23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
30 yanvar – Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı günü ərəfəsində Dövlət Bayrağı Muzeyində təşkil olunan tədbirdə “Gömrük andı”nı sınaq müddətini bitirmiş və ilk xüsusi rütbələr verilmiş 20 gömrükçü qəbul edib.
Əməkdaşlar təntənəli surətdə and içiblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli “Gömrük andı”nı qəbul etmiş əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda onlara uğurlar arzulayıb. Bildirilib ki, əsl gömrükçü olmaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməli, qanunvericiliyin tələblərinə sözsüz riayət etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq və mütəşəkkillik göstərilməlidir.
Nizam-intizam və məsuliyyət olan yerdə uğur da var, – deyən komitə sədrinin müavini onu da vurğulayıb ki, hər bir gömrükçü milli dövlətçiliyimizə sədaqətlə xidmət etməli, ümummilli liderimiz Heydər Əliyevin ideyaları ətrafında sıx birləşməlidir.
Sonra Dövlət Bayrağı Muzeyi ilə tanışlıq olub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR