23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Məhkəmə Ekspertizası Mərkəzində elmi-texniki, kriminalistik üsul və vasitələrdən istifadə etməklə keçirilən ekspertizalar” mövzusunda praktik seminar keçirilib.
Muxtar respublikanın gömrük orqanları əməkdaşlarının iştirak etdikləri seminarda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov mərkəzdə həyata keçirilən ekspertizalar barədə məlumat verib.
Bildirilib ki, cəmiyyətimizin hazırkı inkişaf mərhələsində məhkəmə- istintaq orqanlarının işinin yaxşılaşdırılmasının, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinin, hər bir cinayətə görə məsuliyyətin və cəzanın labüdlüyünün təmin edilməsinin əsas şərtlərindən biri də ekspertiza tədqiqatları zamanı müasir metod və vasitələrin təcrübədə geniş tətbiq edilməsidir. Məhkəmə-ekspert fəaliyyəti ilə məhkəmə istintaq orqan­larının fəaliyyəti arasında mövcud hüquqi münasibətlərin əsasında ədalət mühakimə icraatının prinsipləri durur. Eyni zamanda hüquq­-mühafizə orqanları işçiləri və ekspertlər tərəfindən qanunun tələblərinə düzgün riayət olunması dayanır. Məhz bu praktik seminar da həmin münasibətlərin daha da dərinləşdirilməsi məqsədi daşıyır.

Tədbirdə mərkəzin rəis müavini, ədliyyə müşaviri Elman Abbasov və əmtəəşünas-ekspert, I dərəcəli ədliyyə qulluqçusu Sərdar Nəcəfov çıxış edərək ümumi ekspertizanın təqdim olunması, maddi sübutların düzgün qablaşdırılması qaydaları, əmtəəşünas ekspertizası üzrə maddi sübutların təqdimatı, qablaşdırılması və bu istiqamətdə aparılan digər ekspertiza işləri barədə ətraflı məlumat veriblər.
Sonra tədbir iştirakçıları məhkəmə­-ballistik ekspertizası sahəsi üzrə mərkəzdə olan müasir avadanlıqlar və onların iş prinsipi ilə, pul nişanlarının, əskinasların, metal sikkə­lərin və qiymətli kağızların ekspertizası sahəsi üzrə avadanlıqlarla, narkotik vasitələrin və psixotrop maddələrin ekspertizasının aparılması zamanı istifadə olunan müasir avadanlıqlarla yaxından tanış olub onların iş prinsi­pini öyrəniblər.
Sonda suallar cavablandırılıb.

Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR