23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən gənc­lər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən gənc­lər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, gənclərə qayğını hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısı cənab İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisidir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın qəbul olunması da bu sahədə görülən işlərin davamı kimi gələcəkdə də gənclərə qayğının əsas üstünlük təşkil edən sahə olaraq qalacağına ­nümunədir.

Diqqətə çatdırılıb ki, muxtar respublikamızda da gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikamızda məşğul əhalinin əksəriyyətinin gənc­lərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Diyarımızda gənc­lərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində həyata keçirilən tədbirlər də uğurla davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində görü­lən tədbirlərdən ətraflı bəhs edib.
Vurğulanıb ki, 2018-ci il ərzində Gənclər Fondu tərəfindən təlim və seminarlar, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı tədbirlər, rayon və şəhər mərkəzlərində film nümayişləri, kitab müzakirələri, tarixi abidələrə ekskursiyalar, ekoloji təmizlik aksiyaları və digər tədbirlər keçirilib.
Çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam etdirilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR