Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatında 2019-cu ilin I rübündə görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar şura iclası keçirilib.
Tədbirdə rayon təşkilatının sədri, Naхçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov məruzə edib.
Bildirilib ki, 2019-cu ilin 3 ayında 22 nəfər partiyaya üzv qəbul olunub, onlardan 16-sı gənc, 10-u qadındır. Rayоn təşkilatı gənclərlə, qadınlarla aparılan işlərə xüsusi diqqət yеtirir. Gənclər Birliyinin, Qadınlar Şurasının fəaliyyəti gücləndirilir. Gənclər Birliyi ilə rayоn Gənclər və İdman İdarəsi birgə tədbirlər hazırlayıb həyata kеçirirlər. Rayоnun ictimai-iqtisadi həyatında, kеçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə, çağırışçıların yolasalma mərasimlərində, idman yarışlarında, müsabiqələrdə gənclər fəal iştirak еdirlər.
Qadir İbrahimov diqqətə çatdırıb ki, 2019-cu ilin I rübündə fəaliyyətimizdə оlan bəzi nöqsan və çatışmazlıqlar rayоn təşkilatının idarə hеyəti və şura iclaslarında gеniş müzakirə və təhlil оlunub, onların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul еdilib. Bu ilin aprel-may aylarında ərazi ilk təşkilatlarında keçiriləcək hesabat-seçki yığıncaqlarına, rayon təşkilatının XI konfransına və bu ilin payızında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri görülür.
Müzakirə olunan məsələlərlə əlaqədar Gənclər Birliyinin üzvü, 2 nömrəli tam orta məktəbin ərazi ilk təşkilatının sədri Rauf Hüseynov, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Statistika İdarəsi ərazi ilk təşkilatının sədri Rasim Məmmədov çıxış ediblər.
Sonda bir qrup gənc Yeni Azərbaycan Partiyası sıralarına üzv qəbul olunub.
Hüseyn ŞƏKƏRƏLİYEV
* * *
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında keçirilən şura iclasında 2019-cu ilin ilk rübünün yekunları müzakirə edilib, qarşıda duran vəzifələrdən söhbət açılıb. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, təşkilatın müəyyən olunmuş müvafiq iş planına və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələbləri səviyyəsində qurub.
Diqqətə çatdırılıb ki, 2019-cu ilin birinci rübündə təşkilatın 1 şura iclası, 3 idarə heyəti yığıncağı keçirilib. Partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. 2019-cu ilin birinci rübündə ərazi ilk partiya təşkilatlarında gənc və yaradıcı qüvvələrin Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsinə nail olunub, gənclərlə iş daim diqqət mərkəzində saxlanılıb.
Yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən təşkilat sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı bundan sonra da fəaliyyətini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında qarşıya qoyulan vəzifələrə uyğun quracaq, partiya üzvləri muxtar respublikanın ictimai-siyasi həyatında daha fəal iştirak edəcəklər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Gənclər Birliyinin sədri Süleyman Süleymanov, Xok kənd ərazi ilk partiya təşkilatının sədri Zülfü Seyidov, Böyükdüz kənd ərazi ilk partiya təşkilatının sədri Vaqif Babayev çıxış ediblər.
Şura iclasında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qərar qəbul olunub.
Babək İSMAYILOV