə and içiblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli “Gömrük andı”nı qəbul etmiş əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda onlara uğurlar arzulayıb. Bildirilib ki, əsl gömrükçü olmaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməli, qanunvericiliyin tələblərinə sözsüz riayət etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq və mütəşəkkillik göstərilməlidir.
Nizam-intizam və məsuliyyət olan yerdə uğur da var, – deyən komitə sədrinin müavini onu da vurğulayıb ki, hər bir gömrükçü milli dövlətçiliyimizə sədaqətlə xidmət etməli, ümummilli liderimiz Heydər Əliyevin ideyaları ətrafında sıx birləşməlidir.
Sonra Dövlət Bayrağı Muzeyi ilə tanışlıq olub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Gömrük qanunvericiliyinə əsasən biznes subyektləri tərəfindən qısa idxal bəyannaməsinin təqdim olunması öhdəliyi ilə bağlı dəyişikliklər fevral ayının 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113-cü maddəsinə edilmiş dəyişik­liklərə görə mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi təqdim olunmalıdır. Bu tələb fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi hallarına aid deyil.
Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilməlidir. Bunun üçün şəxslər “Asan imza” və ya “Elektron imza” vasitəsilə “Elektron hökumət” portalına daxil olub “Dövlət Gömrük Komitəsi”ni, oradan da “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi” xidmətini seçməlidirlər. Qısa idxal bəyannaməsi məhz gömrük orqanlarının bu elektron xidmət bölməsinə giriş etməklə tərtib oluna bilər. Risklərin təhlili, o cümlədən gömrük nəzarətinin aparılması üçün tələb olunan həmin elektron sənəddə zəruri məlumatlar düzgün əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı bir saat əvvəl gömrük orqanına təqdim olunmalıdır. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Mal sahibləri sözügedən elektron sənədi gömrük təmsilçiliyi xidmətindən yararlanmaqla da təqdim edə bilərlər. Bunun üçün “Naxçıvanterminalkompleks” Birliyi tərəfindən muxtar respublikanın bütün gömrük-sərhəd buraxılış məntəqələrində təmsilçilik xidməti göstərilir.

Ardını oxu...

2018-ci il Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də uğurlarla yadda qaldı. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə yanaşı, ölkəmizin Gənclər Paytaxtı seçilməsi gənclərimizin fəaliyyət dairəsini də xeyli genişləndirdi. Həyata keçirilən dövlət gənclər siyasəti, yaradılan şərait, naxçıvanlı gənclərin beynəlxalq arenalarda  uğurlar qazanması bir daha sübut etdi ki, Naxçıvan bu adları daşımağa layiqdir. Təbii ki, gənclər üçün yaradılan müasir infrastruktur da burada əsas rol oynadı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırığına əsasən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Heydər Əliyev adına Gənclər Birliyinin birgə iş planı tərtib olundu və il ərzində bir çox tədbirlər həyata keçirildi. Təşkil olunan tədbirlərdə ulu öndərimizin siyasi irsinin gənclərə aşılanması, hərbi xidmətdən tərxis olunmuş gənclərlə işi gücləndirmək, onların düzgün maarifləndirilməsi, intellektual oyunların keçirilməsi, sosial şəbəkələrdən gənclərimizin səmərəli istifadəsi prioritet məsələlər oldu. İctimai həyatda fəal olan gənclərimizin bir neçəsindən 2018-ci ilin onlar üçün hansı uğurlarla yadda qaldığını və cari ildən gözləntilərinin nə olduğunu soruşduq.

Fətəli AXUNDZADƏ – ilin gənc musiqiçisi
Fətəli üçün 2019-cu il yeni ümidlərin, arzu və istəklərin yaranması deməkdir: “Sevindirici haldır ki, 2018-ci il istər Azərbaycan, istərsə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün çox uğurlu il oldu. Ötən il mədəni­-kütləvi tədbirlərlə yanaşı, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi ilə yadda qaldı. 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndi də daxil olmaqla, ümumilikdə, 11 min hektar ərazimizin düşməndən azad edilməsi biz gənclərdə böyük ruh yüksəkliyi yaratdı.
Ötən il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə, İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə, mədəniyyət aləmində beynəlxalq səviyyədə böyük irəliləyişlərin müjdəçisi kimi tarixdə yer aldı. İslam Mədəniyyətinin Paytaxtı adını fəxrlə daşıyan Naxçıvan şəhərinin həmin il həm də ölkəmizin Gənclər Paytaxtı seçilməsi hər birimizi qürurlandırdı. Doğma şəhərimizin belə bir statusa layiq görülməsi muxtar diyarımızın təbliği istiqamətində daha geniş imkanlar açdı.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə universitetin İncəsənət fakültəsinin sərgi salonunda nümayiş etdirilən 30-a yaxın rəsm əsərinə baxış olub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbə-gənclərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikada gənc­lərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir.
Sərgidən sonra universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən konfransda çıxış edən rektor bildirib ki, müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirildiyini nəzərə alaraq ümummilli liderimiz Heydər ­Əliyev 1997-ci il fevralın 1-də “2 Fevral – Azərbaycan Gənc­ləri Günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmasının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarında 2018-ci tədris ilində döyüş və döyüşə hazırlığın, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətinə dair yekun müşavirə keçirilib.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev müşavirənin planını, iştirak edən rəsmi qonaqların və şəxsi heyətin tərkibini elan etdikdən sonra muxtar respublikamızda ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.
Kərəm Mustafayev 2018-ci tədris ilində qoşunlarda döyüş hazırlığının, döyüş və döyüşəhazır­olmanın, maddi­­-texniki təminatın və hərbi intizamın vəziyyətini təhlil edərək məruzə edib. Bildirilib ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasına daxil olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR