23 Dekabr 2024, Bazar ertəsi

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən və müvafiq müşayiətedici sənədləri olmadığından saxlanılan mallar aidiyyəti qurumlara təhvil verilib.
Belə ki, Əlahiddə Ümumqoşun Ordunun və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib. Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış 1600 kiloqram yuyucu toz, 400 kiloqram ərp əleyhinə təmizləyici, 140 kiloqram əl sabunu və ümumi çəkisi 100 kiloqram olan digər təmizlik vasitələri, o cümlədən 150 litr zeytun yağı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar isə 1100 kiloqram yuyucu toz, 280 kiloqram ərp əleyhinə təmizləyici, 80 kiloqram əl sabunu və ümumi çəkisi 75 kiloqram olan digər təmizlik vasitələri, həmçinin 100 litr zeytun yağından ibarət olub.
Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR