23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə universitetin İncəsənət fakültəsinin sərgi salonunda nümayiş etdirilən 30-a yaxın rəsm əsərinə baxış olub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbə-gənclərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikada gənc­lərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir.
Sərgidən sonra universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən konfransda çıxış edən rektor bildirib ki, müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirildiyini nəzərə alaraq ümummilli liderimiz Heydər ­Əliyev 1997-ci il fevralın 1-də “2 Fevral – Azərbaycan Gənc­ləri Günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmasının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

Tələbə-gənclər təşkilatının sədri, İnformatika kafedrasının müəllimi Zümrüd Səfərova Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 gəncin təltif olunduğunu bildirərək onların arasında öz adının da olmasını muxtar respublika gəncliyinə verilən qiymət kimi dəyərləndirib.
Vurğulanıb ki, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsində Naxçıvan Dövlət Universitetinin tələbə-gənclər təşkilatının qalib olması ali təhsil ocağında gənclərə yaradılan hərtərəfli şəraitin nəticəsidir.
Bədən tərbiyəsi və idman ixtisasının qiyabi şöbə üzrə V kurs tələbəsi Əhməd Əhmədov da çıxışında tələbə-gənclərə göstərilən dövlət dəstəyindən danışıb.
Sonda əlamətdar tarixi gün münasibətilə universitetin ictimai həyatında, müxtəlif bilik yarışmalarında, idman sahəsində fərqlənən bir qrup tələbə mükafatlandırılıb.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR