23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası və İran İslam Respublikası gənclərinin dostluq həftəsi çərçivəsində İran İslam Respublikasının bir qrup gəncinin Naxçıvan Muxtar Respublikasına ekskursiyası təşkil olunub. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin birgə təşkil etdiyi ekskursiyada iranlı gənclər muxtar respublikamızın bir çox tarixi və mədəni abidələri ilə yaxından tanış olublar.

Əvvəlcə qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Muzeydə Azərbaycanın müasir dövlətçilik tarixi, ulu öndərin siyasi fəaliyyəti ilə bağlı eksponatlar qonaqlarda zəngin təəssürat yaradıb. Gənclər Mərkəzində olan iranlı gənclər daha sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Möminə xatın türbəsi və Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət ediblər. Günün ikinci yarısında isə qonaqlar ilk olaraq Naxçıvan Dövlət Universitetində yaradılan şəraitlə tanış olublar. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Duzdağ Fizioterapiya və Naxçıvan Biznes mərkəzləri ilə tanışlıq onlarda böyük maraq yaradıb.
Elşən Hüseynov – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri: – Naxçıvan Muxtar Respublikasına səfər Azərbaycan və İran İslam Respublikası gənclərinin dostluğunun möhkəmləndirilməsinə xidmət edir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ilin aprel ayında İran İslam Respublikasında rəsmi səfərdə olarkən iki ölkə arasında müxtəlif sahələr, o cümlədən gənc­lər və idman sahəsi üzrə Azərbaycan Respublikasının Gənclər və İdman və İran İslam Respublikasının İdman və Gənclər nazirlikləri arasında əməkdaş­lıq sazişi imzalanıb. Dostluq həftəsi də həmin sazişə əsasən keçirilir. Onu da deyim ki, həmin sənədin ilk icrasını Azərbaycan Respublikası olaraq öz üzərimizə götürmüşük. Dostluq həftəsinin həyata keçirilməsi ilə bağlı geniş proqram tərtib olunub. Proqrama əsasən İran İslam Respublikasının müxtəlif şəhərlərindən gələn gənclər Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşüblər. İranlı gənclər əvvəlcə Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında, Naxçıvanda isə təhsil, səhiyyə, mədəniyyət müəssisələrində olub, tarixi abidələri ziyarət ediblər.
Məmmədrza Xedri – Azad İslam Universitetinin müəllimi: – Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Naxçıvan barədə məlumatım var idi və burada olmaq mənə hər zaman maraqlı gəlirdi. Azərbaycanda “İran İslam Respublikasının gənclər həftəsi” çərçivəsində bura səfərimiz bizi xeyli sevindirdi. Gün ərzində bir çox görməli yerləri gəzdik. Heydər Əliyev Muzeyinin əzəməti hamımızı valeh etdi. Bununla yanaşı, Möminə xatın türbəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiya zamanı da xeyli məlumat aldıq. Naxçıvan Dövlət Universitetinə ekskursiya zamanı burada keçilən dərslərlə yaxından tanış olduq. Naxçıvanın təmiz və gözəlliyi bizləri heyran etdi. Yeməkləriniz isə dadı və mükəmməlliyi ilə seçilir. Deyə bilərəm ki, ilk dəfə səfərdə olduğum Naxçıvan məndə xoş təəssüratlar yaratdı.
Səba Zinati – İran İslam Respublikası Fondunun ­meneceri: – Naxçıvan Muxtar Respublikasına səfərimiz çərçivəsində bir çox yerlərdə olduq. Məni daha çox cəlb edən buranın sakitliyi, təmizliyi və insanların qonaq­pərvərliyidir. Bir çox insanla ünsiyyətdə oldum. Hər kəs bizimlə səmimi və gülərüzlə danışır, xoş davranır.
Naxçıvan ilə sərhəddə yaşayan vətəndaşlarımızla söhbətimdə buranın gözəlliyi barədə çox eşitmişdim. Ancaq etiraf edim ki, belə heyranedici bir diyar olduğunu təsəvvür etmirdim. Burada bir çox tarixi-memarlıq abidələri var, Möminə xatın türbəsi isə məni daha çox valeh etdi. Bu layihə vasitəsilə Naxçıvana gəldiyim üçün özümü xoşbəxt hiss edirəm.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR