23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixdə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçib.
Akademik diqqətə çatdırıb ki, çarizm devrildikdən sonra erməni daşnakları yaranan şəraitdən – Türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək istəyən böyük dövlətlərin dəstək və yardımlarından istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını, xüsusilə də Naxçıvanı Ermənistana qatmaq siyasəti aparıb. Nəticədə, Azərbaycan Zəngəzur mahalını itirməli olub. Bununla da vaxtilə coğrafi cəhətdən ölkəmizin mərkəzi ərazilərindən olan Naxçıvan diyarı Azərbaycanın əsas ərazisindən aralı düşüb və muxtariyyət məsələsi gündəliyə gəlib.
Vurğulanıb ki, XX əsrin 20-ci illəri, xüsusilə 1918-1921-ci illərdə cərəyan edən proseslərin, оnlаrа təsir edən daxili və xarici amillərin və naxçıvanlıların bu diyar uğrunda çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərmələri, siyasi xadim, diplomat Behbud ağa Şahtaxtinskinin təklifləri, qardaş Türkiyənin köməyi və iki mühüm beynəlxalq müqavilənin nəticəsində Naxçıvan Azərbaycanın tərkibində muxtariyyət statusu qazanıb.

Bildirilib ki, Naxçıvan 1921-ci il martın 16-dаn başlayaraq əvvəlcə Nахçıvаn Sоvеt Sоsiаlist Rеspublikаsı, 1923-cü il iyunun 16-dаn sоnrа Nахçıvаn diyаrı, 1924-cü il fеvrаlın 9-dаn Nахçıvаn Muхtаr Sоvеt Sоsiаlist Rеspublikаsı, 1990-cı il nоyаbrın 17-dən isə Nахçıvаn Muхtаr Rеspublikаsı аdlаndırılıb.
Qeyd olunub ki, ötən dövr ərzində Naxçıvanın muxtariyyət bayramı 8 dəfə geniş şəkildə qeyd edilib. Ümummilli lider Heydər Əliyevin Naxçıvanın həm ərazisinin, həm də muxtariyyət statusunun qorunub saxlanılması istiqamətində gördüyü işlər, onun möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə 85 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 95 illik yubileyin keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq etməsi də bunun bariz nümunəsidir.
Naxçıvanın 95 ildir, muxtar respublika statusuna malik olduğunu xatırladan alim bu gün bölgənin Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfəsini verdiyini bildirib. Vurğulayıb ki, muxtar respublikamız 95 illik tarixinin ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olub, əsl intibah səviyyəsinə yüksəlib.
Konfransda tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyevin, Asəf Orucovun, Musa Quliyevin, Zeynəb Quliyevanın və filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun məruzələri dinlənilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR