23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər bu ilin ötən ayında da davam etdirilmişdir.
Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 17 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barələrində müvafiq tədbirlər görülmüşdür. Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 546 müraciətin 95-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlıqdançıxma və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmiş, olduğu yer üzrə qeydiyyatla bağlı 451 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 203-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri də həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR